Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Bakının Cənubi Qafqazda yeni geostrateji arxitekturası TƏHLİL

Bakının Cənubi Qafqazda yeni geostrateji arxitekturası TƏHLİL

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycanın müharibədə əldə etdiyi qələbəni sülhdə də davam etdirmək hədəfi bu gün ölkənin əsas regional gündəmini formalaşdırır. Rəsmi Bakının mövqeyinə görə, Cənubi Qafqaz artıq postmünaqişə dövrünə qədəm qoyub və hazırkı mərhələ “müharibədən qələbəyə və sülhdən qələbəyə keçid” kimi xarakterizə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsseldəki son açıqlamaları da məhz bu yeni strategiyanın konturlarını ortaya qoyur.

Zəngəzur dəhlizi - Azərbaycanın sülh strategiyasının mərkəzi elementi

Hacıyev xüsusilə Zəngəzur dəhlizinə diqqət çəkərək bunun Azərbaycanın münaqişədən sonrakı geosiyasi planlamasının əsas hissəsi olduğunu vurğulayır. Onun sözlərinə görə, bu marşrut təkcə regional kommunikasiya xətti deyil, həm də Azərbaycanın sülh qələbəsi strategiyasının praktiki təzahürüdür.

2026-cı ildə Azərbaycanın öz ərazisində dəhlizlə bağlı bütün infrastrukturun tamamlanması planlaşdırılır. Bu isə Bakıya həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat şəbəkələrinin kəsişmə nöqtəsi olmaq imkanı yaradır. Hacıyevin fikrincə, bu dəhliz Avrasiyanın nəqliyyat landşaftına transformativ təsir göstərəcək və regionda yeni iqtisadi dinamika formalaşdıracaq.

Azərbaycan-Aİ əlaqələrində yeni mərhələ

Bakının Zəngəzur dəhlizini yalnız regional infrastruktur layihəsi kimi deyil, həm də qlobal logistika xəritəsinin yeni damarlarından biri kimi təqdim etməsi təsadüfi deyil. Azərbaycan Avropa İttifaqını bu prosesin bir hissəsi kimi görmək niyyətini açıq şəkildə ifadə edir.

Aİ-nin “Qlobal Gateway” (Qlobal Qapı) təşəbbüsü Avropanın Asiya və Afrika ilə strateji bağlılığını gücləndirən infrastruktur və ticarət layihəsi Bakı üçün yeni əməkdaşlıq imkanları açır.

Azərbaycan bu kontekstdə özünü Avrasiyanın enerji və nəqliyyat mərkəzi kimi təqdim edir və Avropa üçün alternativ, təhlükəsiz və dayanıqlı tranzit marşrutu rolunu oynamağa hazır olduğunu bildirir.

Bu yanaşma həm də Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli xarici siyasət kursunun məntiqi davamıdır.

Sülhün yeni tərifi: qarşılıqlı asılılıq və rifaha əsaslanan təhlükəsizlik modeli

Hacıyevin diqqət çəkdiyi mühüm məqamlardan biri sülhün təkcə “müharibənin olmaması” kimi deyil, rifah, inkişaf və qarşılıqlı asılılıq yaradan proses kimi dəyərləndirilməsidir. Bu yanaşma postsovet məkanında nadir yanaşmalardan biridir. Bu modelin elementləri iqtisadi inteqrasiya və sərhədlərin açılması, kommunikasiya xəttlərinin reallaşdırılması, iki ölkə arasında yeni qarşılıqlı faydalı asılılıqların yaranması, regionun sabitlik və əməkdaşlıq üzərində qurulmasıdır.

Azərbaycan hesab edir ki, kommunikasiya şəbəkələrinin genişlənməsi, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub marşrutlarının birləşdirilməsi Ermənistanın uzun illər geoiqtisadi dalanda qalmasına son qoya və onu tranzit ölkəyə çevirə bilər.

Ermənistan üçün yeni reallıq: dalan vəziyyətdən tranzit potensialına

Hacıyev vurğulayıb ki, sülh təkcə iki ölkə arasında barışıq deyil, həm də qonşuların bir-biri üçün iqtisadi dəyərə çevrilməsi deməkdir. Azərbaycan Ermənistana məhz bu modeli təklif edir ki, dalan vəziyyətdən çıxaraq tranzit ölkəyə çevrilmək.

Bu isə yalnız Azərbaycanla deyil, həm də Avropa, Mərkəzi Asiya, Türkiyə, Rusiya və Çinlə inteqrasiya olunmuş yeni nəqliyyat sisteminə qoşulmaq anlamına gəlir. Əgər Ermənistan regional layihələrə qoşularsa, o zaman iqtisadi blokadadan çıxacaq, investisiya axınlarını cəlb edə biləcək, nəqliyyat rüsumları hesabına gəlir qazanacaq, regional əməkdaşlıqda yeni rol alacaq.
Bu isə həm regionda güvən mühitini gücləndirər, həm də sabitliyi uzunmüddətli edər.

Bakı üçün geosiyasi nəticə: sülhün memarı olmaq

Azərbaycanın post-müharibə strategiyası iki əsas xətt üzərində qurulur:
- Regional liderlik və sabitləşdirici güc rolu
- Yeni nəqliyyat arxitekturasının mərkəzi oyunçusu olmaq

Bu çərçivədə Bakı özünü enerji təminatçısı, nəqliyyat və logistika mərkəzi, regiondaxili sabitliyin təminatçısı kimi formalaşdırır. Zəngəzur dəhlizi isə bu arxitekturanın əsas sütun rolunu oynayır.
Rəsmi Bakı Cənubi Qafqazda post-müharibə dövrünün əsas konturlarını müəyyən edən aktora çevrilib. Müharibədə qazanılan qələbənin diplomatik, iqtisadi və kommunikasiya xəritəsində davam etdirilməsi isə region üçün yeni reallıq yaradır.

Hacıyevin açıqlamaları da onun sübut edir ki, Azərbaycan artıq hərbi qələbə mərhələsini arxada qoyub, indi sülhü institusionallaşdırmaq, regionda uzunmüddətli əməkdaşlıq və inteqrasiya yaratmaq, Avrasiyanın əsas nəqliyyat arteriyalarını öz vasitəsilə birləşdirmək kimi strateji hədəflərə fokuslanıb.

Bu isə Cənubi Qafqazın gələcək geosiyasətini uzun illər əvvəlcədən müəyyən edəcək.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri