Icma.az
close
up
RU
Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK KONKRET

Bakıdan ilk bu universitetlər KÖÇÜRÜLƏCƏK KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.

Maraqlıdır, ilk hansı universitetlər köçürülə bilər? Bu proses üçün hansı ərazilər uyğundur?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərətrafına köçürülməsi ilə bağlı qərar nəqliyyat sıxlığının azaldılması və şəhər infrastrukturunun optimallaşdırılması baxımından mühüm addım ola bilər:

“Hazırda şəhər daxilində fəaliyyət göstərən universitetlərin böyük bir hissəsi əsas yolların, mərkəzi prospektlərin və sıx nəqliyyat axınının olduğu bölgələrdə yerləşir ki, bu da həm tələbələrin hərəkətini çətinləşdirir, həm də ümumi yol-nəqliyyat sisteminə əlavə yük yaradır”.

Onun sözlərinə görə, ilk mərhələdə 5 universitet köçürülə bilər:

“Bunlar arasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil müəssisələri əsas namizədlər hesab oluna bilər. Bu universitetlər şəhərin mərkəzində və əsas magistral yolların üzərində yerləşir. BDU və AzTU Yasamal rayonunda, ADU və AzMİU Nəsimi rayonunda, ADNSU isə Nərimanov rayonunda yerləşərək şəhərin mərkəzi hissəsində tələbə axınına səbəb olur. Bu universitetlərin köçürülməsi şəhərin nəqliyyat yüklənməsini əhəmiyyətli dərəcədə azalda bilər”.

Ekspert qeyd edib ki, şəhərətrafı dedikdə, universitetlərin köçürülməsi üçün bir neçə uyğun ərazi nəzərdən keçirilə bilər:

“Məsələn, Xırdalan, Sumqayıt, Masazır, Hövsan, Qaradağ və Pirallahı rayonları yeni universitet şəhərciklərinin yaradılması üçün uyğun ola bilər. Xırdalan və Masazır Bakı şəhərinə yaxın olduğuna görə, tələbələr üçün məqbul bir variant ola bilər. Sumqayıt isə artıq sənaye və texniki ixtisaslar üzrə bir neçə universitet və ali təhsil mərkəzinə ev sahibliyi edir, ona görə də burada yeni təhsil kampuslarının yaradılması mümkündür.

Hövsan və Qaradağ isə şəhər nəqliyyatına az təsir edən və geniş torpaq sahələrinə malik ərazilərdir. Əgər bu bölgələrdə yeni universitet şəhərcikləri tikilərsə, həm tələbələrin rahatlığı, həm də nəqliyyat axınının bölüşdürülməsi baxımından daha əlverişli nəticələr əldə edilə bilər. Digər tərəfdən, Pirallahı adası da inkişaf etdirilə biləcək potensial ərazilərdən biridir. Hazırda burada genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir və universitetlər üçün yeni kampusların yaradılması nəzərdən keçirilə bilər”.

K.Əsədov bildirib ki, dünya təcrübəsinə baxsaq, bir çox ölkələrdə universitetlərin şəhərdən kənara köçürülməsi praktikası geniş yayılıb:

“Məsələn, Türkiyədə ODTÜ (Orta Doğu Texniki Universiteti) və Bilkent Universiteti Ankara şəhərindən kənarda geniş kampuslara malikdir. Almaniya, Fransa və ABŞ kimi ölkələrdə də universitetlər əsasən şəhər ətrafında yerləşir və tələbələrə geniş kampus şəraiti təqdim edilir. Bu model Azərbaycanın da tətbiq edə biləcəyi bir yanaşmadır.

Universitetlərin şəhərətrafına köçürülməsi həm də ekoloji baxımdan müsbət təsir edə bilər. Şəxsi nəqliyyat vasitələrinin istifadəsinin azalması, ictimai nəqliyyat marşrutlarının düzgün təşkil edilməsi və tələbələrin bir məkanda cəmləşməsi Bakı şəhərinin hava keyfiyyətinə və ekoloji tarazlığına müsbət təsir göstərə bilər. Ancaq bu proses mərhələli şəkildə həyata keçirilməlidir və tələbələrin yeni yerlərə uyğunlaşması üçün keçid dövrü nəzərdə tutulmalıdır”.

O vurğulayıb ki, bu prosesin uğurla həyata keçirilməsi üçün yalnız infrastruktur deyil, həm də nəqliyyat sisteminin inkişafı vacibdir:

“Universitetlər şəhərdən kənara köçürüldükdə, metro xətləri, avtobus marşrutları və digər ictimai nəqliyyat sistemləri təkmilləşdirilməlidir ki, tələbələr rahat və əlçatan bir formada təhsil müəssisələrinə gedib-gələ bilsinlər. Əks halda, bu köçürülmə nəqliyyat problemini həll etmək əvəzinə, tələbələr və müəllimlər üçün əlavə çətinliklər yarada bilər.

Bu qərarın həyata keçirilməsi üçün bir neçə əsas faktor nəzərə alınmalıdır. Belə ki, yeni kampusların tikintisi və tələbələrin yaşayış şəraitinin təmin edilməsi üçün geniş torpaq sahələri və lazımi infrastruktur yaradılmalıdır. Yeni universitetlərin yerləşəcəyi ərazilərə metro, avtobus və digər nəqliyyat xətləri çəkilməlidir. Yeni yerlərdə tələbələrin yaşayış şəraiti, yataqxanalar və digər sosial obyektlər təmin edilməlidir. Universitetlərin mərkəzdən köçürülməsi ətraf bizneslərə təsir edəcək, ona görə də bu sahədə də keçid planı hazırlanmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri