Icma.az
close
up
RU
Bakını başına alan özbaşına tikintilər həyəcan təbili

Bakını başına alan özbaşına tikintilər həyəcan təbili

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hüquqşünas: “Problemin iki səbəbi var - daşınmaz əmlak reyestrinin qapalı olması və tikinti sahəsində korrupsiya” 

“Yeni tikilən binalarla bağlı uzun müddətdir ki, söz-söhbət gedir. Bəzi binaların keyfiyyətli tikildiyi bildirilsə də, bir çox binaların keyfiyyətsiz tikilməsi barədə ortada faktlar var. Dəfələrlə şahidi olmuşuq, kütləvi informasiya vasitələrində verilən məlumatlarda da görmüşük, insanlar özləri də çəkib, sosial şəbəkələrdə paylaşırlar.  

Bu binaları tikənlər müəyyən boşluqlardan istifadə edirlər. Görünür, kiməsə güvənirlər, yaxud ciddi səhlənkarlığa yol verirlər. Cəzasız qalacaqlarına əmin olduqları üçün belə etibarsız binaları tikib təhvil verirlər. Faktiki, bu adamlar tikinti dəllallarıdır. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq dövlət orqanları binaları təhvil almadan onları istifadəyə vermək olmaz. Çünki binalara su, qaz çəkilməli, digər işlər görülməlidir. Əks halda, heç kim o binalarda girib yaşamaz. Adamlar pullarını geri istəyə, tikinti şirkətini məhkəməyə verə bilərlər. Binaların tikilməsinə "yuxarıdan aşağı" kim icazə veribsə, binaların özülündən başa qədər yoxlama səlahiyyətinə də malik olmalıdır. Adicə binanın özülünə beton tökürlər, heç kim yoxlamır. Birinci tikilir, heç kim yoxlamır, ikinci, üçüncü... On altı-on yeddi mərtəbəli binalar tikilib, indi bəlli olur ki, belə ciddi problemlər var". 

Bu sözləri Pravda.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib. 

Deputat deyib ki, Azərbaycan heç nədən sığortalanmayıb: “Allah uzaq eləsin, istənilən vaxt zəlzələ də, digər təbii fəlakətlər də ola bilər. Binaların əksəriyyətinin girişində obyektlər tikirlər. Faktiki binaların həyətinə yanğınsöndürən maşınların girməsi mümkün deyil. Bu proses indi də davam edir. Şəhər mərkəzində istənilən məhəlləyə gedin, böyük əksəriyyətində giriş-çıxış həddindən artıq məhdudlaşıb. Təəssüf ki, şəhər təsərrüfatında özbaşınalıq davam edir. Axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar. Məlumdur ki, tikinti sahəsində xeyli dələduzluq halları olub. Çox sayda adam həbs olunub. Proses isə davam edir. Bir mənzil bir neçə adama satılır. Bunların hər birinin qarşısını almaq üçün binaların tikintisinə icazə veriləndə eyni zamanda həmin tikintiyə nəzarət də olmalıdır. Bizdə isə bu nəzarət ilkin dövrdən yoxdur. Bir hadisə baş versə, bizi böyük fəlakət gözləyir”. 

Azərbaycanda tikinti özbaşınalıqlarını necə dayandırmaq olar?  

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri bağlıdır: “Təəssüf ki, ciddi bir problemdir. Halbuki dünyanın əksər inkişaf etmiş ölkələrində, hətta bəzi inkişaf etməkdə olan dövlətlərdə belə daşınmaz əmlakın dövlət reyestrinin elektron versiyası hər kəs üçün açıqdır. Orada hər kəs istənilən vaxt girib baxa bilər ki, hansı əmlak kimə məxsusdur, həmin əmlak üzərində hansı tikinti işləri aparılıb, tikintiyə icazə verilibmi, hansı şərtlərlə həyata keçirilib. Hətta bəzən evdə təmir işləri aparılanda belə, əgər divarların yeri dəyişdirilirsə və ya planlaşdırmaya təsir edən nəsə edilirsə, qonşular da bundan xəbərdar olur. Çünki qonşunun etdiyi dəyişiklik mənə də təsir edə bilər - ya səs, ya təhlükəsizlik, ya da başqa bir aspektdən. Buna görə də bütün bu məlumatlar şəffaf şəkildə ictimaiyyətə açıq olur”. 

Onun sözlərinə görə, bəzi ölkələrdə bu məlumatlara çıxış ödənişli, bəzilərində isə tamamilə pulsuzdur: “Ancaq əsas məsələ odur ki, açıqdır. Evimin yanında hansısa bina tikilirsə, dərhal dövlət reyestrinə baxaraq öyrənə bilərəm ki, bu tikintiyə kim icazə verib, kim həyata keçirir, hansı şərtlərlə aparılır. Əgər hesab edirəmsə ki, burada qanunsuzluq var və hüquqlarım pozulur, onda məhkəməyə müraciət edə, həmin icazəni verən və tikintini həyata keçirən şəxslərə qarşı iddia qaldıra bilərəm”. 

Hüquqşünas qeyd edib ki, təxminən 15 il əvvəl  qanunvericiliyimizdə bu məlumatların açıq olması nəzərdə tutulmuşdu: “Sonra qanuna dəyişiklik edildi və artıq daşınmaz əmlakla bağlı məlumatların açıq olması ləğv olundu. Bu səbəbdən, yuxarı qonşum mənzilindən evimə su axıtsa, heç cür öyrənə bilmirəm ki, həmin mənzilin sahibi kimdir. Çünki məhkəməyə müraciət etmək üçün mülkiyyətçinin ad-soyadını bilməliyəm”. 

Hüquqşünas onu da vurğulayıb ki, tikilən binaların böyük əksəriyyətinin layihəsi təsdiqlənmir: “Tikinti şirkəti rüşvət, korrupsiya yolu ilə icazə alır, amma layihə rəsmən təsdiqlənmir. Layihə təsdiqlənmədiyi üçün də heç kəs onunla tanış ola bilmir”. 

Ə.Həsənov onu da vurğulayıb ki, başqa bir ciddi problem də tikinti şirkətlərinin eyni mənzili bir neçə nəfərə satması ilə bağlıdır: “Bu niyə baş verir? Çünki əgər 2018-ci ildə qəbul edilən qanun tam tətbiq olunsaydı, hər bir mənzil əvvəlcədən dövlət reyestrində qeydiyyata alınmalı idi. Yəni bina hələ tikilməmişdən mənzilin mülkiyyət hüququ qeydiyyata düşməli idi. Belə olsaydı, bir mənzili eyni vaxtda iki və ya on nəfərə satmaq mümkün olmazdı. Çünki dövlət reyestrində artıq həmin mənzilin sahibi görünəcəkdi. Ancaq bu da edilmir. 

Əvəzində vətəndaşa deyirlər ki, “kupça yoxdur, qeydiyyat yoxdur, sadəcə, müqavilə bağlayırıq”. Belə olan halda, tikinti şirkəti həmin müqaviləni bir nəfərlə də, iki nəfərlə də, hətta 10 nəfərlə də bağlaya bilər. Çünki nəzarət mexanizmi yoxdur. Niyə yoxdur? Çünki qeydiyyat yoxdur. Qeydiyyatın olmamasının səbəbi isə layihənin olmamasıdır. Layihə niyə yoxdur? Çünki korrupsiya var. Əgər torpağın mülkiyyət hüququ əvvəlcədən verilsəydi və bütün layihələr təsdiqlənsəydi, tikinti şirkətləri dövlət məmurlarından asılı vəziyyətdə qalmayacaqdı. Ancaq bəzi məmurlar elə bunu istəyir - yəni tikinti şirkətlərini daim asılı vəziyyətdə saxlamaq. Beləliklə, problemin kökündə iki əsas məsələ dayanır: daşınmaz əmlak reyestrinin qapalı olması və tikinti sahəsində korrupsiya. Bu iki amil vətəndaşların mülkiyyət hüququnu pozur, onları aldadılma və zərərçəkmiş vəziyyətinə salır". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Sentyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see775

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see491

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see316

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see258

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see210

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see189

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see187

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see187

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

06 İyun 2026 13:20see181

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see179

BMT qeyri qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

05 İyun 2026 06:13see176

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see166

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see159

Evdə pişik və ya itlə yatanların diqqətinə!

05 İyun 2026 23:36see157

Ukrayna Azov dənizində Rusiya patrul gəmisinə zərbə endirib

05 İyun 2026 10:46see150

50 il sonra vəzifəsindən gedən alim kimdir

06 İyun 2026 05:30see150

Skaloni: “Messi ilə məsləhətləşmədən heç bir qərar qəbul etmirəm”

06 İyun 2026 01:15see150

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

06 İyun 2026 02:49see149

Bu resepti bilənlər artıq dondurma almır

06 İyun 2026 04:04see149

Güzgü tarixi 06.06.2026: bu gün nə etməməlisiniz

06 İyun 2026 09:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri