Icma.az
close
up
RU
Bakını vuran silah itirildi, gözlər ermənilərə çevrildi Əliyev Moskva ilə bu dildə danışır

Bakını vuran silah itirildi, gözlər ermənilərə çevrildi Əliyev Moskva ilə bu dildə danışır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə planlaşdırılan görüşü və sülh gündəliyi ətrafında davam edən müzakirələr fonunda Rusiyanın səssizliyi diqqət çəkir. Moskvanın Cənubi Qafqazda gözlənilməz vəziyyətlə üzləşdiyi bildirilir və son hadisələrə necə reaksiya verəcəyi maraq doğurur.

Analitiklərin fikrincə, Rusiya regiondan sıxışdırılarsa, mövcud vəziyyəti dəyişdirmək və təsir imkanlarını qorumaq üçün müxtəlif vasitələrə əl ata bilər. Xüsusilə də Azərbaycan və Ermənistanda daxili sabitliyi pozmaq, ictimai rəyə təsir göstərmək və siyasi proseslərə müdaxilə etmək məqsədilə müəyyən resurslardan istifadə olunması ehtimalı istisna edilmir.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Vaşinqtonda yekun sülh müqaviləsi imzalanmasa da, müəyyən razılaşmaların və sənədlərin hazır olduğu görünür:

“ABŞ-da baş verənlər Cənubi Qafqazda güc balansını dəyişə bilər. Qarabağ işğal altında olduğu dövrdə Rusiyanın bölgədə hakim rolu var idi. Lakin 44 günlük müharibədən sonra bu proses dəyişdi. Rusiyanın mövqeləri tamamilə sıradan çıxmasa da, Kreml Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə imkanlarını qorumağa çalışırdı. Həmişə bu istiqamətdə fəaliyyət göstəriblər.

Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışından sonra rəsmi Moskva Cənubi Qafqaza yenidən təsir göstərməyə çalışır. Əgər Bakı və İrəvan arasında mühüm razılaşmalar, xüsusilə Zəngəzur dəhlizinin açılması Trampın planına uyğun şəkildə həyata keçirilərsə, bu, Rusiyanı regiondan böyük ölçüdə uzaqlaşdıracaq. Lakin tamamilə kənarlaşdırmaq mümkün olmayacaq, söhbət kommunikasiyaların açılmasından gedirsə, Rusiya da bu prosesin bir hissəsi olacaq.

Zəngəzur dəhlizinin açılmasından sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin birləşdirilməsindən danışılır. Kreml iqtisadi dividentlər əldə etsə də, artıq bu prosesdə əsas hakim qüvvə olmayacaq. ABŞ-ın bölgəyə gəlişi güc balansını ciddi şəkildə dəyişə bilər. Burada əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır”.


Asif Nərimanlı 

Siyasi şərhçinin fikrincə, Moskva hazırkı mənzərəni qəbul etmək istəmir:

Azərbaycan-Ermənistan münasibətləri üzərindən edilən təzyiqlər və baş verən son hadisələr göstərir ki, Rusiya hələ də təslim olmaq niyyətində deyil. Prosesə müdaxilə edərək dəyişikliyə nail olmaq cəhdləri var və bunu növbəti mərhələlərdə də müşahidə edəcəyik.

Lakin hazırda Rusiyanın əlindəki təsir imkanlarının hansı səviyyədə olduğu artıq sual altındadır. İndiyə qədər Qarabağ kartından istifadə edirdi, amma bu da tamamilə sıradan çıxıb.

Həmçinin oxuyun:

Bakı “yox” dedi, Ankara geri çəkildi: Əliyev və Paşinyan üçün İstanbulda nə planlanıb?

Digər tərəfdən, Azərbaycana təzyiq göstərmək üçün Rusiyada yaşayan soydaşlarımız hədəf alınır. Ermənistanda isə Apostol Kilsəsi ilə Moskva arasında əlaqələr güclənir ki, bu da zəif sayılmayacaq bir rıçaqdır. Kreml hazırda prosesə əsasən Ermənistan üzərindən təsir göstərməyə çalışır”.

Politoloq Elnur Kəlbizadə isə deyib ki, 2020-ci ildən bəri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət əslində böyük bir ustad dərsi, digər region ölkələri üçün isə örnəkdir:

“Moskvanın bu gün Bakıya qarşı hər hansı təzyiq vasitəsindən istifadə edəcəyi gözlənilmir. Regionda təklənmiş Kremlin Azərbaycan kimi güclü tərəfdaşa ehtiyacı var. Digər tərəfdən, Prezident İlham Əliyevin apardığı siyasəti düzgün oxumaq lazımdır. Əgər desək ki, bu siyasətin məqsədi hansısa gücü Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, çox məhdud bir yanaşma olar. Azərbaycan Respublikası hansısa gücün maraqları naminə digər qüvvəni regiondan sıxışdırıb çıxarmağa və ya onu zəiflətməyə çalışan bir vasitə deyil. Azərbaycan müstəqil dövlət olaraq öz milli maraqlarına əsaslanır.


Elnur Kəlbizadə

Bu maraqlar isə aşağıdakılardan ibarətdir:

– Müstəqilliyimizə qarşı istənilən təhdidin aradan qaldırılması;

– Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi;

– Özünü böyük və ya çox böyük hesab etməsindən asılı olmayaraq, bütün dövlətlərin Azərbaycanla danışıqlarda və münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi davranmağa məcbur edilməsi.

Prezident İlham Əliyev bütün tərəflərlə onların başa düşdüyü dildə danışmağı bacaran müdrik bir siyasətçidir. O, ABŞ-la da, Çinlə də, Rusiya Federasiyası ilə də, Avropa İttifaqı ilə də onların anlaya biləcəyi dildə danışır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri