Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Sülh İrəvanın dalandan yeganə çıxış yoludur

Sülh İrəvanın dalandan yeganə çıxış yoludur

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Qərbə inteqrasiya yolunda fəallaşıb. Bu məqsədlə ölkə parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, hələ Ermənistanın Aİ-yə üzvlüyü demək deyil, çünki sözügedən məsələ ilə bağlı qərar yalnız referendumda qəbul edilə bilər: “Lakin qeyd etmək lazımdır ki, referendumdan əvvəl müəyyən addımlar atmalı, Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”.

Eyni zamanda, Hayastan Aİ ilə vizasız rejimə keçid, müşahidə missiyasının genişləndirilməsi və təhlükəsizlik sahəsində Brüssellə yaxınlaşmaq niyyətini də gizlətmir. İrəvan həm də ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. İstənilən halda bu yanaşma bir tərəfdən Ermənistanın Rusiyadan uzaqlaşma cəhdinin, digər tərəfdən isə Cənubi Qafqazda Qərbin təsirinin artmasını göstərir. Mayın ortalarında xarici işlər naziri Ararat Mirzoyanın Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə səfirləri qarşısında çıxışı da buna dəlalət edirdi.

Bəs Mirzoyan səfirlər qarşısında nədən danışıb? O, ilk növbədə, Aİ-dən təkcə Bakıya təsir göstərməyi deyil, həm də Avropa Sülh Fondu vasitəsilə yardım xahiş edib: “Aİ-nin keçən il Avropa Sülh Fondu vasitəsilə Ermənistanı dəstəkləmək qərarı mühüm nailiyyət olsa da, biz artıq 2025-ci ildə fond vasitəsilə yardımın davam etdirilməsini gözləyirik. Sizi əmin etmək istərdim ki, bu yardım Aİ-nin tərəfdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün siyasi iradəsini aydın şəkildə nümayiş etdirməklə yanaşı, həm də çətin anlarda Ermənistanın müqavimətini gücləndirir”.

Onun sözlərinə görə, “Ermənistan Avropaya doğru – demokratiyaya, sülhə dönməz seçim edib”. İrəvan “təkcə dəstək üçün deyil, həm də tərəfdaşlıq, təkcə həvəsləndirmək üçün deyil, həm də daimi qarşılıqlı fəaliyyət üçün” çalışır.

Nazir həmçinin avropalı tərəfdaşlarından Azərbaycanla sülh sazişinin imzalanmasına dəstək verəcəklərini gözləyir: “Biz avropalı tərəfdaşlarımızı bu prosesə dəstəyini artırmağa çağırırıq. Gözləyirik ki, Aİ-dən olan tərəfdaşlarımız həm Bakı ilə birbaşa təmaslarında, həm də ictimai bəyanatlarında Ermənistanla dərhal sülh sazişinin imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulayacaqlar”.

Mirzoyan onu da qeyd edib ki, Ermənistan dərhal bu sənədi imzalamağa və ratifikasiya etməyə hazırdır, “amma Azərbaycan prosesi süni surətdə ləngidir”: “Fakt odur ki, iki ölkə arasında razılaşdırılmış sülh müqaviləsi hələ imzalanmayıb. Əgər narahatlıqlar, məsələn, konstitusiya məsələsi ilə bağlıdırsa, onda sizi əmin edə bilərəm ki, tərəflərin bütün problemləri həll etməyin ən aydın və birbaşa yolu sazişi imzalamaq və onu Ermənistan konstitusiya məhkəməsinin müsbət rəyindən sonra parlamentdə ratifikasiya etməkdir”.

Ararat Mirzoyanın “biz hazırıq, amma Bakı tərəddüd edir” iddiası beynəlxalq ictimaiyyət qarşısında məsuliyyəti Azərbaycanın üzərinə yükləməyə yönəlmiş klassik siyasi manevrdir. Məlum olduğu kimi, Ermənistan Zəngəzur dəhlizi məsələsində və sərhədlərin delimitasiyası ilə bağlı razılaşdırılmış prinsiplərin icrasında qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə olan halda sülh müqaviləsinin imzalanmasının ləngiməsinə görə Bakını günahlandırmaq manipulyativ yanaşmadır.

Nazir çox yaxşı başa düşür ki, sülh sazişinin imzalanmasına mane olan səbəblərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır. Məsələnin həlli Cənubi Qafqazda daimi sülhün bərqərar olmasını təmin edəcək addımlardan biridir. Ararat Mirzoyan bundan xəbərdardır. O, səfirlər qarşısında çıxış edərkən özünü elə aparıb ki, sanki belə bir problem, ümumiyyətlə, yoxdur. Bu, Azərbaycanın ünvanına yönəlmiş dezinformasiyadır.

* * *

Həmin tədbirdə İrəvanın Aİ müşahidə missiyasına verdiyi əhəmiyyət Mirzoyanın dilindən bir daha səslənib. O bildirib ki, “müşahidə missiyası atəşkəs pozuntularının tək obyektiv şahididir”. Əslində, bu missiyanın fəaliyyəti Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi öz çıxışlarında “hibrid müharibə”, “demokratiyaya müdaxilə”, “kənar təsir” kimi anlayışlardan tez-tez istifadə edir. Bu terminlər yalnız Ermənistanın Qərbə inteqrasiya xəttini gücləndirmək üçün deyil, həm də özünü informasiya müstəvisində “məzlum” və “qurban” obrazında təqdim etmək üçün işlədilir. Mirzoyan da bu ritorikadan faydalanaraq Aİ ölkələrini Ermənistana daha çox siyasi dəstək verməyə çağırıb.

Onu da qeyd edək ki, son vaxtlar layihə barədə Ermənistan mətbuatı tez-tez məlumatlar yayır. Bildirilir ki, marşrut Hindistanın Mumbay limanından başlayacaq, sonra İranın Çabahar limanından və Ermənistan ərazisindən keçməklə Gürcüstan və ya Rusiyaya çıxış əldə edəcək. Eyni zamanda, körfəz ölkələrindən və Hindistandan yüklərin optimal marşrutla Aİ və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daşınmasına imkan verəcək. İran və Hindistan üçün bu marşrut mürəkkəb dəniz yollarından yan keçməklə tədarükün diversifikasiya yolu kimi xüsusi əhəmiyyət daşıyacaq. Hay mətbuatının məlumatına görə, dəhliz logistika xərclərini 25 faiz, daşınma müddətini, demək olar ki, iki dəfə – 40 gündən 18 günə qədər azalda bilər. Bu sxemdə Ermənistan Gürcüstanın Qara dəniz limanları vasitəsilə Asiyanı Avropa ilə birləşdirən əsas tranzit qovşağına çevrilir. Bu marşrut həm də Süveyş kanalından keçən marşruta perspektivli alternativ kimi qiymətləndirilir.

İlk baxışdan hər şey Ermənistan üçün gözəl görünür. Amma aysberqin suyun altında qalan hissəsi çox təhlükəlidir. Birincisi, Hindistandan Rusiyaya və əks istiqamətdə göndərilən yüklər Yuxarı Lars gömrük-keçid məntəqəsindən keçməlidir. Çünki Ermənistanı ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə birləşdirən yeganə quru yolu Kazbek dağından keçən Yuxarı Lars gömrük-keçid məntəqəsidir. Bu məntəqənin yerləşdiyi ərazi olduqca çətin coğrafi relyefə malikdir. Əksər aylarda yol şaxtalı və buzlu olur və yük maşınlarının keçməsinə böyük çətinliklər yaradır. Digər tərəfdən, dayanacaq yerlərinin olmaması səbəbindən qoşqu növbəsi yaranır. Bu, əlavə xərc və vaxt itkisi yaradır. Onun buraxılış gücünü artırmaq üçün böyük məbləğdə vəsait tələb edilir. Yəni, Yuxarı Lars gömrük-keçid məntəqəsi böyük yük axınına hazır deyil.

Bu, beynəlxalq marşrutu perspektivsiz edən ikinci səbəb Ermənistan dəmir yolu infrastrukturunun iflic vəziyyətdə olmasıdır. Mehridən Qərbi Zəngəzuru keçməklə Gürcüstan sərhəddinə dəmir yolu xəttini çəkmək iqtisadi cəhətdən sərfəli deyil. Ermənistanı şimala bağlayan iki fərqli dəmir yolu var ki, onlardan biri Tbilisiyə, digəri isə Qazax vasitəsilə Bakı və Rusiyaya gedir. Ermənistanı Rusiyaya birləşdirən digər istiqamət isə Naxçıvan, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın cənubundan keçir. Beləliklə, dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi.

* * *

Cənubi Qafqazda məlum münaqişələr səbəbindən hər üç istiqamətdə Rusiyaya çıxış bağlıdır. Abxaziyadan keçən dəmir yolu 1991–93-cü illərdə gürcü–abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb. Nə vaxt açılacağı məlum deyil. Deməli, yeni beynəlxalq nəqliyyat dəhlizinin yaxın onilliklərdə reallaşması qeyri-mümkündür. Avtomobil yolları da eyni vəziyyətdədir. Beynəlxalq daşımalar üçün dəhlizi işlək vəziyyətə gətirmək üçün milyardlarla dollar vəsait tələb olunur.

Bəs Ermənistanın çıxış yolu varmı? Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım bildirdi ki, Ermənistan üçün bütün istiqamətlərdə ən əlverişli çıxış Zəngəzur dəhlizidir: “İrəvan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığı azaldır”.

Beləliklə, Ararat Mirzoyanın çıxışı Ermənistanın Qərblə münasibətlərdə yeni dönəmə qədəm qoymaq istədiyini təsdiqləyir. Lakin bu açıq diplomatiya arxasında məqsədyönlü informasiya manipulyasiyası, regiondakı reallıqların birtərəfli təqdimatı və Azərbaycanın maraqlarına zidd çağırışlar gizlənir.

Fatma Yıldırım dedi ki, Azərbaycanın bu mənzərədə öz mövqeyini gücləndirməsi üçün həm Aİ ilə münasibətlərdə fəal diplomatik xətt yürütməsi, həm də informasiya sahəsində çevik davranması zəruridir: “Buna görə də, Azərbaycanın Aİ-dəki diplomatik kanallar vasitəsilə alternativ informasiya təqdimatı və həqiqətlərin sübutlarla ortaya qoyulması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın iştirak etdiyi regional kommunikasiya layihələrinin üstünlüyünü və iqtisadi rasionallığını daha geniş beynəlxalq platformalarda əsaslandırması vacibdir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri