Icma.az
close
up
RU
Bakıda yeniyetmə qız evdən qaçdı! Valideyn övlad münasibətlərindəki qüsurlar

Bakıda yeniyetmə qız evdən qaçdı! Valideyn övlad münasibətlərindəki qüsurlar

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

“Dəli Kür” filmində Şamxal Cahandar ağanın Mələyi gətirməsinə görə evi tərk edir. Heç vaxt üz-göz olmadığı atası ilə dalaşıb, köhnə bir daxmada yaşamağa başlayır. Hələ bu azmış kimi, Güləsəri də qaçırıb özünə arvad edir. Güləsər də kəndin ən kasıb ailəsinin qızı. Cahandar ağa isə heç vaxt bu evliliyə razı olacaq biri deyildi. Şamxal da bütün bunlara baxmayaraq, öz sevgisinin arxasınca gedir. Hətta Cahandar ağa kimi biri də onun qarşısında dayana bilmir.

Müasir dövrdə belə hallarla çox tez-tez rastlaşırıq.

Tez-tez qarşımıza "Bakıda yeniyetmə qız evdən qaçdı!" kimi xəbərlər çıxır.

Elə götürək son günlərdə yeniyetmə qızın evdən qaçıb Gəncəyə gəzməyə getməsini. Valideynin icazəsi olmadan evi tərk edən daha bir övlad. İlkdi? Deyil. Son olacaq? Çətin ki. Bu qədər yeniyetmə evdən qaçır, itkin düşür... Hərəsinin də öz səbəbləri.

Təbii, nə qədər araşdırılsa da, məsələnin dərinliklərini bilmirik. Bir yeniyetmə qızın hansı səbələrdən dolayı bu qərara gəldiyini demək çətindir. Belə məqamda salamat tapılanlar üçün şükür etmək qalır. Üstəlik, bu fikirləri beyninə qoyan birinin yenidən etməyəcəyi də sual altındadır.

Problemin kökü ailədən tutmuş təhsilə qədər uzanır. Məktəblər də bu barədə yaxşı sayılmazlar. Məsələn, hanı məktəb psixoloqları? Nə işə baxırlar? Heçmi hiss etmirlər şagirdlərin hallarını? Hansı söhbətlər, təbliğatlar olur? Əksinə, bu gün məktəblərdə şagirdlər arasında olan bullinq münasibətləri mənzərəni açıq-aydın göstərir.

Əlbəttə, valideyn-övlad münasibəti də öz sözünü deyir. Sağlam ailə münasibətləri uşağın psixoloji inkişafında mühüm rol oynayır. Bu münasibətlərdəki problemlər isə, əksinə, uşaqların özlərini başa düşülməmiş, sevgidən uzaq və təzyiq altında hiss etmələrinə səbəb ola bilər. Elə də olur.

Psixoloqların fikrinə görə, burada əsas səbələrdən biri valideyn-övlad münasibətlərinin düzgün qurulmamasıdır. Adətən, ailədə sevgi, diqqət və qayğı görməyən uşaqlar bu cür hərəkətlərlə göz önündə olmağa çalışırlar. Valideynlə uşaq arasında dostluq bağlarının olmaması, övladı yalnış qərarlar verməyə vadar edən əsas səbəblərdən biri olur. Doğrudan da, belədir. Bu gün nəinki azyaşlı, heç yetişkin fərdlər də ailə ilə dost ola bilmirlər.

Axı biz övladımızı mentalitetimizə, milli-mənəvi dəyərlərimizə uyğun böyütməliyik. "O nə deyər, bu nə deyər?" fikirləri ilə körpəlikdən uşağın beynini yeməliyik. Əksinə düşünsək, bizdən əvvəlki nəslin gözündə xalq düşməninə çevrilərik. Amma nəzərə almırıq ki, dövr dəyişir, həyatın hər sahəsində irəliləyiş, inkişaf gedir. Övladlarımızı balacalıqdan bu cəmiyyətə adaptasiya etməyə çalışmalıyıq. Ətrafda baş verəcək hər bir hadisəyə qarşı hazırlıqlı olmaları üçün əlimizdən gələn hər şeyi etməliyik. Uşaq beyni elə bir şeydir ki, gördüyü hər şeyi analiz etməyə çalışır. Nəyin doğru, nəyin yalnış olduğu barəsində müəyyən biliklərə sahib olmağa çalışır. Valideyn də öz növbəsində bu qərarları düzgün qəbul etməyi övladına aşılamağı bacarmalıdır. Olmayanda isə elə bu cür mənfi hallar baş verir.

Vurmaqla, qışqırmaqla hər hansı şiddət halları göstərməklə yalnız və yalnız övladlarımızın gələcəyini məhv edirik. Onlara seçim etmək, düşüncələrini azad şəkildə ifadə etmək kimi bir şans tanımırıq. Bu isə gələcəyimizin məhv olması deməkdir. Evdən qaçmaq bir yana, hər il universitetə qəbul imtahanları zamanı baş verən intihar hadisələri heç nə demirmi?

Valideyn övladı hazırlığa göndərir, əgər az bal yığsa, başlayır ki, "filankəsin qızını (oğlunu) gördün? Getdi, filan qədər bal yığdı, filan universitetə qəbul oldu". Sonda da övlad intihar edəndə valideyn də qalır baxa-baxa ki, mən nə etdim axı? Başa düşürəm, hər valideyn əziyyətinin bəhrəsini də görmək istəyir. Hər kəs oxumalıdır deyə bir qanun da yoxdur axı. Nə məcburdur? Bəlkə, sizin övladlarınız yaxşı dərzi, maşın ustası, dizayner, aşpaz və daha saymadığım neçə-neçə peşənin mükəmməl sahibləri olacaqlar? Niyə bunu özünüzə sığışdıra bilmirsiniz? Düzdür, təhsil mənə görə də önəmlidir, amma hər insan məcburi şəkildə oxumalı da deyil.

Bizdə adətdir axı, uşaq anadan olandan peşəsini də seçirik. Deyirik, "mənim oğlum pilot, qızım da həkim olacaq". Hələ bir el adətimiz də var: balaca bir sini götürüb, içinə pul, qayçı, açar, qələm, sap və ağlıma gəlməyən neçə-neçə alətləri qoyuruq ki, uşaq hansını seçsə, gələcək peşəsi o olacaq. Körpə uşağı da öz oyunlarımıza alət edirik. Sonra da deyirik ki, mən uşaqlarımın seçiminə qarışmıram. Vallah, elə də qarışırıq ki... Evlənəcəyi adama qədər...

Təbii ki, dediklərim hər kəsə aid deyil. Övlad-valideyn münasibətini qoruyub saxlayan kifayət qədər yaxşı ailələrimiz də var. Düzünü deyim, belə insanlara həsədlə baxıram. Bütün problemlərə rəğmən övad ilə arasındakı bağı qoparmayan hər bir valideynə də əhsən.

Laqeyd valideyn olmağa nə var axı? Bu cür diqqətsizliklər əsasən də gənc qızlarımızın gələcəyinin məhv olması deməkdir. Sevgini evdə görməyən hər bir övladın onu cəmiyyətDə və doğru olmayan şəxslərdə axtarmağı ciddi problemlərə səbəb olur.

Ümid edirəm ki, günü-gündən bu cür xəbərləri daha da az eşidəcəyik...

Pilotluqdan nazir kürsüsünə - Deputatımız Brejnevin həyatını necə xilas etmişdi? Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək - Alov İnannanın şeirləri Əməkdar artist səhər verilişlərini tənqid etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri