Icma.az
close
up
RU
Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub AZƏRTAC

Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 yanvar, Günel Alıyeva, AZƏRTAC

Bakıdakı Rus evində yaradıcılığı bizi tale, seçim və dəyişikliklər haqqında fəlsəfi düşüncələrə qərq edən rəssam Mehriban Şəmsədinskayanın “Bəxt çarxı” adlı fərdi sərgisinin açılışı olub.

“Bəxt çarxı” daimi hərəkətin rəmzidir. Hər yeni dönüş daha güclü, daha uğurlu və daha yaxşı olmaq üçün fürsət yaradır.

Mən çətin anlarda belə ümid və yenilənmə üçün yerin olduğunu göstərmək istədim”, - deyə layihənin müəllifi sərgidən əvvəl AZƏRTAC -ın müxbirinə bildirib.

M.Şəmsədinskaya öz əsərlərində zəngin simvolizmdən istifadə edərək zəfər anlarının ardınca sınaqlarla, təsadüfi hadisələrin şəxsi məsuliyyətlə bir-birinə bağlı olduğunu çatdırır. Sərginin mərkəzi obrazı insan taleyinin dəyişkənliyini, təsadüflüyünü və kövrəkliyini simvolizə edən bəxt çarxıdır.

Rəsmlər zəngin bir palitrada işlənib, burada parlaq kontrastlar pastel çalarları ilə ahəngdar şəkildə tamamlanır.

M.Şəmsədinskaya 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, “Central Saint Martins” və “Sotheby's İnstitute of Art” kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb, müxtəlif beynəlxalq kursların iştirakçısı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantıdır.

Onun yaradıcılığı Paris, London və Bakıda həyata keçirilən beynəlxalq layihələr də daxil olmaqla, bir çox sərgilərdə təqdim olunub.

2010-cu ildə beynəlxalq onlayn sərgidə rəssamın “Solitude in a cage” adlı fotosu “Ən yaxşı texniki ifa” nominasiyası üzrə mükafatlandırılıb.

Rəssam həm də art-terapevt kimi çalışdığı Psixi Sağlamlıq Mərkəzində “Xoşbəxtlik ağacı” art-obyektinin müəllifi kimi tanınır. Onun sənətinə rəssamlıq, video-art və insan qavrayışının sərhədlərini araşdıran konseptual qurğular daxildir.

O deyib ki, onun fəaliyyəti həm Azərbaycanda, həm də xaricdə qazanılmış təcrübəyə əsaslanır. Bu, ona həm incəsənət dünyasında aktual olmağa, həm də art-terapiya istiqamətini fəal şəkildə inkişaf etdirməyə kömək edir.

“Mən həqiqətən də hesab edirəm ki, incəsənət sağaldır. Art-terapiya vasitəsilə insanlara harmoniya tapmağa və özlərini ifadə etməyə kömək edirəm. Hər bir insan şəkil çəkməlidir - bu, təkcə yaradıcılıq deyil, həm də daxili duyğuların öhdəsindən gəlmək üçün bir yoldur”, - deyə istedadlı rəssam sözlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri