Bakıda yeni tikili mənzillər oktyabrda 14 faiz bahalaşıb
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub.
Bu barədə Gununesi.info-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
“Ən böyük artım Səbail rayonunda qeydə alınıb – 21,8 %. Yasamal rayonunda bahalaşma 20,4 %, Xətaidə 18,6 % təşkil edib. Nəsimidə qiymətlər 17,4 %, Nərimanov rayonunda 17,2 %, Nizamidə 16 %, Binəqədidə isə 14 % yüksəlib. Qalan rayonlarda artım nisbətən aşağı olub. Belə ki, Suraxanıda 9,8 %, Sabunçuda 9,8 %, Pirallahıda 7,4 %, Xəzərdə 6 %, Qaradağda isə 5,4 % artım müəyyən edilib”, – məlumatda deyilir.
AQC-nin hesablamalarına görə, yeni tikili mənzillərdə qiymət yüksəlişinə yeni layihələrin coğrafi mövqeyi, tikintinin keyfiyyəti, infrastruktur imkanları, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin təklif etdiyi şərait, həmçinin müasir mənzillərə artan tələbat təsir edir.
Köhnə tikili mənzillər seqmentində isə Bakı şəhərində orta qiymət artımı 10,8 % olaraq müəyyən edilib.
“Bu kateqoriyada ən böyük bahalaşma Səbail rayonunda – 20,5 %, Yasamalda – 19,9 %, Nəsimidə – 15,9 %, Nərimanovda isə 14 % olub. Xətai rayonunda köhnə tikili mənzillərin dəyəri 12,6 %, Suraxanıda 11,8 %, Sabunçuda isə 11,1 % artıb. Qaradağda yüksəliş 5,3 %, Pirallahıda 5,2 %, Xəzərdə 6,3 %, Binəqədidə isə 6,9 % səviyyəsində qeydə alınıb”, – hesabatda bildirilir.
AQC-nin 2026-cı ilin oktyabr ayına aid araşdırmasının nəticələri Bakı şəhərinin rayonları arasında mənzil qiymətləri baxımından əhəmiyyətli fərqlərin olduğunu ortaya qoyur. Aparılan təhlilə görə, orta qiymət göstəricisi üzrə ən yüksək rəqəm Səbail rayonunda – 4 256 manat, ən aşağı rəqəm isə Pirallahı rayonunda – 1 474 manat olub.
Maksimum qiymət göstəriciləri üzrə Nəsimi rayonu 6 742 manatla birinci yerdə qərarlaşıb. Eyni göstərici Səbaildə 6 259 manat, Nərimanovda isə 5 218 manat təşkil edib. Minimum qiymətlər baxımından isə ən yüksək hədd Nəsimidə 2 977 manat, ən aşağı hədd isə Pirallahıda 1 037 manat olaraq qeydə alınıb.
Orta qiymət göstəricilərinə nəzər saldıqda, Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Yasamal (3 452 manat), Xətai (3 427 manat) və Sabunçu (3 319 manat) rayonları sıralanır. Bakı şəhəri üzrə rayon göstəricilərinin ümumi orta həddi maksimum qiymətlərdə 3 981 manat, orta qiymətlərdə 2 905 manat, minimum qiymətlərdə isə 1 989 manat olub.
Baxış sayı:71
Bu xəbər 03 Noyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















