Icma.az
close
up
RU
Əliyev qəhrəmanlıqdır dedi, gözlər Bakının dostuna çevrildi Ermənistan detalı

Əliyev qəhrəmanlıqdır dedi, gözlər Bakının dostuna çevrildi Ermənistan detalı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Viktor Orban haqqında müsbət fikirlər səsləndirib. Dövlət başçısı Avropa İttifaqına (Aİ) üzv olan bir ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını “əsl qəhrəmanlıq” adlandırıb.

İlham Əliyev, Orbanın rəhbərliyi altında Macarıstanın siyasətindəki müstəqillik və prinsipiallığın xüsusi qiymətə layiq olduğunu bildirib. Azərbaycan Prezidenti Macarıstanın baş nazirinin ölkənin daxili və xarici siyasətindəki güclü mövqeyinin əhəmiyyətini də vurğulayıb.

Prezident həmçinin, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqların olduğunu söyləyib. O, iki ölkənin əhali sayı və ərazi ölçülərinin çox yaxın olduğunu, Macarıstanın müharibə aparan başqa bir ölkə ilə qonşuluqda yerləşdiyini qeyd edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır:

“Rəsmi Budapeştin Avropa İttifaqına üzv olması onun önəmini xüsusilə artırır. Bakı ilə Budapeşt arasında əsas da enerji sahəsində mühüm əlaqələr var. Macarıstan neft və qazımızın qlobal bazara çıxarılmasında mühüm rola malikdir. Bu ölkə Azərbaycanın enerji filialını Avropada idarə edir.

İki ölkə arasında enerji tərəfdaşlığı tarixi bağlar əsasında qurulub və mədəni dərinliyə söykənir. Bu əməkdaşlıq həm ticari, həm də strateji əhəmiyyət daşıyır.


Əziz Əlibəyli

Azərbaycan-Macarıstan münasibətləri təkcə qaz və neft borularında deyil, həm də mədəni kodlarda birləşir. İki xalq arasında ortaq türkdilli köklər, tarixi yaddaş və identiklik baxımından yaxınlıq var.

Budapeşt Qərbdə Bakıya qarşı formalaşdırılmış bəzi qərəzli yanaşmaları, xüsusilə də Ermənistanın təsir agenturasının təbliğatını açıq şəkildə rədd etdi. Macarıstan xristian ölkə olsa da, din amilinə baxmadan Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə qalxır. Bu isə artıq yalnız diplomatik dəstək deyil, siyasi dürüstlüyün və prinsipiallığın ifadəsidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri