Icma.az
close
up
RU
Bakıdan Moskvaya uçan təyyarədə nə baş verib? GƏRGİN ANLAR

Bakıdan Moskvaya uçan təyyarədə nə baş verib? GƏRGİN ANLAR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmaması ilə bağlı açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Prodüser qeyd edib ki, Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığıblar, hamını ən azı iki saat gözlədiblər, bəzilərini, onun kimi, ümumiyyətlə, buraxmayıblar: Sezar pizza

“Bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir...

Sən milyon dəfə “xüsusi hərbi əməliyyat” desən də, hamı bilir ki, bu, müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Oruellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən..."

"Bir sutka ərzində mən müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan paqonlular isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, bizim ölkə böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir...

Səninlə yollarımız bura qədərdir, Rusiya. Bilirəm ki, sənə qayıdışım çətin ki, baş versin, bu mənim üçün bağlanan qapı deyil, bu sənin üzünə bağlanan güzgüdür, səninlə vidalaşıram, amma sənin kölgəndən qorxmadan gedirəm, çünki arxamda böyüyən və güclənən dövlətim var” - prodüser əlavə edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri