Icma.az
close
up
RU
Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? ARAŞDIRMA

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? ARAŞDIRMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı sürətlə böyüyür. Yeni yaşayış binaları tikilir, yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Həmçinin, yaşıllıq sahələrinin artırılması, parkların salınması yönündə də müəyyən işlər görülür. Lakin Bakının elə əraziləri var ki, orada insanların asudə vaxtını keçirməsi, uşaqların əylənməsi üçün parklar ya yoxdur, ya da sayı azdır.
Dəfələrlə məsələ Milli Məclisdə də ayrı-ayrı deputatlar tərəfindən səsləndirilib. Bu il parlamentin iclaslarının birində deputat Fazil Mustafa Suraxanı rayonu Zabrat qəsəbəsində  bir dənə də olsun parkın olmadığını bildirib. O qeyd edib ki, 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsinə nümunə göstərməyə bircə park tapa bilməzsiniz.
Bəs Bakının hansı ərazilərində yeni parkların salınmasına daha çox ehtiyac var?
Bizim.Media-nın araşdırmasına görə, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda bununla bağlı bir neçə layihə öz əksini tapıb.
Sənədə əsasən, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və sakinlərin istirahət imkanlarının genişləndirilməsi məqsədilə bir sıra ərazilərdə iri park və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Ən böyük layihələrdən biri Xocahəsən gölü ətrafını əhatə edir. Uzun illər istifadəsiz qalan və ekoloji problemlərlə yadda qalan bu ərazi gələcəkdə Bakının ən iri şəhər parklarından birinə çevrilə bilər. Burada yaşıllıq zolaqları, gəzinti yolları, idman və istirahət məkanlarının yaradılması planlaşdırılır.
Baş Planın diqqət ayırdığı digər məkan isə Böyükşor gölüdür. Göl ətrafında aparılan ekoloji bərpa işlərinin davamı olaraq sahilboyu geniş park və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Yeni yaşıllıq məkanlarının salınması planlaşdırılan ərazilər arasında Zığ və Bülbülə göllərinin ətrafı da var. Həmin ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə yanaşı, açıq ictimai məkanların və parkların yaradılması hədəflənir.
Baş Planda həmçinin Bibiheybət istiqamətində sahilboyu yaşıl zolaqların genişləndirilməsi və Dənizkənarı Bulvarın uzadılması nəzərdə tutulur.
Bu layihənin şəhərin cənub hissəsində yaşayan sakinlər üçün yeni istirahət imkanları yaradacağı gözlənilir.
 

2040 Baş Planının əsas məqsədlərindən biri Bakıda ictimai yaşıllıq sahələrinin əhəmiyyətli dərəcədə artırılması və şəhər sakinlərinin böyük hissəsinin yaşayış yerindən qısa məsafədə parkdan istifadə imkanının təmin edilməsidir.


2040-cı ilədək təxminən 1151 hektar ictimai parka sahəsinin ayrılması planlaşdırılır. Gölətrafı layihələr hesabına 962 hektardan çox yeni rekreasiya və yaşıllıq zonası yaradılması nəzərdə tutulur. Adambaşına düşən yaşıllıq sahəsinin 8 m²-ə çatdırılması və əhalinin ən azı 80%-nin evindən 500 metr məsafədə ictimai yaşıllığa çıxışının təmin edilməsi gözlənilir.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri