Icma.az
close
up
RU
ÜSTdən xəbərdarlıq: Yeni pandemiya riski artır KONKRET

ÜSTdən xəbərdarlıq: Yeni pandemiya riski artır KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (“ÜST”) müşavirlərindən biri, doktor Rita İssa (Rita Issa), iqlim böhranının 2050-ci ilə qədər yeni pandemiyanın yaranmasına səbəb ola biləcəyini bildirib.  

KONKRET.az xəbər verir ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (“BMT”) İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında (“COP29”) sualları cavablandıran İssa, iqlim böhranının insan sağlamlığına çoxsaylı təsirlər göstərdiyini vurğulayıb. O, ekstremal hava hadisələrindən qaynaqlanan xəsarətlər, yoluxucu xəstəliklər və isti hava dalğalarının yaratdığı problemlərin bu təsirlərin bir hissəsi olduğunu qeyd edib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

ÜST müşavirinin açıqlamaları:

İssa “COP29” çərçivəsində mövzu ilə bağlı çoxsaylı müzakirələr aparıldığını qeyd edib:

“Ekstremal istilərin ürək sağlamlığı üzərində ciddi təsirləri var. Hər il həddindən artıq istilərin səbəb olduğu ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İqlim dəyişikliyi hər yaş qrupundan insanın sağlamlığını təhdid edir, lakin xüsusilə həssas qruplar üçün daha böyük risklər yaradır. Bu qruplara yaşlılar, uşaqlar və hamilə qadınları daxil etmək mümkündür. Bundan əlavə, iqlim böhranı artıq sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün əlavə yük yaradır.”

İssa iqlim böhranı ilə yoluxucu xəstəliklər arasında əlaqəyə diqqət çəkib. Onun sözlərinə görə, xəstəlik daşıyan canlıların bölgə dəyişməsi bu əlaqənin əsas səbəblərindəndir.

Malyariya və dang qızdırması yayan ağcaqanadların qlobal istiləşmə nəticəsində yaşayış yerlərini dəyişdiyini bildirən İssa, bu kimi hallar nəticəsində pandemiya riskinin artdığını vurğulayıb.

O əlavə edib:  

“İqlim dəyişikliyi mütləq yeni pandemiyaya səbəb ola bilər. ÜST-nin “COP29” çərçivəsində bir həftə ərzində həyata keçirdiyi proqramlarda iqlim böhranının pandemiya risklərini artırdığına dair çoxlu sübut təqdim edildi. Bunun əsas səbəbi pandemiyaya yol aça biləcək xəstəliklərin insanların təbiətlə və biomüxtəlifliklə olan əlaqəsindən qaynaqlanmasıdır. Təbiət, biomüxtəliflik, iqlim dəyişikliyi və insan sağlamlığı bir-biri ilə sıx bağlıdır. İqlim böhranı nəticəsində insanların təbiətlə əlaqələrində dəyişikliklər müşahidə olunur və bu, 2050-ci ilə qədər yeni pandemiyanın yaranması ehtimalını artırır.”

“COP29″un sağlamlıq gündəmi:

İssa, iqlim böhranının səhiyyə xidmətlərinə çıxışda da problemlər yaratdığını qeyd edib. Xüsusilə iqlim böhranından ən çox təsirlənən qlobal cənub ölkələrində kifayət qədər tibb işçisinin olmadığını və ekstremal hava hadisələrinin mövcud səhiyyə infrastrukturuna ciddi zərər verdiyini bildirib.

O, açıqlamasını belə yekunlaşdırıb:

“COP29-un səhiyyə ictimaiyyəti üçün bir çox fərqli təsirləri oldu. Burada səhiyyə üçün xüsusi bir bölmənin ayrılması bizim üçün çox əhəmiyyətli idi. Mövzu ilə bağlı xüsusi hesabat yayımladıq və yalnız ‘İqlim və Sağlamlıqda Transformativ Fəaliyyət Alyansı’na bir tam gün həsr etdik. Bu alyansa Azərbaycan və Tonqa yeni qoşulan iki ölkə oldu. Bununla yanaşı, COP gündəmində insan inkişafı və sağlamlıq mövzusuna xüsusi bir gün ayrıldı. Lakin sağlamlığı müzakirələrin mərkəzinə yerləşdirmək və azaltma, uyğunlaşma, maliyyələşmə kimi məsələlərdə onun mövqeyini dəqiq müəyyən etmək üçün hələ də çox iş görülməlidir.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri