Icma.az
close
up
RU
Bakıdakı universitetlərin rayonlarda filialları AÇILACAQ?

Bakıdakı universitetlərin rayonlarda filialları AÇILACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bir neçə ildir Bakının tıxacsız gününü görmək olmur. Xüsusilə, günün gur saatlarında paytaxt yollarında saatlarla tıxacda qalmaq mümkündür. Bəziləri buna universitetlərinin çoxunun paytaxtda cəmləşməsi, bəziləri iş saatlarının eyni vaxtda başlayıb və bitməsi, bəziləri isə şagirdlərin şəxsi avtomobillərlə məktəbə gətirlməsində görürlər.
Bütün bunların nəzərə alındığı Bakının nəqliyyat infrastrukturu ilə bağlı sərəncam imzalanıb. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Bakıda yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri və müvafiq təkliflərin hazırlanması qeyd olunub.
Həmçinin, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili də nəzərə alınıb.
Bəs universitetlərin paytaxtdan kənara köçürülməsi və ya regionlarda filiallarının açılması paytaxt yollarındakı sıxlığa necə təsir edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri deyib ki, universitetlərin paytaxt yollarındakı sıxlığa təsiri yox dərəcəsindədir:
“Universitetlərin regionlara köçürülməsi hər il müzakirə olunan mövzudur. Paytaxtda tıxac yaratma faizlərinə görə universitetlər çox aşağıdır. Çünki bizim cəmi 52 universitetimiz var. Yeddi universitet xüsusi təyinatlıdır, yerdə qalanların da bəziləri rayonlarda yerləşir. Bəziləri paytaxtda yerləşsələr də tələbə sayına görə kiçik universitetlərdir.
Bakı Biznes, Bakı Kooperasiya, Bakı Qızlar, Avrasiya və bu kimi universitetlərin tələbə sayı nə qədər olacaq ki, bunların tıxac yaratma ehtimalı olsun. Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti və bunlar kimi digər böyük universitetlərimiz də var. Orada tələbə kontingenti 10-12 mindən çoxdur. Hər bir halda bu qənatdəyəm ki, böyük universitetlərin belə paytaxt tıxaclarında rolu yoxdur”.
Elmin Nuri tıxaclara daha çox məktəblərin səbəb olduğunu qeyd edib:
“Etiraf edək ki, Bakıda əhalinin sıx məskunlaşması iş yerlərinin əsasən paytaxtda cəmləşməsi səbəbindən baş verib. Ona görə də təhsil müəssisələrində təbii olaraq təhsil alan uşaqların sayı normadan artıqdır və bu da nəqliyyat sıxlığına, yollardakı tıxaca təsirsiz ötüşmür. Bu istiqamətdə hələki iki məsələ ilə bağlı təklif ortalığa atılıb. Bunlardan biri təhsil müəssisələri üçün məktəb avtobuslarının ayrılması, ikinci isə təhsil müəssisələrində dəyişkən iş rejiminə keçiddir. Hər iki təklif tıxacların azalmasında mühüm rol oynayacaq”.
Ekspert hesab edir ki, istənilən halda universitetlərin regionlara köçürülməsi, yeni həyatın və biznes strukturunun yaranması baxımından faydalı ola bilər.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Fevral 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri