Icma.az
close
up
RU
Avropanın rəhbəri Bakıdan nə istəyir?

Avropanın rəhbəri Bakıdan nə istəyir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşü keçirilib. Dövlət başçısı görüş zamanı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib: “Keçən il bir neçə dəfə iqtisadi göstəricilərə baxdım və bu ilin yanvarında ticarətimizin 50 faizi Avropa İttifaqı ilə həyata keçirilib. Bu isə göstərir ki, bizim üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır. Əminəm ki, yeni layihələr, investisiya imkanları və hər iki istiqamətdə investisiyaların artması ilə biz bu sahədə daha aktiv fəaliyyət göstərəcəyik”.
Antonio Koştanın Bakıya gəlişi sadəcə protokol xarakterli deyil. Bu səfər Avropanın enerji təhlükəsizliyi və regional sabitlik məsələlərində Azərbaycanı vazkeçilməz tərəfdaş kimi gördüyünün növbəti təsdiqidir. Son zamanlar regionda yaşanan gərginlik Avropada enerji təhlükəsizliyi ilə bağlı ciddi problemləri meydana çıxarır ki, bu da Azərbaycanın strateji önəmini daha da artırır. Eyni zamanda, Ukraynada davam edən müharibə Avropanı Rusiya qazından asılılığı minimuma endirməyə vadar edir. Belə bir şəraitdə Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə tədarük etdiyi mavi yanacaq Avropa üçün həyati əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, dövlət başçısının qeyd etdiyi ticarət rəqəmləri Azərbaycanın ən əsas iqtisadi tərəfdaşının Aİ olduğunu bir daha sübut edir:
"Bundan savayı, İttifaq Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları nəzərə almaya bilməz. Ehtimal olunur ki, Aİ Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması prosesinə öz töhfəsini verməyə çalışacaq. Brüssel bölgənin artan iqtisadi və siyasi rolunun fərqindədir və bu proseslərdən kənarda qalmaq istəmir. Xüsusilə, Zəngəzur dəhlizinin "Şərq-Qərb" ticarət yolunda əsas həlqəyə çevriləcək olması Cənubi Qafqazın əhəmiyyətini qlobal miqyasda artırır.
Bundan başqa, Azərbaycan artıq təkcə ənənəvi qaz ixracatçısı deyil, həm də mühüm yaşıl enerji mərkəzinə çevrilmək niyyətindədir. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli vasitəsilə bərpa olunan enerjinin Avropaya nəqli hazırda gündəmin əsas mövzularından biridir".
O qeyd edib ki, Rusiya ilə artan gərginlik fonunda Avropa İttifaqının Rusiyadan yan keçməklə Çindən Avropaya yük daşımaları üçün etibarlı tranzit yollarına ehtiyacı var:
"Orta Dəhliz layihəsi hazırda bu məsələdə əvəzedilməz rola malikdir və Azərbaycan bu dəhlizin əsas halqasıdır. Gələcəkdə bu sahəyə, eləcə də kənd təsərrüfatı, texnologiya və rəqəmsallaşma sektorlarına Avropadan böyük həcmdə investisiyaların yatırılması gözlənilir.
İttifaq rəhbərinin ölkəmizə səfəri bir daha təsdiqləyir ki, Azərbaycan Avropa üçün regionda etibarlı və əvəzolunmaz strateji müttəfiqdir".
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Mart 2026 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri