Icma.az
close
up
RU
Bakının COP29 uğuru xain şəbəkəninin planlarını necə iflasa uğratdı?! TƏHLİL

Bakının COP29 uğuru xain şəbəkəninin planlarını necə iflasa uğratdı?! TƏHLİL

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq COP29 bitdi və Azərbaycan qlobal iqlim problemlərinin həlli üçün qlobal səviyyəli presedent yaratdı. İstər tədbirin yüksək səviyyədə təşkilatçılığı, istərsə iqlim problemlərinin həlli ilə bağlı aparılan diplomatiya baxımından Bakı sessiyası COP tarixində mühüm səhifələrdən birinə çevrildi.
COP29 təkcə iqlim məsələləri ilə deyil, bu tədbir üzərindən Azərbaycana qarşı hücumlarla da yadda qaldı. 
Bu hücumlar əslində bir sualı da ortaya çıxardı: tədbir BMT-nin olduğu halda, Azərbaycana niyə hücum edilir? 
Bu hücum kampaniyasının təşkilatçısı olan Qərb iqlim problemlərinin müzakirəsində və həllində niyə maraqlı deyil?
Bu sualın cavablarını Azərbaycana qarşı hibrid müharibəsinin ən eybəcər formasında aparılan kampaniyada tapmaq mümkündür. Anti-Azərbaycan şəbəkəsi COP29 tədbiri dövründə bütün metodlara əl atdı. Xarici mediada Azərbaycana qarşı qarayaxma kampaniyası aparıldı, erməni diasporu və lobbisi tərəfindən hücumla edildi, daxildə anti-milli qüvvələr onlara dəstək verdilər. Daxildəki xain şəbəkə verilən tapşırıqlara uyğun olaraq, Azərbaycanın nüfuzdan salınması, COP29 prosesinin pozulması məqsədilə anti-Azərbaycan qüvvələrə və ermənilərə ciddi dəstək verdi. 
Tbilisidə keçirilən COP29-a qarşı aksiyada Vəfa Nağının erməni fəallarla birlikdə iştirak etməsi, Azərbaycana qarşı ittihamların səsləndirilməsi və erməni maraqlarının müdafiəsinə həsr olunmuş çağırışlar bunun real nümunəsidir. Lakin bu, prosesin görünın tərəfidir. Görünməyən tərəfində Qərbin Azərbaycandakı şəbəkəsinin əsas fiqurları – Xədixə İsmayıl, Əli Kərimli kimilər var. Vəfa Nağının Qreta Turnberqlə birlikdə ermənilərin müdafiəsinə qalxmasını və COP29-a qarşı hücumlarını koordinasiya edən, yönləndirən, eləcə də LGBT-çiləri təlimatlandıran Xədicə İsmayılın olduğu haqda məlumatlar var.
Xarici və daxili qüvvələrin, eləcə də ermənilərin birləşdiyi anti-Azərbaycan şəbəkəsi heç bir nəticə əldə edə bilmədi. Lakin bütün bu kampaniyanın aparılması səbəbsiz deyildi, əksinə, konkret hədəfləri vardı. 
Hər şeydən öncə Azərbaycanın qlobal miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a ev sahibliyi etməsini həzm edə bilmir, qısqanclıq, paxıllıq keçirirdilər. Azərbaycan yüksək səviyyəli təşkilatçılığı ilə onların paxıllığını daha da artırdı. 
Bununla yanaşı, Qərb ölkələrinin gerçək məqsədi iqlim maliyyələşməsi üzrə götürdükləri öhdəliklərdən qaçmaq idi. Azərbaycana hücum etməklə diqqəti yayındırmağa, öhdəliklərini arxa plana keçirməyə çalışdılar. Bakıda aparılan müzakirələr də bunu bir daha göstərdi. Dünya 1 trilyon dollarlıq iqlim maliyyəsi gözlədiyi halda, Qərb yalnız 250 milyard dollarlıq vəsaitlə ortaya çıxdı. Qəsdən bu rəqəmi də tədbirin ən son günü açıqladılar ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərb indi məsuliyyətini başqalarının üzərinə yıxmağa çalışır.
Azərbaycanın “neft-qaz ölkəsi” olması faktını qabartmaları da diqqəti yayındırmaq məqsədi daşıyırdı. Eyni zamanda, Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq və rəsmi Bakını bu sahədə qeyri-real olan öhdəliklər altına salmaq məqsədi güdürdülər. 
Bütün bunlarla yanaşı, anti-Azərbaycan kampaniyasında erməni maraqlarının müdafiəsi də xüsusilə xətlə seçilirdi.
Birincisi, Azərbaycanı tələm-tələsik Ermənistanla sülh müqaviləsinə vadar etməyə çalışırdılar. Bu məsələdə C.Bayden Administrasiyası xüsusi canfəşanlıq edirdi. 4 illik hakimiyyəti boyu yalnız uğursuzluqlarla yadda qalan C.Bayden guya Ermənistanla Azərbaycan arasında sülhə nail olmaqla və hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməklə özünə xal qazanmaq və Nobel sülh müküfatına layiq olmaq kimi hədəflər güdürdü.
İkincisi, Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına nail olmaq istəyirdilər. 
Söhbət Bakıda həbsdə olan separatçılardan gedir. COP29-a qarşı kampaniyanın başlanmasından bir neçə ay öncə ermənilər separatçıların azad edilməsi üçün iqlim tədbirindən istifadə etməsi gündəmə gətirirdilər. Erməni diasporu və lobbisi də COP29 zamanı Azərbaycana hücumlar təşkil etməklə buna nail olmağa çalışdı, lakin heç bir nəticə əldə edə bilmədilər.
Üçüncüsü, Bakıya qarşı hücumların bir məqsədi də Qarabağ ermənilərini yenidən qaytarmaq və Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qurmaqdır. Bu məsələni mütəmadi olaraq gündəmə gətirmələri də buna hesablanmışdı. Qərb regionu yenidən öz bildikləri kimi idarə etmək üçün vasitələr əldə etməyə çalışır.
Hərçənd ki, bütün hücumların, qarayaxma kampaniyalarının heç bir nəticəsi olmadı. Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etməklə iqlim problemlərinin həllinə mühüm töhfə verdi, eləcə də COP prosesi üçün tarixi nümunə yaratdı.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri