Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Bakıdan Dəməşqə uzanan yol

Bakıdan Dəməşqə uzanan yol

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni geosiyasi istiqamət

Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasət çərçivəsində dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirilir. Yeganə istisna hal torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanla bağlıdır. İşğal faktı aradan qaldırıldıqdan sonra da birinci addımı Bakı atıb. Ölkəmiz xoş məram nümayiş etdirərək, İrəvana barışıq əli uzadıb.

Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan digər ölkələrlə münasibət qurarkən bir-birinin daxili işlərinə qarışmamaq, suverenliyə, ərazi bütövlüyünə, milli qanunvericiliyə hörmət kimi başlıca prinsipləri, habelə özünün milli maraqlarını əsas götürür. Azərbaycanın milli maraqlarını nəzərə almayan, yaxud açıq-aşkar buna qarşı çıxan Fransaya, Avropanın bəzi dövlətlərinə və regional təşkilatlarına Bakı simmetrik münasibət sərgiləyir.

Ölkəmiz İslam dünyasına daxil olan dövlətlərlə də əlaqələrə xüsusi diqqət yetirir. Xüsusilə 57 dövləti öz sıralarında birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında İƏT-ə üzv olmaq barədə birinci müraciət edib. Biz 1991-ci il dekabrın 8-də İƏT-in Seneqalın paytaxtı Dakarda keçirilmiş İƏT dövlət və hökumət başçılarının V konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişik.

Ölkəmiz Suriya Ərəb Respublikası ilə münasibətlərə də hər zaman böyük önəm verib. İkitərəfli münasibətlərin tarixinə baxdıqda Suriyanın Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 16-da tanıdığını görmək mümkündür. Həmin ilin martın 28-də Bakı və Dəməşq arasında diplomatik əlaqələr yaradılıb. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasınadək Bakı və Dəməşq arasında BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq həyata keçirilirdi. Azərbaycan donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edirdi. Ancaq qeyd etdiyimiz tarixdən etibarən Suriyanın ölkəmizə münasibəti pisləşməyə başladı. Halbuki, Azərbaycan bu məsələyə rəsmi olaraq neytral mövqe sərgiləyirdi.

Güman etmək olar ki, Azərbaycanın Türkiyə ilə yaxın münasibətləri amili qarşılıqlı etimadsızlıq müşahidə olunmasının, daha doğrusu, Bəşər Əsədin ölkəmizə münasibətinin pisləşməsinin əsas səbəbi idi. Azərbaycanın Türkiyə ilə “Bir millət, iki dövlət” siyasəti çərçivəsində çox sıx münasibətləri mövcuddur. Türkiyə isə Suriya münaqişəsində açıq şəkildə Əsəd rejiminə qarşı çıxan əsas aktorlardan biri idi. Bu baxımdan Əsəd üçün Türkiyənin strateji müttəfiqləri avtomatik olaraq şübhəli tərəf kimi görünə bilərdi.

Bundan əlavə, Əsəd rejimi İranla çox yaxın, Ermənistanla isə tarixən dostyana əlaqələrə malik idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, İranın isə sözdə bizi, əməldə hayları dəstəkləməsi Əsədin Azərbaycana qarşı balanssız yanaşmalararına gətirib çıxarmışdı.

Ancaq Suriya müxalifətinin 2024-cü il noyabrın 27-dən başlanan və dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə sona çatan hücumu, keçid hökumətinin yaradılması, bu hökumətin Türkiyəyə müsbət münasibəti Dəməşq–Bakı əlaqələrində də yeni səhifənin açılmasına səbəb oldu.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında dekabrın 10-da aparılan telefon danışığı zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulmuş, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunmuşdu. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etmişdilər.

Cənab İlham Əliyev bundan sonra Ankaranın yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlanacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd etmişdi. Prezident Ərdoğan isə bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnunluqla vurğulamışdı.

Bundan az sonra Bakı əməli addım atdı. Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə 10 yük avtomobilindən ibarət, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarının olduğu yardım karvanı Dəməşqə göndərildi.

2024-cü il dekabrın 30-da isə Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər etdi. Bu, son 13 il ərzində Bakıdan Dəməşqə edilən yüksək səviyyəli ilk səfər idi. Bu ilin fevralında isə Azərbaycan 13 illik fasilədən sonra Suriya paytaxtındakı səfirliyinin fəaliyyətini bərpa etdi.

Bu çərçivədə Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısı görüş zamanı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Görüşlə bağlı yayılan məlumatda bir məqam da diqqəti cəlb edir. Bu da söhbət zamanı Azərbaycan–Suriya–Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulmasıdır. Ehtimal etmək olar ki, Suriya hökumətinin ardıcıl və prinsipal mövqeyi davam edərsə, bölgədə daha bir üçtərəfli əməkdaşlıq formatı qurula bilər.

Mayın 4-də isə Dəməşqə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti yollanıb. Ölkənin keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib. S.Şərifov səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə də geniş tərkibli görüş keçirib.

Bütün bunlar Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəklədiyini bir daha sübuta yetirir. Eyni zamanda, Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığından xəbər verir. Belə səfərlər Azərbaycanın Suriyadakı keçid hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrin inkişafına dəstək verəcəyini göstərir. Bu, Azərbaycanın regional siyasətindəki balanslı yanaşmanı və müxtəlif tərəfdaşlarla əməkdaşlıq etmək istəyini göstərir. Eyni zamanda, bu addım, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə sadiqliyini və sülhün təşviqinə yönəlmiş siyasətini bir daha vurğulayır.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Azərbaycan və Suriyanın yeni hökuməti arasında münasibətlərin yeni səhifəsi başlayıb. Onun sözlərinə görə, Azərbaycan və Suriya xalqları tarixən bir-biri ilə qonşuluqda yaşayıb və müəyyən dövrlərdə vahid geosiyasi məkanın aparıcı aktorları olublar: “Bəşər Əsəd dövründə Suriyanın Türkiyə ilə münasibətlərinin soyuqluğu fonunda Dəməşq heç bir məntiqi əsası olmadan Azərbaycanla da münasibətləri korlamış, onlar üçün heç bir önəm daşımayan Ermənistana siyasi dəstək vermişdir. Hərçənd Suriyanın son 15 ildə dövlət kimi mövcudluğu sual altında idi. Əsədin ölkədən qaçmasından, Suriyada keçid hökumətinin yaradılmasından iki ölkə arasında əlaqələrinin bərpası və dərinləşdirilməsi gündəmdədir”.

Z.Məmmədov qeyd etdi ki, tərəflər arasında münasibətlərdə bir neçə komponent üzrə işlər aparıla bilər:

1. Diplomatik

Səfirliklərin yenidən aktivləşdirilməsi və diplomatik missiyaların genişləndirilməsi. BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq.

2. İqtisadi

Azərbaycan şirkətləri Suriyanın bərpasında iştirak edə bilər. Bura tikinti, infrastruktur və enerji sahələri aiddir. Kənd təsərrüfatı sektorunda da əməkdaşlığın perspektivləri var. Bu baxımdan yaxın gələcəkdə birgə biznes-forumların təşkili istisna deyil.

3. Enerji və logistika

Enerji infrastrukturunun bərpasına yardım (elektrik, qaz təchizatı). Azərbaycan– Türkiyə–Suriya nəqliyyat dəhlizinin yaradılması. Dəniz limanları vasitəsilə yüklərin tranziti (Bakı–Latakiya xətti).

4. Humanitar və təhsil sahəsində

Suriyalı tələbələrin Azərbaycan universitetlərində təhsil alması. Azərbaycanın Suriyada humanitar layihələrdə iştirakı (xüsusilə su, səhiyyə, təhsil sahələrində). Mədəniyyət və İslam həmrəyliyi kontekstində ortaq layihələr.

5. Geosiyasi faktorlar, imkanlar və risklər.

Azərbaycan–Suriya əlaqələri İsrail–Türkiyə və İsrail–İran gərginliyi fonunda xüsusi siyasi məna daşıyır. Bu kontekstdə tərəflərin maraqları, regional qüvvələr balansı, geosiyasi dinamika vacibdir. Azərbaycan–Suriya münasibətləri İsrail–Türkiyə və İsrail–İran gərginliyi kontekstində qlobal və regional siyasətin mürəkkəb şaxələrini əks etdirir. Bakı bu mürəkkəb geosiyasi mühitdə balanslı və praqmatik siyasət aparmaqla həm öz milli maraqlarını qoruyur, həm də yeni diplomatik və iqtisadi fürsətlər yaradır.

Z.Məmmədov bildirdi ki, bu gün münasibətlərin inkişafı üçün yaranan yeni fürsətin həm də tarixi və mənəvi əsasları var. Azərbaycan klassik ədəbiyyatının tanınmış simaları – Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqaları ərəb-İslam dünyasının, o cümlədən Suriyanın elmi-ədəbi dairələrində tanınırdılar və hazırda da tanınmaqdadırlar. Onların əsərləri Şam, Bağdad, Hələb və Qahirədə yayılmış, yaradıcılıqları elmi-fəlsəfi mühitə təsir göstərmişdir. Bütün bu məqamları ümumiləşdirərək deyə bilərik ki, bu gün də müasir Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri