Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bakını yenə niyə su basdı? Eldar Əzizovun “cavabı”

Bakını yenə niyə su basdı? Eldar Əzizovun “cavabı”

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kult.az-ın Bakı meri Eldar Əzizovla virtual müsahibəsi:

- Eldar müəllim, sizi tapmaq o qədər də asan olmadı...

- Evdən çıxa bilirəm ki! Hər yeri su basıb, körpülər dolub...

- Bunun günahkarı kimdir?

- İki günahkar var: biri odur ki, yağış ağ edir, bu mövsüm artıq ikinci dəfədir ki, bizi sınağa çəkir. Deyən lazımdır ki, bu, nəyin yağışıdır? 16 apreldə də belə hava olar? Biabırçılıqdır, rüsvayçılıqdır, bu təbiəti İnam Kərimovun mühakiməsinə vermək lazımdır. Sanki payızdır, qışdır...

- Eldar müəllim, qışda da yollar buz bağladı, onda da təmizlənmədə gecikdik...

- Guya qış özünü qış kimi apardı? Qış da hər tərəfi ağ eləmişdi də... Sözümü kəsirsiniz, imkan vermirsiniz danışım...

- Üzr istəyirik...

- Harda qalmışdım?

- Yağışın çox yağmağında...

- Ay sağ ol! Bir də o gün elə sizin kanalda baxıram: yağış yağanda Paris də batır, Berlin də, Nyu York da batır. Yəni günah bizdə deyil...

- Bəs, ikinci günahkar kimdir?

- Xalq, millət, Bakının sakinləri və gözəl şəhərimizin qonaqları... Ay balam, görmürsünüz havanı? Niyə evinizdə qaxılıb oturmursunuz? Nə düşmüsünüz bu şəhərin canına?

- Camaat işə getmək istəyir...

- Nə iş-bazlıqdır? O boyda XİN başçımız Elmar Məmmədyarov evdən işləyirdi, indi siz bir-iki gün evdən işləsəniz, dünya dağılar?

- Bəs, siz?

- Elə mən də adətən evdən, ya da uzağı, kabinetdən işləyirəm. Gördüm qar, ya yağış yağır, keçirəm onlayn rejimə. Mənim nə işim var axı qarda, yağışda, çovğunda bu küçələrdə?

- Yağışda yeraltı yol ötürücüləri doldu, insanlar çarəsiz qaldı...

- Hara dolub?

- Bağırov körpüsü...

- Dəqiq? Yalan demirsən?

- Videoları var!

- Yaxşı, müsahibədən sonra verərsən, baxaram o videolara. Görüm nə təhər dolub, nə baş verib...

- Bəs, bununla bağlı bir izahınız yoxdur?

- Nəyin izahını verim? Bağırov körpüsünü tikən mənəm? Gedin, Mir Cəfərdən soruşun, görün, niyə elə tikib ki, indi altına su dolur...

- Mir Cəfərin qəbrini də tapmaq olmur...

- İndi məni tapmısınız deyə, Mir Cəfərin gördüyü işə mən cavab verməliyəm?

- O körpüdə heç vaxt problem olmurdu. Yalnız əsaslı təmirdən sonra ora su dolmağa başladı, yəqin drenaj sistemi...

- Dayan, stop, dur! O körpü kimin vaxtında təmir edilmişdi? Hacıbalanın, elə deyil? Allah canını sağ eləsin, onu ki tapa bilərsiniz. Gedin, ondan soruşun!

- Bəs, Sabunçudakı körpü? Ötən dəfə iki gənc boğulub, həlak oldu orda. İndi yenə dolub!

- Dəqiq dolub?

- Dəqiq!

- Onun da videosu var?

- Var!

- O körpünü kim tikib? Maraqlanmısınız?

- Amma siz şəhərin merisiniz...

- Merəm də, köpüsalan deyiləm ki!

- Birdən yenə orda ölüm olsa...

- Onun da günahı xalqda olacaq. Görürsünüz su basır, girməyin də, ümumiyyətlə, dedim axı, yağışda, qarda evdən çıxmayın.

- Bəzi iddialar var ki, yağış sularının axması üçün drenaj sistemi vaxtında təmizlənmir...

- Əvvəla, təmizlənir, özüm görmüşəm, onlayn rejimdən bezib işə gedəndə ətrafa baxıram axı! İkincisi, görürsünüz proqnozu? Bakıya bir gündə aylıq yağıntı miqdarından az qala iki dəfə çox yağış düşüb. Suları ötürməyə çatdırmır sistem. Üçüncüsü, tutaq ki, vaxtında təmizlənmir. Onları kim təmizləməlidir? Gedin, ondan soruşun!

- Eldar müəllim, bəzi iddialara görə, Bakının bu hala düşməyinin səbəbi xaotik tikinti, plansızlıq, harda gəldi göydələnlərin ucaldılmasıdır...

- Göydələnlərə Arxitektura Komitəsi icazə verir, gedin, onlardan soruşun!

- Bakıda sıxlığın səbəbləri...

- Nazirlər Kabineti bununla bağlı tədbirlər görmək üçün müvafiq qurumlara tapşırıq verib. Gedin, onlardan soruşun!

- Bakının Baş Planı...

- Mənilik deyil ki! Baş Planla bağlı dövlətimizin qərarı var, ona da nəzarəti...

- Belə havalarda metroda da yaman sıxlıq olur...

- Ona Bakı Metropoliteni cavahdehdir, bizlik deyil ki!

- Bəs, siz nə ilə məşğulsunuz?

- Dua edirəm ki, yağış bir az tez kəssin, gün çıxsın, yurdumuza bahar gəlsin, gül-çiçək açsın, insanlar can deyib-can eşitsin, bülbül gülə naz eyləsin...

- Eldar müəllim, axı dua işinə də Allahşükür Paşazadə baxır!

- Dəqiq?

- Dəqiq!

- Videosu var?

- Var, məsciddə çəkilib!

- Hm, doğru deyirsiniz. Yaxşı, daha dua da etmərəm...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see607

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see345

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see272

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see262

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see253

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see247

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri