Icma.az
close
up
RU
Bakıdan Frankfurta uzanan musiqi yolu Məmməd Mahmudzadə

Bakıdan Frankfurta uzanan musiqi yolu Məmməd Mahmudzadə

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın Frankfurt Musiqi və İfa Sənəti Ali Məktəbində Teatr və Orkestr Menecmenti ixtisası üzrə təhsil alan ilk azərbaycanlı tələbə

Antalya, 5 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycanın istedadlı gəncləri ölkəmizin mədəni simasını dünyada layiqincə təmsil edirlər. Onlar təkcə ifaçı və sənətkar kimi deyil, həm də yaradıcı düşüncələri, təşəbbüskarlığı və idarəetmə bacarıqları ilə fərqlənirlər. Gənc nəslin nümayəndələri arasında elələri var ki, milli musiqi məktəbinin dəyərlərini qoruyaraq Avropanın ən nüfuzlu səhnələrinə yol tapıblar. Onlardan biri də gənc skripkaçı və orkestr meneceri Məmməd Mahmudzadədir.

27 yaşlı M.Mahmudzadə hələ uşaqlıqdan musiqiyə böyük maraq göstərib. O, altı yaşında Şövkət Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin skripka sinfinə daxil olub və ilk dəfə səhnəyə çıxıb. Hələ o illərdən ifa mədəniyyəti və musiqi duyumu ilə fərqlənən gənc skripkaçı bir çox konsertlərdə, müsabiqə və festivallarda uğurla çıxış edib.

Gənc ifaçı AZƏRTAC-ın müxbiri ilə həmsöhbətində bildirib ki, menecment sənət və idarəetmə arasında körpüdür, çünki o, yaradıcı ideyaların praktik həyata keçməsini təmin edir.

“Səhnədə olanda yalnız səs haqqında düşünürsən, amma konsertin təşkilatçısı kimi prosesi ideyadan alqışa qədər bütövlükdə görürsən. Bu, sənətin necə yarandığını daha dərindən anlamağa kömək edir,” - deyə Məmməd Mahmudzadə bildirib.

2013–2017-ci illərdə gənc ifaçı, Asəf Zeynallı adına Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi kollecində təhsil alıb, daha sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavr (2021) və magistratura (2023) pillələrini skripka ixtisası üzrə tamamlayıb. Bu illərdə o, Azərbaycanın musiqi həyatında fəal iştirak edib, solist, ansambl üzvü və Baku Chamber Orchestra kollektivinin ifaçısı kimi çıxış edib.

Onun yaradıcılığında dönüş nöqtəsi Erasmus proqramı çərçivəsində Tallin Musiqi və Teatr Akademiyasında keçdiyi təcrübə olub. Estoniyada aldığı təhsil ona Avropa musiqi məktəbinin yanaşmasını yaxından öyrənmək, beynəlxalq səhnələrdə çıxış etmək və yaradıcılıq baxışlarını genişləndirmək imkanı yaradıb.

Hazırda Məmməd Mahmudzadə Almaniyanın Frankfurt Musiqi və İfa Sənəti Ali Məktəbində (Hochschule für Musik und Darstellende Kunst Frankfurt am Main) magistratura təhsili alır. O, burada Teatr və Orkestr Menecmenti ixtisası üzrə təhsil alan ilk azərbaycanlı tələbədir.

Eyni zamanda M.Mahmudzadə universitetin tələbə orkestrinin meneceri kimi çalışır. O, məşqlərin və konsertlərin təşkili, dirijor və solistlərlə əlaqə, inzibati məsələlərin koordinasiyası və orkestrin daxili işinin idarə olunması kimi mühüm vəzifələri yerinə yetirir.

"Əsas məqsədim Almaniyanın mədəniyyət idarəçiliyi modelini dərindən öyrənmək və gələcəkdə bu təcrübəni Azərbaycanda tətbiq etməkdir. Ölkədə müasir mədəniyyət menecmenti sisteminin formalaşmasına töhfə verməyi düşünürəm", - deyə o bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyi və “Mystart” layihəsinin təqaüdçüsü olan həmsöhbətim hazırda təhsilinə və peşəkar inkişafına tam şəkildə fokuslanaraq, eyni zamanda Azərbaycan musiqi məktəbini beynəlxalq səviyyədə təmsil edir.

O, sübut edir ki, müasir musiqiçi təkcə ifaçı deyil, həm də mədəni proseslərin yaradıcısı, xalqları və nəsilləri birləşdirən bir körpüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri