Icma.az
close
up
RU
Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Bakıdakı universitetlərin köçürülməsi ilə bağlı hökumətdən təklif

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.

"Ölkə.Az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

"Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir".

Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:

"Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər".//Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Mart 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri