Icma.az
close
up
RU
Bakıda yeni PANDEMİYA HAZIRLIĞI Maska qərarı və sərhədlər KONKRET

Bakıda yeni PANDEMİYA HAZIRLIĞI Maska qərarı və sərhədlər KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddəti 2027-ci ilin sonunadək uzadılır.

Həmçinin qərarda 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dolları senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonunadək uzadılmasını nəzərdə tutulur.

Yada salaq ki, Azərbaycanın quru sərhədləri artıq 5 ilə yaxındır ki, bağlıdır. Bu qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib. Həmin vaxtdan xüsusi karantin rejiminin müddəti dəfələrlə uzadılıb. Nazirlər Kabinetinin ən son bu ilin sentyabrında elan etdiyi qərara görə Azərbaycan ərazisində xüsusi karantin rejimi ən azı gələn ilin yanvarına qədər davam edəcək. Mart ayında baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib. “2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir”.

Qeyd edək ki, bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmağa səsləyib. Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib. “COVİD-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib”, – o deyib.

Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum “X xəstəliyi” ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır. ÜST rəhbəri qeyd edib ki, dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil. Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığını vurğulayıb. Onun sözlərinə görə, COVİD-19 pandemiyasından öyrənilən dərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur.  “Bu zəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-nin Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvənd istehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir. Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyi yaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlar zəruridir”.

Baş nazirin qərarı o ehtimala əsas verir ki, sərhədlərin bağlı qalması daha bir neçə il uzana da bilər. Digər tərəfdən, Azərbaycanda sərhədlərin bağlı qalmasını yalnız pandemiya  ilə bağlı olmadığını rəsmilər də təsdiqləyiblər. Bunun əsasən siyasi müdaxilələrin olma ehtimalı və təhlükəsizlik tədbiri kimi həyata keçirildiyi qeyd edilir.

O ki qaldı yeni pandemiyanın olacağı ilə bağlı təxminlərə, bir sıra tanınmış simalar dəfələrlə dəhşətli virusun olacağı və bunun pandemiyaya səbəb olacağı barədə açıqlamalar veriblər.

Yeri gəlmişkən, koronavirus pandemiyasından sonra dünyada bir sıra münaqişələr və müharibələr daha da kəskinləşdi, yeni gərginliklər meydana çıxdı. COVİD-19 pandemiyası qlobal iqtisadiyyat, siyasi münasibətlər və sosial sistemlər üzərində ciddi təsir qoydu və bununla bəzi bölgələrdə onsuz da mövcud olan problemləri daha da dərinləşdirdi. Pandemiya dövründən sonra müxtəlif bölgələrdə münaqişələr daha kəskin hal aldı. Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasındakı Qarabağ müharibəsi 2020-ci ilin payızında pandemiya dövründə baş verdi və bunun nəticəsində regionda ciddi siyasi və coğrafi dəyişikliklər yarandı. Ukrayna müharibəsi – 2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı hücuma keçdi və bu, dünya miqyasında iqtisadi və siyasi gərginliyi daha da artırdı.

Müharibələr pandemiyadan sonrakı zəifləmiş səhiyyə və iqtisadi sistemlərə böyük zərbə vurdu. Xüsusilə qaçqınların sayı artdı və bu proses qlobal miqyasda böyük sosial problemlərə səbəb oldu. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiyanın təsirləri təkcə sağlamlıq böhranı ilə məhdudlaşmayıb, həmçinin regional və qlobal siyasi balansı da sarsıdaraq, yeni münaqişələrin yaranmasına və mövcud müharibələrin daha da alovlanmasına şərait yaradıb.

Bəs yeni pandemiya proqnozları nəyə əsaslanır? Dünyanı daha nə kimi “sürpriz”lər gözləyir?

Politoloq Azad Məsiyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bundan əvvəl də ÜST dünyaya pandemiyanın olacağı ilə bağlı xəbərdarlıq vermişdi. Bütün dünya bunun fəsadını çəkdi. Ümumiyyətlə, bu virusların gizli laboratoriyalarda süni şəkildə yetişdirilməsi barədə lap əvvəldən iddialar var idi. Ümumilikdə “böyük güclər”in üçüncü dövlətlərdə gizli laboratoriyalar yaratdığı barədə məlumatlar var. Bu laboratoriyalarda elmi araşdırmalar adı altında bəzi viruslar yaradırlar ki, bundan da həm iqtisadi, həm də siyasi təzyiq vasitəsi kimi istifadə etsinlər. Hətta xatırlatmaq istəyirəm, Gürcüstanda, Ermənistanda, hətta Ukraynada belə laboratoriyaların olması barədə açıqlamalar verilmişdi. Yəni Qərbin nəzarətində olan laboratoriyalar vasitəsilə müntəzəm şəkildə KİV-lərdə siqnallar getməkdədir. Təbii ki, pandemiya ilə əlaqədar Azərbaycan da sərhədlərini möhkəmləndirdi və bu, virusun Azərbaycana təsirini zəiflətmək məqsədilə aparılıb. Amma Azərbaycan sərhədlərinin açılamamasının həm də bir siyasi tərəfi var”.

Politoloq əlavə edib ki, Cənubi Qafqaz “böyük güclər”in savaşının toqquşduğu bir məkandır və burada qlobal güclərin həm siyasi, həm də hərbi savaşı gedir: “Bu baxımdan Azərbaycanı da öz təsirinə salmaq istəyən güclər var. Demokratiya ideyası, rəngli inqilablar adı altında dövlət çevrilişləri edirlər. Bəzi dövlətlərdə öz xüsusi xidmət orqanları vasitəsilə, qeyri-hökumət təşkilatları dövlət stabilliyini pozmaqdadırlar. Üçüncü dövlətlər vasitəsilə dövlət çevrilişləri keçirmək üçün qaçaq yolu ilə maliyyə gətirilir. Azərbaycanda da kifayət qədər faktlar aşkarlanıb. O baxımdan sərhədlərin bağlanması Azərbaycanın həm daxili stabilliyinin pozulmasının qarşısını almağa hesablanıb. Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayıb. “Böyük güclər” Ermənistan üzərindən də təzyiqlər etməkdədir. Azərbaycanda stabilliyin pozulması üçün xarici xüsusi xidmət orqanları geniş fəaliyyət göstərməkdədirlər. Sərhədlərin bağlı olması təxribat işlərinin qarşısının alınmasına hesablanıb. Təbiidir ki, sərhədlərin bağlı qalması Azərbaycanın iqtisadi-sosial vəziyyətinə təsir edir. Turizmin inkişafına ziyan gətirir. Buna baxmayaraq dövlətçiliyin qorunması, stabilliyin qorunması ən vacib məsələlərdəndir. Son dövrlər beynəlxalq səhiyyə təşkilatlarının yeni pandemiyanın olacağı ilə bağlı açıqlamaları onu göstərir ki, üçüncü dövlətlərin gizli laboratoriyalarında viruslar hazırlanır. Buna nəzarət etmək mümkün deyil. Bu cür laboratoriyalar nəzarətə götürülməsə, dünyada növbəti fəsadlar qaçılmazdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri