Icma.az
close
up
RU
Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması son illərdə ali təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə xaricdə təhsilini davam etdirmək, beynəlxalq şirkətlərdə çalışmaq və ya peşə fəaliyyətini başqa ölkələrdə qurmaq istəyən gənclər üçün diplomların tanınması mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, diplomun beynəlxalq səviyyədə qəbul olunması təkcə universitetin nüfuzu ilə deyil, həm də təhsil proqramlarının keyfiyyəti, beynəlxalq akkreditasiyalar, ikili diplom layihələri və universitetlərin xarici tərəfdaşlıqları ilə sıx bağlıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan universitetləri ölkənin ali təhsil sisteminin əsas sütunlarından biridir və bir çox ali məktəbin diplomları müxtəlif ölkələrdə tanınma imkanına malikdir.
Onun sözlərinə görə, son illərdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsi və xarici universitetlərlə əməkdaşlığının artması bu istiqamətdə mühüm nəticələr verib.
"Azərbaycan universitetləri ölkənin ali təhsil sisteminin əsas hissəsini təşkil edir və onların bir çoxunun diplomları beynəlxalq səviyyədə tanınma imkanına malikdir. Bu sahədə Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Ali Neft Məktəbi, ADA Universiteti və Bakı Memarlıq Universiteti kimi ali məktəblər xüsusi yer tutur".
Ekspert qeyd edib ki, diplomların tanınması məsələsi ölkədən ölkəyə fərqlənə bilər. Bəzi dövlətlərdə diplomların tanınması üçün əlavə nostrifikasiya prosedurları tələb olunsa da, Azərbaycan universitetlərinin məzunları bir çox ölkələrdə magistratura, doktorantura və əmək fəaliyyəti istiqamətində uğurla fəaliyyət göstərirlər.
Elçin Əfəndinin sözlərinə görə, universitetlərin beynəlxalq reytinqlərdə yer alması, xarici ali məktəblərlə ortaq proqramlar həyata keçirməsi və beynəlxalq akkreditasiya proseslərində iştirak etməsi onların məzunlarının xaricdəki imkanlarını daha da artırır.
"Bu gün ali məktəblərin beynəlxalq əlaqələrinin genişlənməsi diplomların tanınmasına müsbət təsir göstərən əsas amillərdəndir. Xarici universitetlərlə əməkdaşlıq proqramları, tələbə mübadiləsi layihələri və beynəlxalq akkreditasiyalar ali təhsil müəssisələrinin nüfuzunu artırır və məzunların xaricdə təhsilini davam etdirməsini asanlaşdırır".
Təhsil eksperti vurğulayıb ki, təkcə paytaxtda yerləşən universitetlər deyil, regionlarda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələri də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.
"Eyni zamanda regionlarda fəaliyyət göstərən Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti də müxtəlif beynəlxalq əməkdaşlıqlar və akkreditasiya imkanları sayəsində xarici ölkələrdə tanınma baxımından müəyyən üstünlüklərə malikdir. Bu ali məktəblər də beynəlxalq layihələrdə iştirak etməklə və xarici tərəfdaşlarla əməkdaşlıq etməklə öz mövqelərini gücləndirirlər".
Ekspert hesab edir ki, gələcək illərdə Azərbaycan universitetlərinin beynəlxalq arenada daha geniş tanınması üçün təhsil proqramlarının müasirləşdirilməsi, elmi tədqiqatların gücləndirilməsi və beynəlxalq akkreditasiya proseslərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyacaq. Bu istiqamətdə atılan addımlar həm ölkənin ali təhsil sisteminin nüfuzuna, həm də məzunların qlobal əmək bazarındakı rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2026 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri