Bakıda bu ərazilərdə yeni parklar salınacaq 2026 cı ildən...
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakı şəhərində yaşıllıq sahələrinin artırılması istiqamətində genişmiqyaslı layihələrin icrası planlaşdırılır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxtda adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Bu məqsədlə Xocahəsən gölünün ətrafında böyük parkın salınması, Böyükşor, Zığ və Bülbülə gölləri ətrafında yeni yaşıl istirahət zonalarının yaradılması nəzərdə tutulur. Eyni zamanda Bakı bulvarının Bibiheybət ərazisi daxil olmaqla mərhələli şəkildə uzadılması planlaşdırılır.
Layihələr çərçivəsində şəhər daxilində və şəhərətrafı ərazilərdə "yaşıl hibrid dəhlizlər" sistemi tətbiq ediləcək. Bu dəhlizlər piyada və velosiped hərəkətliliyini artırmaqla yanaşı, şəhərdə hava axınını yaxşılaşdıracaq, "istilik adası" effektinin azalmasına və yeni açıq istirahət məkanlarının formalaşmasına töhfə verəcək.
Yeni parkların salınmasının 2026-2030 ilə qədər yekunlaşması nəzərdə tutulub.
Baxış sayı:27
Bu xəbər 15 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















