Icma.az
close
up
RU
Bakıdan Brüsselə açıq mesaj: qoca Avropanın problemləri çoxdur

Bakıdan Brüsselə açıq mesaj: qoca Avropanın problemləri çoxdur

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa parlamentinin Azərbaycan əleyhinə olan növbəti qətnaməsindən sonra Azərbaycan Milli Məclisinin həmin parlamentlə əməkdaşlığın dayandırılması və Avronest Parlament Asssambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlamaq haqqında qərarı sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif yöndə şərh olunur. Müəyyən qrup şəbəkə iştirakçıları bu qərarın qəbulunu şərtləndirən amilləri yüngül desək, təhrif olunmuş şəkildə qələmə verməyə çalışırlar. Guya Avropa Parlamenti Azərbaycandan demokratiya, insan hüquqları və siyasi məhbusların azad olunmasaını tələb etdiyi üçün Azərbaycan həmin parlamentlə əlaqələri kəsərək özünə qapanma mövqeyi tutub”.

 Ölkə.az xəbər verir ki, bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Avropa Parlamenti bütövlükdə və ya qismən ölkəmiz ilə əlaqəli 15-ə yaxın qətnamə qəbul edib: “Təəssüfləndirici haldır ki, həmin qətnamələrdə Avropa Parlamenti heç olmazsa qismən neytral görünməyə çalışmayıb Azərbaycan dövlətinə və xalqına qarşı həmişə birtərəfli və qərəzli mövqedən çıxış edib. Həm də bu qətnamələrdə Azərbaycana qərəzli münasibətin ritorikaları ardıcıl olaraq sərtləşdirilməsi və sanksiya çağırışlarının artması müşahidə olunur. Bu qətnamələrdə formal cəhətdən beynəlxalq humanitar hüquqa və insan hüquqlarına istinad olunsa da, Azərbaycana qarşı əsassız, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına zidd ittihamlar irəli sürülür. Bu ittihamların əsas mövzusu Qarabağda yaşayan erməni əhalisinin guya Azərbaycan tərəfindən hüquqlarının pozulması və təhlikəsizliyinin təmin olunmaması, “blokada”da saxlanması, Qarabağdakı erməni mədəni irsinin guya Azərbaycan tərəfindən dağıdılması, Azərbaycanı könüllü tərk etmiş ermənilərin guya zorla Ermənistana köçürülməsi və onların geri qaytarılmasına təminat verilməsinin zəruriliyi, beynəlxalq xarakterli sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məhkum olunmuş şəxslərin “hərbi əsir” və “girov” kimi qələmə verilməsi və onların dərhal azad olunması tələbi və s. bu kimi məsələləri əhatə edir. Bu qətnamələrin heç birində Azərbaycanlıların zorla Ermənistandan qovulması, Ermənistanda və 30 illik işğal dövründə Qarabağda etnik təmizləmə, Azərbaycanlıların mədəni və dini irslərinin dağıdılması və məhv edilməsi, yaşayış məntəqələrinin viran qoyulması məsələlərinə dair bir ifadə də tapmaq olmaz”.

O əlavə edib ki, Avropa Parlamentinin hələlik sonuncu olan "Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsi haqqında" qətnaməsinə bilavasitə Azərbaycanın əleyhinə olan 2 bəndin salınması Avropa parlamentinin qərəzini bir daha ortaya qoyur: “Həmin iki bənddə Avropa parlamenti: 

“12. Dağlıq Qarabağ ermənilərinin hüquqlarına, o cümlədən onların şəxsiyyətinin, əmlakının və mədəni irsinin qorunmasına, habelə müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüquqlarına dəstəyini bir daha təsdiqləyir; erməni mədəni və dini irsinin məhv edilməsinə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsinə və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırır;
13. Azərbaycan tərəfindən erməni hərbi əsirlərin, saxlanılan şəxslərin və girovların ədalətsiz şəkildə saxlanılmasını pisləyir; onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir; indiyədək atılmış addımları qeyd edir və etimadın möhkəmləndirilməsi üçün növbəti tədbirlərin görülməsinə çağırır; beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam riayət olunmasına çağırır.”
Bu iki bənddə göstərilən məsələlərin Ermənistanda demokratiya məsələsinə və ümumiyyətlə Ermənistana heç bir aidiyyəti yoxdur. Eyni zamanda həmin məsələləri guya Azərbaycanda insan hüquqlarını qorunmasına tələb kimi qələmə verilməsi də əslində ölkədaxili siyasi qərəzin bir nümunəsidir.

Bu 2 bənd həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını və Cənubi Qafqazda sülh prosesini təhdid edir. Avropa Parlamenti Azərbaycan prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatındakı çıxışında dediyi kimi “sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur”.
Bu gün qoca Avropanın problemləri çoxdur. ABŞ, Rusiya və Çin ayrı-ayrılıqda Avropanın üstünə gəlir, Avropanın həm hərbi və həmdə enerji təhlükəsizliyi ciddi təhdid altındadır. Belə bir şəraitdə kifayət qədər korrupsiyalaşmış və marginallaşmış Avropa parlamenti qoca qitənin köklü problemlərinin həllinə kömək əvəzinə erməni lobbisinin əlində oyuncağ çevrilib mənasız sənədlər qəbul edir və son nəticədə Avropanın problemlərini daha da dərinləşdirir. 
Ona görə də bir tərəfdən mənasız qətnamələri ilə Avropanın problemlərini dərinləşdirən, Azərbaycana qarşı daim qərəzli və çoxtərəfli standartlarla yanaşma sərgiləyən bir qurumla formal əməkdaşlığın heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan Milli Məclisin Avropa parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarı düzgün və vaxtında verilmiş qərardır. Bu qərar bütövlükdə Avropa strukturları ilə əməkdaşlığın dayandırılması demək deyil”.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri