Icma.az
close
up
RU
“Güney Azərbaycanlı fəalların Bakıdan gözləntiləri çoxdur...”

“Güney Azərbaycanlı fəalların Bakıdan gözləntiləri çoxdur...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“O da məlum oldu ki, Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur, ciddi problemlər qalır...”

“Güney məsələsinə xüsusi önəm verən AMİP-in fəxri lideri Etibar Məmmədov tədbirin təşkilatçılarına öz dəyərli məsləhətlərini verdi və bundan sonra da mövzunu daim diqqətə saxlayacağını vurğuladı...”

“Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Güney Azərbaycan Məşvərət Şurasının təşkilatçılığı ilə "Güney Azərbaycanın durumu və gələcəyi" mövzusunda keçirilən dəyirmi masa İran-ABŞ/İsrail müharibəsi ilə bağlı yaranmış vəziyyətin dəyərləndirilməsi və fikir mübadiləsi aparılması məqsədi  daşıyırdı. Tehran rejiminin repressiyaları səbəbindən xaricdə yaşamağa və fəaliyyət göstərməyə məcbur olan güneyli fəalların Bakıdan gözləntiləri çoxdur. Onlar  Azərbaycan Prezidentinin Güneylə, ümumilikdə dünyada yaşayan soydaşlarımızla bağlı yürütdüyü siyasəti təqdir etdiklərini və bundan ruhlandıqlarını açıqca söylədilər”.

Bunu Moderator.az-a açıqlamasında bu günlərdə sözügedən tədbirdə iştirak etmiş siyasi şərhçi, AMİP Siyasi Şurası şurasının üzvü Əli Orucov söyləyib.

“Bununla belə, tədbirdə o da məlum oldu ki, Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur, ciddi problemlər qalır. Xüsusən də İranda yaşayan türklərin(azərbaycanlıların) siyasi lider və prosesləri irəli aparacaq, ona rəhbərlik edəcək mütəşəkkül ictimai, siyasi təşkilatlarının olmaması mövcud pərakəndəliyi saxlayır. Bu da nəticə etibarilə aktiv və sistemli şəkildə hədəfə doğru çatmağa imkan vermir. İranın qapalı rejim olması cənublu soydaşlarımız barədə də müfəssəl məlumatlar qıtlığı yaradır və atılacaq addımların planlaşdırılmasına çətinliklər törədir. Bu tədbir həm də nəbz yoxlaması idi ki, güneylilərin Qüzeydən, Quzeyin Güneydən gözləntilərini bir daha dəqiqləşdirmək, bunun konturlarını müəyyən etmək kimi də xarakterizə etmək olar. Güney məsələsinə xüsusi önəm verən AMİP-in fəxr lideri Etibar Məmmədov tədbirin təşkilatçılarına öz dəyərli məsləhətlərini verdi və bundan sonra da mövzunu daim diqqətə saxlayacağını vurğuladı”, - deyə davamında AMİP təmsilçisi bildirib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 May 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri