Icma.az
close
up
RU
Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru

Bakını kirli şəhərə çevirən amillər: Paytaxt üçün risk faktoru

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İsveçrənin hava keyfiyyətini izləyən məşhur “İQAir” agentliyinin 2025-ci il üzrə qlobal hesabatı təqdim olunub.

Hesabata əsasən, Azərbaycanın paytaxtı Bakı regionun digər sənaye şəhərləri ilə müqayisədə orta sıralarda qərarlaşıb. 2025-ci ilin hesabatına əsasən, Bakı hava kirliliyinə görə dünya paytaxtları arasında 50-60-cı sıralar (orta kirlilik səviyyəsi) ətrafında dəyişir. Şəhərimizdəki PM2.5 (incə toz hissəcikləri) miqdarı ÜST-ün normativlərindən təxminən 3-4 dəfə yüksəkdir. Bu isə Bakının orta dərəcədə çirkli şəhərlər qrupuna daxil olduğunu göstərir.

Ümumilikdə isə dünya üzrə yalnız 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsizlik limitlərinə cavab verə bilir.

Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Axar.az-a açıqlamasında bildirib ki, Bakının kirli şəhər olmasının səbəblərindən biri də tikintilərin düzgün aparılmamasıdır:

“Bakı şəhərinin ətrafında yerləşən daş mədənlərinin düzgün istismar olunmaması hava çirkliliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə Badamdar və Qaradağ ərazilərindəki mədənlərdən qalxan toz küləyin təsiri ilə yayılaraq insanların tənəffüs yollarına mənfi təsir göstərir.

Abşeron yarımadasında yarımsəhra iqlim şəraitinin mövcudluğu və yaşıllıq sahələrinin azlığı havanın təbii şəkildə təmizlənməsini çətinləşdirir. Şəhər daxilində parkların və yaşıllıqların kifayət qədər olmaması bu prosesi daha da gücləndirir. Bakı əsasən sənaye şəhəri sayılmasa da, havanın çirklənməsində əsas pay toz hissəciklərinin üzərinə düşür. Bununla yanaşı, sənaye fəaliyyəti və regionda baş verən proseslər – müharibə nəticəsində qonşu ərazilərdən daxil olan hava axınları da ümumi vəziyyətə təsir edir.

Eyni zamanda, tikinti işlərinin normativ tələblərə uyğun aparılmaması və şəhərdə yaşıllıq sahələrinin azlığı hava çirkliliyinin davamlı xarakter almasına səbəb olur. Bu amillər insanların sağlamlığına, xüsusilə tənəffüs və sinir sisteminə mənfi təsir göstərən əsas risk faktorları hesab olunur”.

Ekoloq Ənvər Əliyev isə Bakının çirklənməsinin texnogen çirklənmə olduğunu qeyd edir:

“Ölkədə təxminən 1,8–2 milyon avtonəqliyyat vasitəsi mövcuddur və onların böyük hissəsi Bakı şəhərində cəmləşib. Nəqliyyat axınının yüksək olması nəticəsində daxili yanma mühərrikləri atmosferə böyük həcmdə zərərli maddələr buraxır.

Bu tullantılar tərkibinə görə müxtəlifdir və əsasən karbonmonoksid (CO), karbon dioksid (CO₂), azot oksidləri (NOx), kükürd oksidləri (SOx), eləcə də uçucu üzvi birləşmələr və xırda hissəciklərdən (PM) ibarətdir. Ümumilikdə bu kimi çirkləndirici maddələrin sayı yüzlərlədir”.

Onun sözlərinə görə, bu maddələr havanın keyfiyyətinə ciddi mənfi təsir göstərir və xüsusilə böyük şəhərlərdə ekoloji və sağlamlıq baxımından ciddi problemlər yaradır:

“Daxili yanma mühərriklərindən çıxan tullantılar əsasən qazlar və xırda hissəciklərdən (toz, his) ibarətdir. Bu hissəciklərin bir qismi havada qalır, bir qismi isə zamanla yerə — yol örtüyünə, torpağa və bitkilərin üzərinə çökür. Küləyin və nəqliyyatın hərəkəti onların ətraf ərazilərə yayılmasına səbəb olur.

Yağıntılar zamanı bu çirkləndiricilərin bir hissəsi yuyularaq torpağa keçir və müəyyən dərəcədə təbii dövriyyəyə daxil olur. Lakin bu proses “bioloji dövran” baxımından faydalı deyil, əksinə, torpaq və bitkilərin çirklənməsinə səbəb ola bilər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti üzrə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri