Icma.az
close
up
RU
Ukrayna dronları Putinin yay planlarını iflasa uğratdı

Ukrayna dronları Putinin yay planlarını iflasa uğratdı

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Putin ordusunun yay hücumu gözlənilən nəticəni vermədi: Ukraynada əldə edilən irəliləyiş temp baxımından 2024-cü ilin payızı ilə müqayisədə daha zəif oldu.

Turkustan.az xəbər verir ki, müharibəni izləyən "DeepState" platformasının məlumatına görə, bu ilin yayının ilk yarısında Rusiya ordusu Ukrayna ərazisində cəmi 857 kvadratkilometr sahəni ələ keçirib.

Bu, yazla müqayisədə daha yüksək dinamika sayılsa da, ötən ilin noyabrında bir ay ərzində əldə edilən 730 kv. km-lik irəliləyişə çatmır.

Rusiya hərbi komandanlığı əvvəlki strategiyasına sadiq qalır: cəbhənin mümkün qədər çox istiqamətində eyni vaxtda təzyiq göstərmək. Bu yanaşma dərin irəliləyişlərə imkan vermir, lakin Ukrayna Silahlı Qüvvələrini - insan resursu çatışmazlığı fonunda - qüvvələrini cəbhə boyu yaymağa məcbur edir.

Rusiya ordusunun say üstünlüyü Ukraynanı tədricən geri çəkilməyə vadar edir. Son həftələr rus ordusu dronlar və raketlər vasitəsilə Ukrayna hərbi komissarlıqlarını hədəf alır ki, bu da Ukraynanın səfərbərlik imkanlarını zəiflətmək və Rusiya ordusunun canlı qüvvə üstünlüyünü daha da artırmaq məqsədi daşıyır.

Donetsk vilayətindəki Pokrovsk və Konstantinovka şəhərləri yay kampaniyasının əsas hədəfləridir. Rusiya bu şəhərləri mühasirəyə alıb təchizat yollarını kəsməyə çalışır. Bununla yanaşı, Sumı vilayətində rus qüvvələrinin irəliləyişi dayandırılıb – Ukrayna ordusu burada bir sıra uğurlu əks-hücumlar həyata keçirib.

Rusiya hücum taktikasının əsasını kiçik piyada qruplarının hücumları təşkil edir. Ukrayna isə FPV tipli döyüş dronlarından geniş şəkildə istifadə etməklə bu hücumlara qarşı dayanır.

"Wall Street Journal"ın yazdığına görə, Ukrayna bu dronlarda həm say, həm də keyfiyyət baxımından üstünlük təşkil edir.

Dronların intensivliyi nəticəsində Rusiya zirehli texnikadan minimal dərəcədə istifadə etməyə başlayıb, həmçinin logistika sahəsində ciddi problemlər yaşayır: ön cəbhəni təchiz edən nəqliyyat vasitələri cəbhə xəttindən 20 kilometrə qədər dərinlikdə kamikadze dronlarının hücumuna məruz qalır.

"The Economist" bu yay hücumunu "müharibə başlayandan bəri ən qanlı Rusiya əməliyyatı" adlandırıb. Jurnalın hesablamalarına görə, may ayının əvvəlindən bəri 30 minə yaxın rus əsgəri həlak olub. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri