Icma.az
close
up
RU
Bakıdakı Rus evində “Svaytoçnıe veçera” adlı bayram konserti olub AZƏRTAC

Bakıdakı Rus evində “Svaytoçnıe veçera” adlı bayram konserti olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Bakıdakı Rus evində keçirilən “Svaytoçnıe veçera” adlı konsertdə tamaşaçılara parlaq bayram proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, paytaxtımızda yerləşən müqəddəs Arxangel Mixail kilsəsinin iştirakı ilə baş tutub.

Bayram gecəsinin əvvəlində Bakıdakı Rus evi rəhbərinin müavini Dmitri Yeqorov, Bakı və Azərbaycan yepiskopu Aleksi iştirakçıları salamlayıb və təbriklərini çatdırıblar.

Rus evinin tamaşaçıları üçün mənəvi və dünyəvi solo, ansambl, xor, vokal, instrumental, musiqi və poetik əsərlərin nümayiş olunduğu xüsusi konsert proqramı hazırlanıb.

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru və BMA-nın baş müəllimi Alyona İnyakina Məsihin doğulması və bununla bağlı qeyd olunan xristian bayramların mənşəyi və keçirilmə ənənələri haqqında danışıb.

Bayram axşamı toplaşanlar qarşısında Birləşmiş Xor Hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı müqəddəs Arxangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Xorunun artistləri Elyar Əliyev və Tofiq Zeynalov, BMA-nın məzunları İnarə Əzimova, Bahar Məmmədova və Emil İsmayılov, BMA-nın tələbəsi Amin Heydərov, müşayiətçi Larisa Zairbekova, Bakı şəhərindəki müqəddəs Arxangel Mixail kilsəsinin uşaq bazar günü məktəbinin yuxarı qrupunun şagirdləri çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri