Icma.az
close
up
RU
Bakıda Çinin Milli Günü qeyd edilib

Bakıda Çinin Milli Günü qeyd edilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bakıda Çin Xalq Respublikasının (ÇXR)  yaradılmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib. 

525.az xəbər verir ki, qəbulda çıxış edən Çinin Azərbaycandakı səfiri xanım Lu Mey deyib ki, bu il Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümü, eləcə də Çin Kommunist Partiyasının yaradılmasının 105-ci ildönümü qeyd olunur. Çin Kommunist Partiyasının güclü rəhbərliyi altında Çin xalqı modernləşmə yolunda böyük nailiyyətlər əldə edib ki, bu da bütün Çin xalqının rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və bütün dünyaya fayda verib.

O deyib ki, Çin dünya iqtisadiyyatının artımına ardıcıl olaraq mühüm töhfələr verir. Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır və son illərdə qlobal iqtisadi artımın təxminən 30 faizini təmin edib:

“Cari ilin birinci yarısında Çinin ÜDM-i 4,7 faiz artaraq bütün il üçün nəzərdə tutulmuş hədəflərə uyğun göstəricilər nümayiş etditib. Çin dünyanın 150-dən çox ölkəsi və regionu üçün əsas ticarət tərəfdaşı qismində çıxış edir. Gələcəyə nəzər salsaq, qeyd etmək lazımdır ki, Çin iqtisadiyyatı böyük daxili bazara, güclü istehsal potensialına, inkişaf etmiş infrastruktura, etibarlı insan resurslarına, eləcə də bütöv sənaye və təchizat zənciri sisteminə əsaslanan yüksək dayanıqlılıq və möhkəm təməl nümayiş etdirir. Bütün bunlar dünya iqtisadiyyatının artımına sabitlik və etibarlılıq təmin etdirməyə davam edəcəkdir.

Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir. Çinin elmi-texniki sahədə davamlı irəliləyişləri sürətlə sənaye istehsalına tətbiq olunur və praktiki həllər tapır, bununla da qlobal iqtisadiyyat üçün çox zəruri olan yeni hərəkətverici qüvvəni təmin edir. Ən əsası odur ki, Çinin texnoloji innovasiyaları inklüziv və açıq xarakter daşıyır və biz onları beynəlxalq birliklə bölüşməyə səmimi qəlbdən hazırıq”, - səfir deyib.

Əlavə edib ki, Çinin "yaşıl keçid"i Çin modernləşməsinin digər mühüm səciyyəvi xüsusiyyətinə çevrilib. Quraşdırılmış güc baxımından enerji balansımızda bərpa olunan enerji mənbələrinin payı artıq 60 faizi ötür:

“Çin qlobal "yaşıl keçid"in təşviq edilməsində mühüm rol oynayır. Çin dünyanın ən böyük "yaşıl" energetika sənayesi zəncirini yaratmış və bir çox ölkəyə əlçatan və yüksək keyfiyyətli ekoloji təmiz enerji həllərinə çıxış imkanı təmin edub.

Bu xüsusda Çin Azərbaycanla günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir. Hələ ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və mən Azərbaycanın dayanıqlı inkişafına töhfə verən Qobustan günəş elektrik stansiyasının açılış mərasimində iştirak etmişdik.

Çin qlobal idarəçiliyin təkmilləşdirilməsinə sadiqdir. Mövcud beynəlxalq mühit çağırışlarla müşayiət olunan dərin dəyişikliklərə məruz qalır. Biz qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə əsl multilateralizmi birgə müdafiə etməlivə həyata keçirməli, eləcə də ümumimaraqları qorumalıyıq. Çin çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpin bəşəriyyətin ortaq taleyi icmasının qurulması konsepsiyasını, habelə inkişaf, təhlükəsizlik, sivilizasiya və idarəçilik sahələrində dörd qlobal təşəbbüsü irəli sürüb..

Cari ildə Qlobal İnkişaf Təşəbbüsünün (GDI) beş illiyi tamam olur. Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində praktiki əməkdaşlıq səmərəli nəticələr verib: 23 milyard ABŞ dollarından çox vəsait səfərbər edilib, 70-dən çox ölkədə 2 000-dən artıq əməkdaşlıq layihəsi həyata keçirilib və bununla da bütün dünyada 40 milyon insan faydalanıb.

Ötən il ÇXR Sədri Si Cinpin Qlobal İdarəçilik Təşəbbüsünü (GGI) irəli sürüb və qlobal idarəçiliyin təkmilləşdirilməsi üçün 9 əsas prioritet müəyyən etmişdir ki, onlar da Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik tərəfindən geniş dəstək alıb”.

Səfir deyib ki, süni intellektin idarə edilməsi sahəsində inkişaf etməkdə olan sahədə Çin Süni İntellektin İdarə Edilməsi üzrə Qlobal Təşəbbüsün irəli sürülməsində liderliyi öz üzərinə götürüb. Cari ilin iyul ayında isə Çinin təşəbbüsü ilə Şanxay şəhərində Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatı (WAICO) yaradılmışdır. Bu, süni intellektin idarə edilməsi üzrə ilk beynəlxalq təşkilatdır və süni intellekt texnologiyalarının bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olan ölkələrin xeyrinə və hər kəs üçün əlçatan olmasını təmin etməkdə, bütün tərəflərin iştirakına imkan yaratmaqla süni intellektin inkişafının bəhrələrindən bərabərhüquqlu şəkildə yararlanmağa imkan yaratmaqda əsas rol oynayacaqdır”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Sentyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri