Icma.az
close
up
RU
Bakıdakı tıxaca səbəb artan avtomobil sayıdır, yoxsa şəhərin infrastrukturu? MÜTƏXƏSSİS RƏYİ FOTO

Bakıdakı tıxaca səbəb artan avtomobil sayıdır, yoxsa şəhərin infrastrukturu? MÜTƏXƏSSİS RƏYİ FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər paytaxtda yeni yolların, tunellərin və körpülərin inşasına baxmayaraq, tıxac problemi gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib.
Avtosfer.az xəbər veriri ki, bəzi ekspertlər tıxaclara sürücülərin qaydalara əməl etməməsini səbəb göstərsə də, digərləri əsas problemi yol infrastrukturunun düzgün planlaşdırılmamasında görür. Bəs doğru olan nədir? Tıxacların kökündə sürücü və avtomobil amili dayanır, yoxsa şəhərsalma siyasətindəki sistematik boşluqlar? 


Məsələ ilə bağlı sosialoq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, tıxacların maksimum 10%-ə qədəri sürücülərin davranışı ilə əlaqələndirilə bilər. 
“Lakin problemin 90%-i daha dərindən gəlir yəni, yol infrastrukturunun düzgün qurulmaması, şəhərsalma sisteminin plansız aparılması və nəqliyyat axınının intellektual şəkildə tənzimlənməməsindən qaynaqlanır. Əslində, Azərbaycanın hər min nəfərə düşən avtomobil sayına görə dünya üzrə heç də ön sıralarda yer almadığı beynəlxalq statistikalarla təsdiqlənir. Biz bu göstəricidə kasıb ölkələrlə eyni sıradayıq. Başqa sözlə, ölkəmizdə avtomobil sayı çox azdır və bu, rəqəmlərlə sübut olunur. Lakin buna baxmayaraq, ölkədə ciddi nəqliyyat problemləri yaşanır. Bu isə o deməkdir ki, əsas məsələ avtomobil sayında deyil, idarəetmədədir. Problem yol infrastrukturunun düzgün planlaşdırılmaması və şəhərlərin başdan-başa plansız şəkildə salınmasıdır. Azərbaycanda bu sahədə demək olar ki, tam anarxiya hökm sürür. Yeganə məqsəd daha çox bina tikmək və bundan maksimum gəlir əldə etməkdir. Yol salan, şəhəri planlaşdıran və nəqliyyat sistemini quran peşəkar mütəxəssislərin olmaması səbəbilə bu sahədə davamlı olaraq ciddi problemlər müşahidə olunur”.
Sosialoq qeyd edib ki, bir çox ölkələrdə bu cür məsələlərə yanaşma tamamilə fərqlidir. 
“Həmin ölkələrdə intellektual sistemlər qurulur, əhali sıxlığı, yolun ötürücülük qabiliyyəti və ərazinin ehtiyacları əvvəlcədən hesablanır. Nəticədə, şəhərlər və yollar elə planlaşdırılır ki, nəqliyyat axını daimi və rahat şəkildə hərəkət edə bilsin. Daha inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da yolların ümumi sahəsi, şəhərlərin planlaması və alternativ yolların mövcudluğu səbəbilə hər ailədə bir neçə avtomobil olsa belə, ciddi tıxac problemi yaşanmır. Çünki hər şey öncədən düşünülür: geniş küçələr, alternativ yollar, yeraltı dayanacaqlar və yaşayış binalarının altında nəzərdə tutulmuş avtomobil dayanacaqları sistemi mövcuddur. Azərbaycanda isə bu göstəricilər olduqca aşağıdır. Paytaxtdakı binaların 90%-ində dayanacaq yoxdur. Yol infrastrukturu, yaşayış massivlərinin yerləşdirilməsi və yol ötürücülük qabiliyyəti tamamilə balanssızdır. Şəhərin mərkəzində avtomobillər üçün park yerlərinin qiymətinin “1 manat” kimi görünən sadə bir ödənişlə yüksək səviyyəyə çatdırılması isə problemi həll etməmiş, əksinə daha da ağırlaşdırıb. Məsələn, əvvəl Üzeyir Hacıbəyli küçəsində bir zolaq parkinq üçün nəzərdə tutulurdu. İndi isə hər iki tərəf parklama zonası elan edilib, yalnız bir zolaq hərəkət üçün saxlanılıb. Digər küçələrdə də oxşar vəziyyət hökm sürür üç və ya dörd zolaqlı yolların biri avtobuslara, biri velosipedçilərə, biri isə parkovkaya verilir. Nəticədə, avtomobillər üçün yalnız bir hərəkət zolağı qalır ki, bu da tıxacın qaçılmaz olmasına səbəb olur”.
Elçin Bayramlı deyib ki, avtomobil sayı azdır, lakin yollar xaotik və plansız şəkildə salındığı üçün şəhərlərdə nəqliyyat sistemi tamamilə iflic vəziyyətindədir. 
“Hətta kəndlərdə və rayonlararası yollarda da bərbad mənzərə müşahidə olunur. Yeni tikilən binaların sayı isə getdikcə artır, amma bu binaların yerləşdiyi ərazilərdə nə yol genişliyi, nə də park üçün yer nəzərdə tutulur. Məsələn, hazırda Bəxtiyar Vahabzadə küçəsində dar yolun kənarında 25 mərtəbəli binalar tikilir. Həmin küçədə artıq bu gün hərəkət etmək müşkülə çevrilib. Gələcəkdə isə bu vəziyyətin daha da ağırlaşacağı qaçılmazdır. Bütün bu hallar həm əhalinin gündəlik həyatına, həm iqtisadiyyata, həm də ekologiyaya ciddi zərər vurur. Avtomobillər saatlarla tıxacda qalır, hava çirklənir, vaxt və yanacaq itkiləri baş verir. Buna görə də tıxac probleminin əsas səbəbi təqribən 90%-i idarəetmə boşluğundan, yol və şəhərsalma sistemindəki səhvlərdən qaynaqlanır. Sürücü davranışları isə bu mənzərənin cəmi 5-10%-ni təşkil edir”.


Nəqliyyat eksperti Fərhad Eyyubovun firkincə, ümumiyyətlə şəhərsalma məsələlərində “nəqliyyat planlaşdırılması" adlı bir istiqamət var və bu istiqamətdə dövlətlərin təxirəsalmaz tədbirlər görməsi vacib addımlar hesab edilir:
“Hazırda və yaxın gələcəkdə, xüsusilə də gələn il ölkəmizdə şəhərsalma problemləri ilə bağlı böyük bir konfransın keçirilməsi nəzərdə tutulur. Şəhərsalma zamanı birinci növbədə yollar, körpülər, səkilər, dayanacaq yerləri, parklama sahələri kimi nəqliyyat infrastrukturunun planlaşdırılması vacibdir. Bundan sonra isə digər tikililər bu infrastrukturla uyğunlaşdırılır. Bu prinsipə əsasən hazırda Qarabağ bölgəsində yeni salınan şəhərlərdə əvvəlcə nəqliyyat planlaşdırılması həyata keçirilir. Lakin Bakı şəhəri çox qədim tarixə malik olduğu üçün burada vaxtında düzgün planlaşdırma aparılmayıb. Nəqliyyat planlaşdırılması bir növ kənarda qalıb. Məsələn, "qırmızı xətt" anlayışı var bu, tikilən binaların nəqliyyat infrastrukturundan müəyyən məsafədə yerləşməsini tələb edən planlaşdırma prinsipidir. Həmin xəttə əməl etmək lazımdır. Ancaq Bakıda bu, bir çox hallarda nəzərə alınmayıb. Şəhərin mərkəzində bəzi binalar dar küçələrə çox yaxın tikilib. Bu isə nəqliyyatın axınında ciddi çətinliklər yaradır. Məsələn, İçərişəhərdə nəqliyyat praktik olaraq işləyə bilmir, çünki oradakı yollar vaxtilə faytonlar üçün nəzərdə tutulub.
Bu istiqamətdə müxtəlif dövlət proqramları da hazırlanıb. 2019–2023-cü illəri əhatə edən bir proqram tətbiq olunmuşdu, lakin onun nəticələri barədə hələ də dəqiq hesabat eşidilməyib. Hazırda isə yeni bir 5 illik proqram hazırlanır. Bu proqram nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yönəlib”. 
Ekspert bildirib ki, sadəcə bir neçə yol və ya tunel tikməklə tıxac problemini tam həll etmək mümkün deyil. Tıxacların yaranmasının əsas səbəbləri araşdırılmalı və bu səbəblər aradan qaldırılmalıdır.
“Məsələn, bəzi yollar genişləndirilir, amma bu da problemi həmişə həll etmir. Yol nə qədər geniş olsa da, avtomobil sayı durmadan artır. Bakı üçün "əkiz şəhər" anlayışı da var, amma mən bu yanaşma ilə tam razı deyiləm. Çünki nəqliyyat axını dinamikdir – yayda, qışda və günün fərqli saatlarında axın dəyişir. Metro xətlərində təmir işləri aparılan zaman belə, yollar iflic vəziyyətə düşə bilər. Bu səbəbdən nəqliyyat axını real datalara əsaslanaraq, elmi şəkildə və dinamik modellərlə tənzimlənməlidir. Tıxacların yaranma səbəbləri müvəqqəti və daimi ola bilər. Məsələn:
Müvəqqəti tıxaclar – avtomobilin xarab olması, yol təmiri, qəza və s.
Daimi tıxaclar – yol kəsişmələrində axınların toqquşması, yolların buraxma qabiliyyətinin aşağı olması. Bu səbəblər araşdırıldıqdan sonra düzgün yanaşmalar tətbiq olunmalıdır”. 
Fərhad Eyyubov nəqliyyatın tənzimlənməsinin üç əsas yolu olduğunu qeyd edib. 

“1. Operativ Təşkilatlandırma üsulu

Bu üsulda küçə və yolların istiqamətləri dəyişdirilir, svetofor fazaları tənzimlənir, dairələrdə hərəkət istiqaməti uyğunlaşdırılır. Bu, nəqliyyatın axıcılığını artırmaq üçün istifadə olunur. Hazırda bu üsulla Bakı şəhərinin mərkəz hissəsində tıxacların 70-80%-i aradan qaldırılıb. Amma bu da artıq "doymuş" vəziyyətə çatıb.

2. Memarlıq-layihələndirmə üsulu

Yolların genişləndirilməsi, yeni yolların çəkilməsi bu kateqoriyaya daxildir. Məsələn, Heydər Əliyev prospektindən Mikrorayon metrosuna qədər yeni yol çəkilir. Bu da nəqliyyat axınının istiqamətini dəyişəcək. Amma şəhərin mərkəzindəki mövcud binalar səbəbilə genişləndirmə işləri çətinləşir.

3. İnzibati məhdudlaşdırma üsulu

Bu metodla bəzi avtomobillərin şəhərə daxil olması qadağan edilir. Məsələn, gündüz saatlarında 3-cü tip avtomobillərin mərkəzə daxil olması məhduddur. Həmçinin, piyada zonaları yaradılır və həmin zonalara nəqliyyat buraxılmır. Bu üsul vasitəsilə şəhər mərkəzindəki avtomobil sıxlığını azaltmaq mümkündür. Bu sahədə müxtəlif nazirlik və qurumlar məsuliyyət daşıyır: Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s. Amma bu qurumlar arasında koordinasiya zəifdir. Buna görə də bu sahədə ciddi, elmi əsaslı və vahid idarəetmə mexanizminin yaradılması vacibdir. Yalnız bu halda Bakıda tıxac problemini köklü şəkildə həll etmək mümkün olacaq”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri