Icma.az
close
up
RU
Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir?

Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir?

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Hal-hazırda bazarda həm aşağı seqmentdə, həm orta seqmentdə, həm də lüks seqmentdə, habelə ilkin və təkrar bazarda əvvəlki ilin cari dövrünə nisbətən ciddi bir durğunluq var”.

Bunu iqtisadçı ekspert Firdovsi Xəlilov Banco.az-a Bakının əmlak bazarındakı hazırki və qarşıda gözlənilən vəziyyəti şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, durğunluğun bir neçə səbəbi var: “Birincisi ondan ibarətdir ki, artan qiymətlər bütün siniflərdə alıcıların büdcələrinə, daha doğrusu, alış qabiliyyətlərinə, qazanclarına uyğun deyil.

İkinci səbəb ondan ibarətdir ki, əvvəllər ipoteka kreditləri ilə ciddi şəkildə əmlaklar satılırdı. Hazırda ipoteka kreditlərində yetərsizlik var, həm məbləğlərində, həm sayında. Belə ki, artıq təxminən 15 ilə yaxın müddətdir ki, maksimal ipoteka məbləği 150 000 manatdır. Söhbət 8% faizlik dövlət ipotekasından gedir. Bakı, Sumqayıt şəhərində isə bir evin qiyməti artıq 150 000 və daha baha məbləğlərdən başlayır.

Qiymətlərdə keçən dövrlərlə müqayisədə 250-300%-dən çox artım var, amma kredit məbləği isə olduğu kimi qalıb. Durğunluqda digər səbəb isə ondan ibarətdir ki, ümumi iqtisadiyyatda böyümə ləng gedir. Bu, bütün sektorlarda olduğu kimi əmlak bazarına da təsir edir. Əhalinin real gəlirlərində artım var əlbəttə ki, amma bu, ümumi həm əmlak, həm digər məhsullarda, xidmətlərdə artımla mütənasib deyil”.

İqtisadçı misal olaraq bildirib ki, bir müəllim 2021-ci ildə 800-1000 manat civarında qazanırdısa, o hal-hazırda 1000-1200 manat arası qazanır: “Əgər həmin illərdə Xırdalan şəhərində təmirsiz mənzilin bir kvadratmetri 600-700 manat arası idisə, indi 1 200-1 500 manat arasıdır.

Gördüyünüz kimi müəllimin gəlirlərində artım var, amma əmlakda olan artımla müqayisə olunacaq səviyyədə deyil”.

Bəs qiymət artımı, hərəkətliliyi necə gözlənilir?

F. Xəlilov bildirib ki, bunu başa düşmək üçün qiymətlərin nə üçün bu qədər dinamik artdığını anlamaq lazımdır: “2020-ci ildən etibarən sadələşmiş vergi dayandırılıb, keçilib 18% əlavə dəyər vergisinə, 20% mənfəət vergisinə. Bakı şəhərində, məsələn, Nəsimi rayonunda mənzilin 1 kvadratmetrinə görə sadələşdirilmiş vergi 120 manat idisə, bu gün artıq bu məbləğ 700-800 manata yüksəlib. Eyni ildən artıq qaydalarda sərtləşmə var. Əvvəllər bir hektar ərazidə 60-65 000 kvadrat metr inşa olunurdusa, hazırda 20-22 000 kvadrata icazə verilir, artığına icazə verilmir. Bu da qiymətin, maya dəyərinin yüksəlməsinə gətirib çıxarır.

2017-18-ci ildə şəhərdə tikilən (məs. Nəsimi rayonunda, Nərimanov rayonunda) ortalama bir binada mənzilin bir kvadratmetrinin maya dəyəri 700-800, bəzən 900 manat idisə, hazırda maya dəyərləri 2 500-3 000-i keçir. Belə olduğu halda həm karlılıq aşağı düşüb, həm də ki, maya dəyərləri yüksəldiyi üçün qiymətlər də yüksəlib və satmaq çətinləşib”.

Ekspert vurğulayıb ki, ilkin bazarda qiymət artımı təkrar bazarda qiymətin fantastik hədlərdə sıçrayışına gətirib çıxardır: “Bu da ondan irəli gəlir ki, istismar müddəti bitmiş, məsələn, “Xuruşovka” layihəsində söküntü gedirsə, orada elə məbləğ tələb edilir ki, vətəndaş özünə başqa bir yerdən ev ala bilsin. Yeni evi isə artıq bahalaşmış qiymətlərlə alacağı üçün öz evini də baha qiymətdən təklif edir. Yəni, bu, ondan irəli gəlir ki, maya dəyərləri yüksəlib, kreditlər bahadır və azdır, əmlak qiymətləri isə artıb. Hələ gözlənilir ki, qiymətlər bir qədər də artsın. Çünki sahibkarlar bəzi hallarda elə olur ki, ziyana da gedirlər”.

İqtisadçının sözlərinə görə, bəziləri düşünürlər ki, bu durğunluq nəticəsində qiymətlər düşməlidir: “Bu bir sabun köpüyüdür. Əmlakda qiymət düşməsi əslində sevindirici bir hal və xəbər deyil. Harada əmlakın, hansı yerlərdə əmlakın qiyməti düşə bilər? – O yerdə ki, ümumi dəyərsizlik yaranır və orda əmlakın da bir dəyəri olmur. Məsələn, tərk edilməyə başlanılan şəhərlərdə, çökmüş iqtisadiyyatı olan ölkələrdə. Çünki artıq orada yaşamaq dəyərsiz olduğu üçün əmlakın da dəyəri düşür. Biz arzu etmirik ki, əmlakın dəyəri aşağı düşsün. Biz arzu edirik ki, əhalimizin real gəlirləri artsın ki, onlar özlərinə əmlak ala bilsinlər.

“Həmçinin hesab edirlər ki, işğaldan azad olunmuş torpaqlara köç davam etdikcə Abşeron yarımadasında, Bakı şəhəri başda olmaqla əmlakın qiyməti düşəcək. Xeyr, bu belə deyil.

Rayonlarımızda, kəndlərimizdə kimin imkanı, gəliri, yaxşıdırsa, ilk atdığı addım nə olur? Ondan ibarət olur ki, ya maşın alır və ya Bakı şəhərində özünə ev alır. Hansısa bir şəxs əkindən xurmadan, taxıldan heyvandarlıqdan, işləyib çalışıb 100-150 000 manat pul toplayıbsa, ilk atdığı addım Bakıdan ev almaq olur. Həmçinin bu, köçürülmə olan Qarabağ ərazisinə də aiddir. Köçürülmə, onların həyat şəraitinin yaxşılaşdırılması gətirib ona çıxardacaq ki, onlar Bakı şəhərində əmlaka yatırım edəcəklər. Digər rayonlar buna bariz nümunədir”, - ekspert qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri