Icma.az
close
up
RU
Bakıdakı dayanacaqlarda hansı problemlər avtobuslara çətinlik yaradır? MÜTƏXƏSSİS RƏYİ

Bakıdakı dayanacaqlarda hansı problemlər avtobuslara çətinlik yaradır? MÜTƏXƏSSİS RƏYİ

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində son illər bir sıra addımlar atılır. 

Avtosfer.az xəbər verir ki, yeni avtobusların xəttə buraxılması, xüsusi hərəkət zolaqlarının təşkili və rəqəmsal xidmətlərin tətbiqi şəhərdə sərnişindaşımanın daha rahat və əlçatan olmasına hesablanıb. Lakin görülən işlərə baxmayaraq, avtobus dayanacaqları ilə bağlı bəzi problemlər hələ də qalmaqdadır.

Xüsusilə dayanacaqların ölçülərinin müasir və iri tutumlu avtobuslara uyğun olmaması, cib tipli dayanacaqların yaratdığı vaxt itkisi, giriş-çıxış hissələrində avtomobillərin park edilməsi və bəzi ərazilərdə nəzarətsiz dayanma halları avtobusların hərəkətinə maneə yaradır. Bu problemlər həm ictimai nəqliyyatın sürətinə təsir edir, həm də sərnişinlərin təhlükəsizliyi və rahatlığı baxımından müəyyən çətinliklər yaradır.

Digər tərəfdən, bəzi istiqamətlərdə qanunsuz sərnişindaşıma fəaliyyəti, dayanacaqlarda sərnişin toplamaq üçün uzun müddət gözləyən nəqliyyat vasitələri və qaydalara əməl olunmaması da şəhərdaxili mobilliyə mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur. Xüsusilə paytaxtın kənar qəsəbələrində bu hallara daha çox rast gəlinir.

Bəs hazırda paytaxtda avtobus dayanacaqlarının əsas problemləri nələrdir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Anar Əliyev Avtosfer.az-a müsahibəsində bildirib ki, dayanacaqda bir neçə vacib məsələ öz əksini tapmalıdır:


“Birincisi, dayanacaq üçün ən vacib olan səki, piyada yolu olmalıdır ki, insanlar həmin dayanacağa təhlükəsiz şəkildə çata bilsin. Avtobusdan düşəndə də mənzil başına rahat çata bilsin. 
İkinci məsələ sərnişinlərin rahatlığı üçün orada məlumatların olmasıdır. Yəni qrafiklər, avtobusların gəlmə vaxtı – hamısı öz əksini tapmalıdır ki, ictimai nəqliyyat cəlbedici olsun.
Üçüncüsü isə budur ki, son illər ərzində dünyada belə bir yanaşma formalaşıb. Biz öyrəşmişik ki, dayanacaqda ciblər olsun, avtobus həmin ciblərə daxil olsun, sərnişinləri götürsün, daha sonra hərəkət etsin. Amma indiki yanaşma belədir ki, avtobus ciblərinə avtobusların daxil olması vaxt itkisinə səbəb olur. Çünki avtobus ora daxil olur, sonra oradan çıxanda avtomobilləri gözləyib yenidən yola çıxmalıdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, indiki yanaşma odur ki, ciblər yığışdırılır və avtobus minimal vaxt itkisi ilə dayanacağa yaxınlaşır, sərnişinləri mindirib-düşürür və yoluna davam edir”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-ın açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir:


“Lakin təəssüflə qeyd etməliyik ki, edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, yenə də bu gün bəzi nəqliyyat vasitələrinin sürücüləri avtobus dayanacaqlarına yaxın, 15 metr məsafədə nəqliyyat vasitələrini saxlayaraq avtobusların dayanacaq yerinə daxil olmasına müəyyən çətinliklər yaradırlar.
Təbii ki, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən, eyni zamanda xüsusi texniki vasitələrlə bu hal aşkarlandığı vaxt sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq edilir”.

Toğrul Nəsirli qeyd edib ki, bütün bunları nəzərə alaraq, bir daha sürücülərdən xahiş və tələbimiz ondan ibarətdir ki, dayanacaqlara 15 metr məsafədə nəqliyyat vasitələrini saxlamasınlar, dayanacaqlarda və ya 5.12 yol nişanı ilə işarələnmiş yolda dayanmasınlar, ümumi istifadədə olan nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olmasınlar. Əks halda qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

“Xaliq Faiqoğlu” MMC-dən isə məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, birinci problem dayanacaqların ölçüsü ilə bağlıdır:


“Çünki avtobusların ölçüsü dəyişir. Hər il daha müasir, daha iri tutumlu avtobuslar gətirilir. Amma dayanacaqların əksəriyyətinin ölçüsü dəyişmir və bu yanaşma yenilənmir.
Digər məsələ isə cib tipli dayanacaqlardır. Çünki əvvəlki yanaşmaya əsasən, belə hesab olunurdu ki, bu, nəqliyyata müəyyən qədər müsbət təsir göstərir. Amma əslində gecikmələrin artmasına səbəb olur. Çünki cib tipli dayanacağa daxil olmaq və oradan çıxmaq iri ölçülü avtobuslar üçün müəyyən qədər çətinlik yaradır. Digər nəqliyyat vasitələri yolu vermədikdə, yaxud sıxlıq olduqda avtobuslar ümumiyyətlə oradan çıxa bilmirlər.

Digər bir məsələ isə dayanacaqların ətrafında, giriş-çıxış hissələrində parkinqlərin olmasıdır. Düzdür, şəhərin mərkəzində parkinqlərə ciddi nəzarət olunur və qanunsuz parkinqə görə cərimələr tətbiq edilir. Amma digər ərazilərdə bu halla tez-tez rastlaşırıq. Xüsusilə Xırdalan istiqamətində. Yəni, Xırdalan şəhərində parkinq anlayışı hələ tam formalaşmayıb. Orada hələ də köhnə qaydalar hökm sürür.

Həmçinin Masazır istiqamətində və digər qəsəbələrdə də eyni vəziyyət müşahidə olunur. Həmin ərazilərdə avtobus dayanacaqlarında maşın saxlanılmasına çox rast gəlinir. Yəni avtomobillər avtobus dayanacaqlarında saxlanılır, avtobuslara üstünlük verilmir. Bu da ciddi problemlərə səbəb olur.


Bəzi hallarda, xüsusilə sıxlıq olan vaxtlarda insanlar avtobusun hərəkət hissəsinə çıxmalı olurlar. İstər-istəməz nəqliyyatın sürəti azalır, avtobusun yenidən hərəkətə qoşulması çətinləşir. Hətta bəzi hallarda bu, yol-nəqliyyat hadisələrinə də səbəb olur. İnsanlar avtobus dayanacaqlarında daha çox ön tərəfə hərəkət edir və hərəkət hissəsində dayanırlar. Yəni qarşılaşdığımız əsas problemlər bunlardır”.

Şirkət əlavə olaraq qeyd ki, bir başqa məsələ isə qanunsuz sərnişindaşıma fəaliyyətidi:

“Hazırda bu hallar az da olsa mövcuddur. Xüsusilə Sulutəpə ətrafı qəsəbələrdə, Sumqayıt-Xırdalan istiqamətində, Sulutəpə-Hökməli və Binəqədi istiqamətlərində belə hallara rast gəlinir.
Taksilərlə yanaşı, orta tutumlu avtobuslarla da qeyri-qanuni şəkildə sərnişindaşıma fəaliyyəti göstərənlər var. Bunların bəziləri şirkət avtobuslarıdır. Yəni, müəyyən şirkətlərin və ya məktəblərin işçilərini, şagirdlərini daşıyan avtobuslarıdır. Onlar gün ərzində öz əməkdaşlarını və ya şagirdlərini daşıdıqdan sonra boş vaxtlarında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.


Onlar dayanacaqlara daxil olur, sərnişin toplamaq üçün uzun müddət gözləyirlər və bu da müəyyən qədər gecikmələrə, stressə səbəb olur. Həmçinin görmüşük ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin törətdiyi qəzalar çox sayda insan itkisi ilə nəticələnir. Bir neçə il əvvəl Bakı-Sumqayıt yolunda 5 tələbənin öldüyü hadisə buna nümunədir. Həmin hadisədə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən, heç bir müvafiq icazəsi və texniki yoxlaması olmayan bir sürücü ağır qəza törətmişdi”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 May 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri