Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Bakıdakı diplomatik korpusun Qarabağa səfəri

Bakıdakı diplomatik korpusun Qarabağa səfəri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud Ermənistan “suverenlik sınağı”nda da uduzur

Bəzən bir diplomatik səfər həqiqəti uzun siyasi bəyanatlardan daha çox üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti gedişi də məhz belə hadisələrdən oldu.

Postmünaqişə dövrünün səmimiyyət testi

58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndənin iştirak etdiyi aksiya 2020-ci ildən sonra diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Diplomatlar Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə oldular, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni nəqliyyat və sosial infrastruktur, Qarabağ Universiteti, istehsal müəssisələri, eləcə də bölgənin tarixi-mədəni irsi ilə tanış oldular. Gəncəsər və Xudavəng komplekslərinə səfər də proqramın tərkib hissəsi idi.

İlk baxışdan burada fövqəladə heç nə yoxdur. Azərbaycanda akkreditə olunmuş diplomatlar Azərbaycan dövlətinin təşkil etdiyi proqram çərçivəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər edirlər. Lakin məhz bu adi diplomatik hadisə Ermənistanda və erməni siyasi-ictimai məkanının müəyyən hissəsində qeyri-adi dərəcədə sərt reaksiya doğurdu. Keçmiş və müxalifət nümayəndələrindən tutmuş, ayrı-ayrı ictimai təşkilatlara və ekspertlərə qədər müxtəlif dairələr diplomatların Qarabağa səfərini, xüsusilə Gəncəsər və Xudavəngdə onlara verilən məlumatları hədəfə aldılar.

İttihamların əsas xətti diplomatların səfərdə iştirak etməklə, guya, Azərbaycanın Qarabağla bağlı mövqeyini “legitimləşdirməsi”, erməni mədəni irsi ilə bağlı Azərbaycan mövqeyini qəbul etməsi və 2023-cü il hadisələrinə münasibətdə susması üzərində qurulur. Hətta bəzi diplomatların və iştirakçı dövlətlərin ünvanına sərt ifadələr işlədilib. “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan hətta Ermənistan Xarici İşlər Nazirliyini səfərdə iştirak edən dövlətlərə və beynəlxalq qurumlara diplomatik nota göndərməyə çağırdı.

Beləcə, zahirən mədəni irs haqqında mübahisə təsiri bağışlayan hadisənin arxasında daha fundamental bir problem göründü – Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycanın suveren ərazisində xarici diplomatların hərəkəti niyə Ermənistan daxilində siyasi etiraz predmetinə çevrilir? Məsələnin mahiyyəti də məhz buradadır.

Münaqişədən sonrakı dövrdə Azərbaycan–Ermənistan münasibətlərinin ən mühüm anlayışlarından biri qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Bu prinsip yalnız xəritə üzərində sərhədlərin qəbul edilməsi demək deyil. Suverenliyi tanımaq həm də həmin sərhədlər daxilində digər dövlətin öz yurisdiksiyasını həyata keçirmək hüququnu qəbul etməkdir. Başqa sözlə, suverenlik selektiv anlayış deyil. Bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanıyıb, eyni zamanda onun müəyyən bölgəsində kimin səfər etməsinə, hansı tədbirin keçirilməsinə və yaxud xarici diplomatların həmin ərazidə hansı obyektlərlə tanış olmasına siyasi veto iddiası irəli sürə bilməz.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıyırsa, üçüncü dövlətlərin Azərbaycanda akkreditə olunmuş diplomatlarının Azərbaycanın suveren ərazisinə səfəri niyə siyasi etiraz predmetinə çevrilməlidir? Başqa sözlə, məsələ diplomatların Qarabağa getməsindən daha genişdir – söhbət Ermənistan siyasi və ictimai şüurunun postmünaqişə reallığını nə dərəcədə qəbul etməsindən gedir.

Məhz buna görə Qarabağa son diplomatik səfərə Ermənistanda verilən reaksiyalar sırf Gəncəsər və ya Xudavəng ətrafında tarixşünaslıq mübahisəsi kimi qiymətləndirilə bilməz. Burada daha dərin ziddiyyət meydana çıxır: Azərbaycanın ərazi bütövlüyünün formal tanınması ilə Azərbaycan suverenliyinin real nəticələrinin qəbul edilməsi arasında məsafə. Bu məsafə isə sülh prosesinin gələcəyi baxımından heç də ikinci dərəcəli məsələ deyil.

Əgər Qarabağın Azərbaycan ərazisi olduğu qəbul edilirsə, Azərbaycanda akkreditə olunmuş Fransa səfirinin, Avropa İttifaqı nümayəndəsinin və ya başqa bir dövlətin diplomatının Xankəndiyə, Şuşaya, Ağdərəyə, Kəlbəcərə səfər etməsi hansı hüquqi əsasla Ermənistanın etiraz obyektinə çevrilə bilər?

Qarabağ erməni vandalizminin izlərindən təmizlənir

Son səfərin diqqətdən qaçırılmamalı başqa bir mənası da var. Diplomatlara göstərilən Qarabağ yalnız keçmiş münaqişənin coğrafiyası deyil. Onların gördükləri Xankəndidə tikilən dəmir yolu və avtovağzal kompleksi, Qarabağ Universiteti, istehsal müəssisələri, yaşayış infrastrukturu, Şuşada və digər ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələridir.

Burada mühüm siyasi transformasiya baş verir: Qarabağ tədricən beynəlxalq diplomatik diskursda “münaqişə ərazisi” statusundan çıxaraq Azərbaycanın inkişaf edən regionlarından biri kimi görünməyə başlayır. Məhz bu dəyişiklik bəzi revanşist dairələr üçün bəlkə də səfərin özündən daha narahatedicidir.

Çünki uzun illər ərzində Qarabağ beynəlxalq ictimaiyyətə həll edilməmiş münaqişənin coğrafiyası kimi təqdim olunurdu. İndi isə həmin coğrafiyada universitet fəaliyyət göstərir, yollar, yaşayış məntəqələri, istehsal və nəqliyyat infrastrukturu qurulur və xarici diplomatlar bütün bunları öz gözləri ilə görürlər.

Beləliklə, dəyişən yalnız ərazinin fiziki mənzərəsi deyil. Qarabağın beynəlxalq siyasi qavrayışı da dəyişir. Bunu qəbul etmək postmünaqişə reallığını qəbul etmək deməkdir.

“Mədəni irs” mövzusu tarixi həqiqət güzgüsündə

Ermənistan ictimai-siyasi məkanında ən sərt reaksiyalar Gəncəsər və Xudavəng komplekslərinin Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim olunması ilə bağlıdır. Ermənistan tərəfi bu yanaşmanı rədd edir və həmin abidələri yalnız erməni mədəni irsi kimi təqdim edir. Ermənistanın “Peace bridge” təşəbbüsünün üzvləri də sentyabrın 14-də bununla bağlı narahatlıqlarını açıqlayıblar. Tarix elmi isə siyasi şüarlardan daha mürəkkəbdir.

Qafqaz Albaniyasının Cənubi Qafqaz tarixində mövcud olmuş dövlət və sivilizasiya məkanı olması elmi dövriyyədə yeni tezis deyil. Azərbaycanın xristian irsinin mühüm təbəqəsinin alban tarixi ilə bağlılığı Azərbaycan tarixşünaslığında uzun illərdir tədqiq edilir. Konkret abidələrin tarixi mənsubiyyəti, onların müxtəlif dövrlərdə dini-institusional transformasiyası və sonrakı dəyişikliklər isə tarix, arxeologiya, epiqrafika, memarlıq və mənbəşünaslığın predmetidir. Bu mübahisənin elmi müstəvidə aparılması mümkündür və aparılmalıdır.

Qəbuledilməz olan başqa şeydir: tarixi-mədəni irs haqqında fərqli elmi mövqenin mövcudluğunu başqa dövlətin suveren hüquqlarını sorğulamaq vasitəsinə çevirmək.

Daha bir prinsipial məsələ var. Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və dini abidələrin qorunmasına görə məsuliyyət Azərbaycan dövlətinin üzərinə düşür. Onların hansı dini və etnik icma ilə bağlı olmasından asılı olmayaraq, bu irsin qorunması dövlətin həm hüquqi, həm də mənəvi öhdəliyidir.

Mədəni irsə münasibətdə ən sağlam prinsip də budur: abidəni qorumaq üçün əvvəlcə onun “bizim”, yoxsa “sizin” olduğunu müəyyənləşdirmək lazım deyil.

Yaddaş asimmetriyası

Lakin burada Ermənistan siyasi diskursunda daha bir ziddiyyət ortaya çıxır. Azərbaycan ərazisində erməni tarixi-mədəni mövcudluğunun hər bir izi mütləq və toxunulmaz tarixi arqument kimi təqdim edilirsə, nə üçün indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixi mövcudluğuna eyni prinsip tətbiq edilmir?

İrəvanın, Göyçənin, Zəngəzurun və indiki Ermənistanın başqa bölgələrinin tarixi demoqrafiyası öyrənilərkən azərbaycanlı əhalinin mövcudluğu, onların yaşayış məntəqələri, məscidləri, qəbiristanlıqları, toponimləri və digər maddi-mədəni izləri siyasi münasibətə görə yoxa çıxa bilməz.

Tarixi yaddaş etnik seçim prinsipi ilə işləyə bilməz. Əgər mədəni irsin qorunması universal dəyərdirsə, bu prinsip Qarabağdakı xristian abidəsinə də, Ermənistanda mövcud olmuş Azərbaycan məscidinə, qəbiristanlığına və tarixi yaşayış məkanına da eyni dərəcədə şamil edilməlidir. Əks halda, mədəni irs artıq mədəniyyət məsələsi olmaqdan çıxaraq siyasi alətə çevrilir: “mənim irsim toxunulmazdır, sənin irsin isə mövcud olmayıb”.

Məhz belə yanaşma postmünaqişə cəmiyyətlərində son dərəcə təhlükəlidir. Çünki ərazi iddiası hüquqi-siyasi müstəvidə mümkünsüzləşdikdə onun tarixi yaddaş və mədəni irs üzərindən davam etdirilməsi üçün imkan yaradır.

Burada beynəlxalq hüququn yanaşması da seçici deyil. 1954-cü il Haaqa Konvensiyası və onun protokollarının fəlsəfəsi mədəni sərvətin münaqişə zamanı qorunması üzərində qurulub. 1999-cu il İkinci Protokol işğal edilmiş ərazilərdə mədəni, tarixi və elmi sübutları gizlətmək və ya məhv etmək məqsədi daşıyan mədəni sərvətin dəyişdirilməsinin qarşısının alınmasını ayrıca nəzərdə tutur. Bu norma mühüm prinsip yaradır: tarix siyasi məqsədə uyğunlaşdırılmaq üçün fiziki olaraq yenidən yazılmamalıdır.

Ona görə də Azərbaycanın Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi ilə bağlı qaldırdığı məsələlər də yalnız ikitərəfli siyasi polemika kimi qiymətləndirilməməlidir. Bu irsin vəziyyətinin obyektiv sənədləşdirilməsi və öyrənilməsi gələcək regional barışığın da elementlərindən biri olmalıdır.

Revanşizm yalnız müxalifətin problemidirmi?

Qarabağa səfərə reaksiyanın başqa mühüm tərəfi onun yalnız radikal və ya keçmiş rejimlə əlaqəli qüvvələrlə məhdudlaşmamasıdır.

Əvvəlcə Ermənistan mediasının özündə hökumətin və dövlət qurumlarının səfərə münasibətdə susduğu qeyd olunurdu. Lakin sentyabrın 14-də Ermənistan Milli Assambleyasının vitse-prezidenti, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ruben Rubinyan da Hikmət Hacıyevin Gəncəsərlə bağlı fikirlərini “əsassız” və sülhə fayda verməyən bəyanatlar kimi qiymətləndirdi. Rubinyanın hazırda Milli Assambleyanın vitse-prezidenti olması Ermənistan parlamentinin rəsmi məlumatında da göstərilir.

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki postmünaqişə revanşizmi yalnız “hakimiyyətə qarşı olan radikalların problemi” kimi təqdim etmək asandır. Daha mürəkkəb məsələ revanşist siyasi düşüncənin elementlərinin müxtəlif siyasi və ictimai təbəqələrə nə dərəcədə nüfuz etməsidir.

Burada rəsmi İrəvan qarşısında ciddi seçim dayanır. Əgər Ermənistan hakimiyyəti, həqiqətən, Azərbaycanla uzunmüddətli sülh istəyirsə, onun vəzifəsi yalnız sülh sazişi üzrə danışıqlar aparmaq deyil. O, eyni zamanda cəmiyyəti yeni regional reallığa hazırlamalıdır. Çünki bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, digər tərəfdən Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi hər addımı daxili auditoriya üçün “itirilmiş ərazi” psixologiyası ilə təqdim etmək sülhün ictimai bazasını yaratmır. Əksinə, keçmişi gələcəyə daşıyır.

Qarabağa gedən diplomatlar, əslində, nəyi göstərdilər?

150 diplomatın Qarabağa səfəri Azərbaycanın suverenliyini yaratmadı. Azərbaycanın Qarabağ üzərində suverenliyinin beynəlxalq legitimliyi diplomatların səfərindən asılı da deyil.

Amma həmin səfər mühüm bir məqamı da ortaya sərdi – bir vaxtlar danışıqlar masasında mübahisə predmeti olan ərazilərdə bu gün Azərbaycan dövləti yollar çəkir, universitet yaradır, yaşayış məntəqələri qurur, iqtisadi fəaliyyət təşkil edir, tarixi və dini abidələrin qorunmasına görə məsuliyyət daşıyır və xarici diplomatları öz ölkəsinin digər bölgələrinə apardığı kimi həmin ərazilərə də aparır. Bunun özü postmünaqişə reallığıdır.

Bu reallığa etiraz etmək onu dəyişmir. Əksinə, Ermənistan üçün daha mühüm sualı gündəmə gətirir: ölkə keçmiş münaqişənin siyasi coğrafiyasında yaşamağa davam edəcək, yoxsa qonşularının suverenliyini qarşılıqlı şəkildə qəbul edən yeni Cənubi Qafqazın qurulmasında iştirak edəcək?

Əgər həqiqətən davamlı sülh istənilirsə, seçim ikincinin xeyrinə edilməlidir.

Çünki sülh yalnız silahların susması deyil. Sülh keçmişin ərazi iddialarının başqa adlar, başqa simvollar və başqa narrativlər altında yaşadılmasından imtina etməkdir. Sülh qonşunun tarixinin mövcudluğuna dözümlülük, onun mədəni irsinə hörmət, ən başlıcası isə onun suverenliyini yalnız siyasi bəyanatda deyil, gündəlik siyasi davranışda qəbul etməkdir.

Sülh qonşunun sərhədini xəritədə tanımaqdan başlayır. Amma yalnız onun həmin sərhədlər daxilində suverenliyini qeyd-şərtsiz qəbul etdikdə gerçəkliyə çevrilir.

Qarabağa son diplomatik səfərin Ermənistan üçün əsl “suverenlik sınağı” olmasının səbəbi də məhz budur.

Xalid NİYAZOV,
BDU Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see229

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see227

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see222

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see173

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see171

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

14 Sentyabr 2026 14:40see171

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see169

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri