Icma.az
close
up
RU
Bakını Avrasiya əsas aktorlardan birinə çevirən faktor Şərh

Bakını Avrasiya əsas aktorlardan birinə çevirən faktor Şərh

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Qlobal enerji bazarlarının qeyri-müəyyənliyi, geosiyasi gərginliklər və “yaşıl keçid” çağırışlarının artdığı bir dövrdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də siyasi və humanitar aspektlərini açıq şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışı göstərdi ki, rəsmi Bakı enerji strategiyasını uzunmüddətli, sistemli və çoxşaxəli yanaşma əsasında formalaşdırır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, son on iki ilin təcrübəsi onu da ortaya qoyur ki, enerji məsələsi həm  iqtisadi kateqoriya, həm də milli təhlükəsizlik və siyasi sabitlik məsələsidir. “Prezidentin vurğuladığı kimi, “Məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq". Bu fikirlər onun əyani sübutudur ki, enerji təhlükəsizliyinin təmin olunması üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında koordinasiya və qarşılıqlı əməkdaşlıq olduqca vacibdir”, - o vurğualyıb.

O əlavə edib ki, Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi və boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz çatdıran dövlətə çevrilməsi təkcə ölkəmizin  iqtisadi uğurlarından əlavə, eyni zamanda, geosiyasi təsir imkanını artırır: “Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazını alması, Almaniya və Avstriyanın da bu siyahıya qoşulması ölkənin Avropanın enerji təhlükəsizliyində strateji mövqeyini möhkəmləndirir.

Avropa ölkələri alternativ enerji mənbələrini sürətlə inkişaf etdirsələr də, qaz hələ də iqtisadiyyatın dayanıqlı fəaliyyəti üçün vacib enerji daşıyıcısıdır. Azərbaycan isə bu tələbatı qarşılayaraq Avropa bazarında etibarlı tərəfdaş imicini formalaşdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Bu ifadə Azərbaycanın ixrac strategiyasının həm istehlakçılar, həm də istehsalçı ölkə üçün qarşılıqlı faydaya əsaslandığının bariz nümunəsidir. Məsələyə analitik yanaşdıqda görürük ki, Avropaya qaz ixracatı bir neçə mühüm perspektiv açır. Birincisi, Azərbaycanın bazar şaxələndirmə strategiyası sayəsində Avropa ölkələrinə enerji çatdırılması üçün yeni marşrutlar formalaşdırılır. İkincisi, ölkənin qaz hasilatı artımı ilə paralel olaraq ixrac həcmində də artım gözlənilir. Üçüncüsü, Avropa ölkələri ilə uzunmüddətli müqavilələr ölkəmizin ixrac sabitliyini təmin edir, bazar dəyişikliklərindən doğan riskləri azaldır. Xüsusilə diqqət çəkən bir nüans da Suriyaya qaz ixracı məsələsidir. Sözsüz ki, bu ölkəyə 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının çatdırılması region üçün həm humanitar, həm də strateji əhəmiyyət daşıyır. Suriyada mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılması üçün atılan bu addım Azərbaycanın enerji diplomatiyasında yeni bir mərhələyə keçdiyini göstərir. Burada enerji həm iqtisadi resurs kimi, həm də sabitlik və inkişaf aləti olaraq istifadə olunur. 
Bu balanslı mövqe Azərbaycanın enerji siyasətinin praqmatik və mərhələli olduğunu göstərir.

Əlbəttə, Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracdan ibarət deyil. Bir sözlə,  Qazaxıstan və Türkmənistan neftinin tranzitində artan rol, Türkiyə və Serbiyada elektrik stansiyalarına investisiya, Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma gücünün formalaşdırılması ölkəni inteqrasiya olunmuş enerji oyunçusuna çevirir. Bu model uzunmüddətli perspektivdə dayanıqlılıq yaradır, çünki dəyər zəncirinin müxtəlif mərhələlərində iştirak imkanını təmin edir. Ümumilikdə, Bakıda səslənən mesajlar göstərir ki, Azərbaycan enerji siyasətində paralel üç xətti davam etdirir: etibarlı təchizatçı imicinin qorunması, bazar və marşrut şaxələndirilməsi, yaşıl transformasiya ilə ənənəvi resursların balansı. Suriyaya qaz ixracı isə bu strategiyanın ən aydın nümunəsidir, yəni,  enerji həm iqtisadi, həm geosiyasi, həm də humanitar alət kimi istifadə olunur. Enerji diplomatiyası, hasilat planları, yaşıl enerji təşəbbüsləri və humanitar ixrac siyasəti birləşərək, Azərbaycanı yaxın onillikdə Avrasiya enerji sistemində əsas aktorlardan birinə çevirəcək, regionun enerji sabitliyinə və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verəcək. Beləliklə, dövlətimiz yalnız resurs istehsalçısı kimi yox, dayanıqlı inkişaf və strateji əməkdaşlıq modelini formalaşdıran region liderinə çevrilir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Mart 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri