Bakıdan Cəlilabada 5 manat, ordan kəndə 30 manat
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəlilabadın Mikayıllı, Xanəgah Türkelli kəndlərini birləşdirən yol bərbad vəziyyətdədir.
Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, bu yoldan təxminən 5000 nəfər istifadə edir:
"İldən-ilə isə burda əhalinin sayı azalır. Buralara ambulans da gəlmir. Yollar pis gündədir deyə maşın da sürə bilmirik. Bakıdan Cəlilabada 5 manata gəliriksə, burdan kəndə 30 manata gəlirik".
Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, Xanəgah Türkelli avtomobil yolunun ümumi uzunluğu 16 km-dir. Onun 10 km asfalt, qalan 6 km isə çınqıl örtüklüdür. Yolun təmir olunması nəzərdə tutulub. Bununla bağlı təkliflər hazırlanaraq təqdim olunub. Növbəti illərdə həmin yol təmir olunacaq.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















