Icma.az
close
up
RU
Bakıdakı nasaz eskalatorları piyadaları avtomobil yolundan istifadəyə məcbur edir MÜTƏXƏSSİS RƏYİ FOTO

Bakıdakı nasaz eskalatorları piyadaları avtomobil yolundan istifadəyə məcbur edir MÜTƏXƏSSİS RƏYİ FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Eskalator və yerüstü keçidlərin təmirsiz, baxımsız vəziyyətdə qalması, nəticədə, piyadaların bu keçidlərdən istifadə etməməsinə səbəb ola bilər. Bu da onların alternativ, lakin təhlükəli yol seçiminə yəni birbaşa maşın yolundan keçməyə meyil etməsinə gətirib çıxarır. 

Belə vəziyyətlərdə yol-nəqliyyat hadisələrinin və piyada ölümlərinin artması riski yaranır. Bu cür halların qarşısını almaq üçün keçidlərin daimi texniki baxımı və funksional vəziyyətdə saxlanılması vacibdir. 

Bəs görəsən, mövcud vəziyyət belə davam edərsə, məsul qurumlar baş verə biləcək faciələrin qarşısını necə alacaqlar?

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol hərəkətinin təşkili ümumiyyətlə kompleks formada bir neçə bölmədən ibarətdir: 


“Yolda nəqliyyat vasitələrinin hərəkətinin təşkili, piyadaların hərəkətinin təşkili, parklama məsələlərinin təşkili ümumiyyətlə vacib olan məsələlərdəndir. Həm təhlükəsizlik, həm də hərəkət nəzərə alınaraq, bunlar geniş formada elmi cəhətdən əsaslandırılmalıdır. Yol hərəkətinin təşkilində ən həssas bölmə şəhərlərdə piyadaların hərəkətinin təşkilidir.
Piyadaların hərəkətinin təşkili dedikdə, həm piyadaların təhlükəsiz şəkildə nəqliyyat vasitələrinin hərəkəti ilə paralel və ya kəsişməsi şəklində təşkili nəzərdə tutulur, həm də piyada axını, piyada sıxlığı, piyada intensivliyi və piyadaların sürəti nəzərə alınmalıdır. Bildiyiniz kimi, piyadaların sürəti uşaqların, yaşlıların, gənclərin yaş fərqlərinə görə eyni deyil. Orta hesabla piyadaların sürəti saatda 5 kilometr nəzərdə tutulur. Bəzi hallarda uşaqlar qaçaraq, yaşlılar isə çox yavaş şəkildə hərəkət edirlər. Qış vaxtı əlində yük olan, qalın geyinmiş piyadaların hərəkəti çətinləşir. Yayda isə geyimlər yüngülləşdiyi üçün rahatlıq dərəcəsi artır.
Yollarda piyadaların hərəkəti zamanı piyada sıxlığı, bir və ya iki tərəfli hərəkət, intensivlik, hərəkət traektoriyası nəzərə alınmalıdır. Yayda rahat keçid təmin edilə bilər, qışda isə geyim və digər səbəblərlə manelər yaranır. Böyük şəhərlərdə intensiv hərəkət olan ərazilərdə piyadaların yolu keçməsi üçün araşdırmalar və müşahidələr aparılmalı, sonra keçid forması müəyyənləşdirilməlidir”.


Ekspert piyada keçidlərinin 2 cür: yerüstü və yeraltı olduğunu vurğulayıb. Bildirib ki, həm nizamlanan, həm də nizamlanmayan piyada keçidləri mövcuddur:
“Nizamlanan keçidlərdə piyadalar svetofor işıqlarına uyğun hərəkət edir və nəqliyyat vasitələri mütləq dayandırılır. Bakı şəhərində hər iki növ keçidlər mövcuddur. Nizamlanmayan keçidlərdə svetofor olmadığı üçün sürücülər piyadaya yol verməlidirlər.

Küçədən kənar keçidlər isə yeraltı və yerüstü (estakada formasında) olur. Yeraltı keçidlər tunel formasında, estakadalar isə körpü formasında layihələndirilir. Bu keçidlərin layihələndirilməsi zamanı da araşdırma aparılmalıdır: hansı yollar üçün bu keçidlər məcburidir? Bu keçidlər müxtəlif formada ola bilər. Birbaşa pilləkənlərlə, eskalatorla və ya liftlə təmin edilə bilər. Xüsusən yaşlı insanlar üçün pilləkənlər çətinlik yaradır, buna görə də liftdən istifadə rahatlıq təmin edir.

Bakı şəhərində belə keçidlərdən hər yerdə istifadə etmək mümkün olmur. Bəzən kommunikasiya sistemləri və ya şəhərin estetik görünüşü buna imkan vermir. Estakadalar tikinti və digər çətinliklər səbəbilə hər yerdə tikilə bilmir. Buna görə də daha çox nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə edilir. Hazırda bəzi yerlərdə keçid olmasa da, piyadaların keçməsinə icazə verilir, bu zaman təhlükəsizlik təmin olunmalıdır.

Piyadalar əmin olmalıdırlar ki, onları gələn nəqliyyat vasitəsi görür. Sürücülər də piyadanın keçməsini təmin etməlidirlər. Əks halda, qəza baş verə bilər və bu zaman piyadalar ciddi xəsarət alırlar. Çünki onların qoruyucu vasitələri yoxdur. Nəqliyyat vasitəsi ilə toqquşma zamanı piyadalar daha ağır zərər görürlər”.

Fərhad Eyyubov qeyd edib ki, piyada keçidləri hər yerdə çəkilə bilməz:

“Burada "görünmə məsafəsi" (üçbucaq qaydası) nəzərə alınmalıdır. Sürücü müəyyən məsafədən piyadanı görməlidir. Yaşıllıqlar, maneələr, döngələr kimi faktorlar bu məsafəni məhdudlaşdıra bilər. Belə hallarda təhlükəsizlik təmin olunmaya bilər.

Piyadalar bir nömrəli olaraq özlərini qorumalıdırlar. Əgər əmin deyillərsə ki, nəqliyyat vasitəsi onları gördü və saxladı, yolu keçməməlidirlər. Eskalatorlar, liftlər və keçidlər mütəmadi olaraq monitorinq olunmalı, təmir işləri aparılmalıdır. Əgər bir neçə dəfə işləməyibsə, insanlar psixoloji olaraq həmin keçiddən istifadə etmək istəmirlər.
Ümumilikdə Bakı şəhərində piyada keçidlərinin monitorinqi və təmir işləri zəif aparılır. Əgər bir keçiddə ildə bir neçə qəza baş veribsə, orada mütləq tədqiqat aparılmalı, xərc çəkilərək təhlükəsizlik artırılmalıdır. Yol hərəkətinin təşkili zamanı həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri – ekspertiza nəticələri nəzərə alınmalıdır.
Maarifləndirmə işi də vacibdir. "Piyada könüllüləri" adlı bir hərəkat yaradıla bilər. Universitet və orta məktəb şagirdlərindən ibarət qruplar bu işdə iştirak edə bilər. Piyadaların ölümü hər kəsi təsirləndirir, çünki hər kəs bu hadisələrin iştirakçısı ola bilər. Buna görə də ilk növbədə piyadalar yol hərəkətinin təşkilinə və təhlükəsizliyə diqqət yetirməli, özlərini qorumalıdırlar.

Bəziləri "tələsirəm" bəhanəsi ilə düzgün olmayan yerlərdən keçirlər. Ancaq bu tələskənliyin hara olduğu məlum deyil: ölümə, yoxsa həyata? Bu nöqteyi-nəzərdən məsələ araşdırılmalı və elmi əsaslarla təşkil olunmalıdır”.

Bildiyimiz kimi, Bakının bir sıra küçə və prospektlərində yerüstü, eləcə də yeraltı piyada keçidləri var və bu keçidlərə ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, ya da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindədir. Məsələ ilə əlaqədar AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, Agentlik yalnız Qış Parkının altındakı keçidə və buradakı eskalatorlara nəzarət edir. Sözügedən eskalatorların gələcək zamanda təmin olunması nəzərdə tutulur. Yeraltı keçiddəki təmizliklə bağlı da vaxtaşırı işlər görülür. 

Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, qurumun, eləcə də rayon icra hakimiyyətlərinin nəzarətində olan bir dənə də olsun keçid və eskalator yoxdur.
Məsələ ilə bağlı AAYDA-nın da mövqeyini öyərnməyə çalışdıq, lakin qurum zənglərimizi cavablandırmadı.

Paytaxtın bəzi küçə və prospektlərindəki eskalatorların vəziyyətini çəkdik və şəhər sakini Binəqədi rayonundakı eskalatorun gündəlik vəziyyətindən danışdı. Həmin videonu sizə təqdim edirik.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.


Müəllif: Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri