Icma.az
close
up
RU
Menu

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

Yaxın Şərqdə Azərbaycanın artan rolu: Bakıdan Dəməşqə strateji mesaj ŞƏRH

Yaxın Şərqdə Azərbaycanın artan rolu: Bakıdan Dəməşqə strateji mesaj ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanın Suriya ilə təmasları, xüsusilə də Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək verməsi, rəsmi Bakının beynəlxalq hüquq və regional sabitlik prinsiplərinə sadiqliyini göstərir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.

Onun sölərinə görə, Türkiyə ilə birgə regional təşəbbüs Azərbaycanın Suriyanın münaqişədən sonrakı dövrdə bərpası və inkişafı prosesinə dəstək göstərməyə hazır olduğunu, Ankara-Bakı ittifaqının yalnız hərbi və siyasi deyil, həm də humanitar, iqtisadi sahələrdə regional gücə çevrildiyini nümayiş etdirir. Eyni zamanda, “Bir millət, iki dövlət” fəlsəfəsinin üçüncü ölkələrə fayda verə biləcək real regional layihələrə çevrildiyini sübut edir. Azərbaycan isə bu addımı ilə həm müsəlman dünyasında nüfuzunu daha da artırır, həm də “yumşaq güc” vasitəsilə yeni tərəfdaşlıq imkanları yaradır. Görüşün Antalyada, yəni neytral və diplomatik baxımdan əlverişli bir məkanda baş tutması isə simvolik xarakter daşıyır: bu, “sıfır problem” prinsipinin yenidən canlandırılması üçün bir fürsət kimi görünə bilər.

S.Mikayılova əlavə edib ki, Azərbaycanın bu diplomatik addımı sadəcə ikitərəfli əlaqə deyil, həm də regional sabitlik və əməkdaşlıq modelinə yönəlmiş strateji yanaşmadır: “Bu, Azərbaycanın daha da artan diplomatik çevikliyini və postmünaqişə dövründə regional təşəbbüslərdə lider rolunu nümayiş etdirən bir nümunədir. Bir müddət əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifov və Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Suriyaya səfəri Azərbaycanın Yaxın Şərq regionuna olan marağının və oradakı fəallığının konkret təzahürüdür. Bu səfər ilk növbədə Azərbaycan-Suriya münasibətlərinin inkişafı və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə Yaxın Şərqlə enerji təhlükəsizliyi, humanitar yardım, bərpa və yenidənqurma işləri sahələrində əməkdaşlıq imkanları mövcuddur. Suriya ilə bu kontekstdə aparılan dialoq və əməkdaşlıq planları Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir. Bu cür böyük, qətiyyətli addımlarla Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə etibarlı, proqnozlaşdırıla bilən tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin balanslaşdırılmış, prinsipial və çoxşaxəli xarici siyasət xətti nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində aktiv ölkəyə çevrilib”.

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra xarici siyasətində yeni mərhələyə qədəm qoyub:

“Ölkə artıq yalnız regional deyil, qlobal aktor statusu qazanmağa doğru irəliləyir. Bu isə daha çox istiqamətdə, daha geniş coğrafiyada və daha dərin əməkdaşlığın qurulması deməkdir. Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu Azərbaycanın yeni tərəfdaşlar qazanmasında və mövcud əməkdaşlıq formatlarının dərinləşdirilməsində mühüm rol oynayır. Dövlət başçısının liderliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycan həm geosiyasi əhəmiyyətini artırır, həm də regional təşəbbüslərin önündə gedən ölkəyə çevrilir. Beləliklə, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də sülh, bərpa və inkişaf sahəsində qlobal əməkdaşlığa töhfə verən aktor kimi tanınır. Bu, eyni zamanda Azərbaycanın müstəqil, balanslı və çoxşaxəli xarici siyasətinin uğurlu nəticəsidir”, - deyə o əlavə edib

S.Mikayılova qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdəki fəallığı bir neçə aspektdə özünü göstərir, o cümlədən siyasi və iqtisadi: “Ölkəmiz Suriya-İsrail və Türkiyə-İsrail münasibətlərində gərginliyin azaldılması, dialoqun təşviqi və etimadın qurulması üçün “sakit diplomatiya” prinsipinə əsaslanaraq mühüm vasitəçi rolunu oynayıb. Bu çərçivədə “qaynar xətt mexanizmi” kimi praktiki diplomatik alətlərin yaradılmasında Azərbaycanın təşəbbüskar və çevik davranması onun yalnız enerji ixracatçısı deyil, həm də regional sabitlik və dialoq üçün konstruktiv tərəfdaş olduğunu göstərir. Bu yanaşma Prezident İlham Əliyevin xarici siyasətinin əsas prinsiplərindən biri olan tərəfdaşlar arasında balansın qorunması və ziddiyyətlərin yumşaldılmasına töhfə vermək xəttinə tam uyğundur. Bundan başqa, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir və lakin dünyada qaz bazarındakı rəqabətin artması təchizat marşrutlarının diversifikasiyasını zəruri edir. Bu baxımdan, Azərbaycan qazının yeni regionlara, xüsusilə Yaxın Şərqə çıxarılması həm bazar risklərinin azaldılması, həm də gəlirlərin sabitliyi baxımından strateji əhəmiyyət daşıyır. Suriya hələ tam sabitlik əldə etməsə də, artıq bərpa və yenidənqurma mərhələsinə daxil olur ki, bu da enerji tələbatının artması deməkdir. Azərbaycan qazının Suriya və digər Yaxın Şərq ölkələrinə çatdırılması məsələsində Türkiyə mühüm tranzit ölkə kimi çıxış edir. Hazırda TANAP və digər qaz infrastrukturları bu regionda Azərbaycan qazının nəqli üçün baza rolunu oynaya bilər. Azərbaycanın Suriya bazarına qaz ixracı isə təkcə iqtisadi layihə deyil, eyni zamanda siyasi-strateji bir addımdır. Bu, Azərbaycanın Yaxın Şərqdəki nüfuzunu gücləndirir və Suriya ilə münasibətlərin dərinləşməsi üçün real əməkdaşlıq platforması yaradır. Bu təşəbbüslə Azərbaycan Suriya ilə münasibətləri yalnız diplomatik müstəvidə deyil, həm də praktiki iqtisadi əməkdaşlıq səviyyəsində möhkəmləndirir”.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki nümunəvi bərpa və yenidənqurma işləri apardığını deyən deputat bu təcrübənin Suriya üçün də mühüm əhəmiyyətə malik olduğunu bildirib.

“Bu sahədə əldə olunmuş təcrübə bir neçə aspektdən nadir hesab edilə bilər. Bu təcrübə, illərlə davam etmiş müharibə nəticəsində dağıdılmış Suriya üçün həm dəyərli, həm də öyrənilə bilən bir model ola bilər. Azərbaycanın bu prosesdəki rolu yalnız texniki yardım göstərmək deyil, eyni zamanda sürətli və planlı icra mexanizmlərini bölüşməkdən ibarət ola bilər. Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan və Suriya arasında dostluğa və əməkdaşlığa əsaslanan münasibətlər mövcud olub. Həm mədəni, həm dini, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq potensialı yüksək qiymətləndirilib. Lakin Əsəd rejiminin xarici siyasətdə tərəfli mövqe tutması, balanslı xarici siyasət yürüdən ölkələrlə münasibətlərin inkişafına mane olub. Bu səbəbdən real əməkdaşlıq imkanlarının mövcudluğuna baxmayaraq, Azərbaycanla əlaqələr uzun müddət formal və məhdud çərçivədə qalıb. Hazırda isə regionda və qlobal geosiyasi müstəvidə yaranan yeni vəziyyət, eləcə də Azərbaycanın artan beynəlxalq nüfuzu bu münasibətlərin yenidən qiymətləndirilməsi üçün real fürsət yaradır”, - deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, nəticədə Azərbaycanın post-müharibə təcrübəsi ilə Suriya kimi müharibədən çıxmış bir ölkəyə töhfə verməsi strateji əməkdaşlıq nöqtəsidir. Azərbaycan bu prosesdə yalnız donor və ya yardım edən tərəf deyil, həm də uğurlu model təqdim edən bir aktor kimi rol oynayır. Bu isə Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri olan praktik əməkdaşlıq və balanslı diplomatiya prinsiplərinə tam uyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see227

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see204

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see197

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see192

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see162

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see155

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see153

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see144

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see136

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see135

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see134

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see132

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see131

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see128

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see127

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see126

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see125

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see123

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri