Hacıyev əlaqə saxlamayıblar dedi, gözlər İrana çevrildi Bakını nə gözləyir?
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National” nəşrinə müsahibəsində İranla bağlı fikirləri maraqla qarşılanıb.
Prezidentin köməkçisi ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənliyin Azərbaycanda narahatlıq yaratdığını, lakin Bakının bu məsələni Vaşinqtonla müzakirə etmədiyini bildirib. H.Hacıyev qeyd edib ki, vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq.
Sitat: “Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb. Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.
O, həmçinin Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycanın özünü İran və Rusiya arasında “iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss etdiyini diqqətə çatdırıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İranda baş verən istənilən hadisə ölkəmizdə diqqətlə izlənilir:
“Cənub qonşumuz hazırda həssas bir dönəmdən keçməkdədir. Hər gün artan təhdidlər və yaranan gərginlik region üçün də narahatlıqlar doğurur.
ABŞ-İran münasibətlərində anlaşma əldə edilmədikcə, təhlükə də artmaqdadır. Çünki müharibə başlayacağı halda, bu, İran-İsrail yaxud İran-ABŞ müharibəsi olmayacaq. Hər bir cinahda çoxsaylı dövlətlərin yer aldığı dağıdıcı və fəlakətlərə yol açan böyük bir qarşıdurmaya çevriləcək.
İrana hücum regiona yaxşı heç nə vəd eləmir. Birləşmiş Ştatların vəd etdiyi zərbələrin yubadılması da çox güman ki, bununla bağlıdır. Çünki İran da hücumların qarşılığında ABŞ-ın hərbi bazalarını hədəf alacağını bildirir. Doğrudur, Tehranın hər dəfə belə sərt bəyanatlar verməsinə baxmayaraq sonda heç bir ciddi addım atmayıb. Ancaq budəfəki təhdidlərə radikal cavabları çox güman ki, nəyəsə söykənir. Yəqin ki, bəyanatlarının sərtliyi Rusiya və Çinin dəstəyinə arxayınlığın nəticəsidir.
Mütəllim Rəhimli
Azərbaycan bu münaqişədən təsirlənəcək. Bizim üçün İranın muharibəyə çəkilməsi cənub sərhədlərimizdə təhlükəsizliyimizə qarşı təhdidlər yaradacaq. Xüsusilə, müharibədə daha çox ölkənin iştirak edəcəyi haqda əsaslı ehtimallar vəziyyətin mürəkkəbliyindən xəbər verir. Ona görə də ölkəmizin təmkinli davranışı təhlükənin azaldılması üçün ən uğurlu variantdir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 Yanvar 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















