Icma.az
close
up
RU
Bakının dünya nizamında rolu

Bakının dünya nizamında rolu

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Azərbaycan bu gün dünyada cərəyan edən proseslərə əhəmiyyətli siyasi və iqtisadi münasibətlərə malik iştirakçı qismində cəlb edilməkdədir. Tək regionda deyil, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika gedən proseslərdə aktiv rol oynayır, mühüm beynəlxalq aktora çevrilir. Xüsusilə ərazi bütövlüyünü təmin etdikdən sonra günbəgün nüfuz dairəsini genişləndirir, təmsil etdiyi bölgənin siyasi və coğrafi hüdudlarını aşaraq transmilli oyunçuya çevrilir.

Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu məsələyə toxunub və bildirib ki, ölkəmiz xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurub. Dövlətimizin başçısı əlavə edib ki, Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib: “Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik”.

Bakının vasitəçiliyi, regional əmin-amanlıq

Azərbaycan artıq ölkələr arasında problemlərin həllində vasitəçi dövlət rolunda çıxış edir. Son günlər dünya mediasının diqqəti Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında Bakıda görüşə yönəlib. Azərbaycanın Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətlərlə bol bir bölgənin ağrılı problemlərinin həllində vasitəçi kimi qəbul edilməsi dövlətimizin daha bir nüfuz göstəricisidir. Bəllidir ki, Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir və bu baxımdan Türkiyə və İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir.

Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq uğurla inkişaf etdirdi. Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır. Azərbaycanın bu vasitəçiliyi ABŞ Prezidenti Donald Tramp da yüksək qiymətləndirilib. O, Azərbaycan Prezidentinə təbrik məktubunda Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirdiyini xüsusi vurğulayıb. Bəli, işğala son qoyan Azərbaycan bütün ölkələrdə də sülh və əmin-amanlığın bərqərar olmasına çalışır və bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Azərbaycan uzun illər Fələstin probleminin dinc yolla həllinə də çalışıb, bu ölkəyə milyonlarla dollarlıq humanitar yardım göstərib. Ötən ilin sonunda Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada Azərbaycan heyəti rəsmən bəyan edib ki, böhran dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu xüsusda Azərbaycan bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi edib və bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransı xüsusi qeyd edilməlidir.

Suriya ilə sıx əməkdaşlıq

Azərbaycan Fələstinlə yanaşı, yüz minlərlə insanın ölümünə gətirib çıxarmış Suriya probleminin həllinə də çalışıb. Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən Prezident İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır. Təsadüfi deyil ki, Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib. Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.

Ən önəmli olan o olub ki, Azərbaycanın dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib və dəvət də minnətdarlıqla qəbul olunub. Şübhəsiz ki, İlham Əliyev və Əhməd əş-Şəranın görüşü iki ölkə arasındakı münasibətlərin başlanğıcının məntiqi əsasını təşkil edir və Azərbaycan tərəfi Bakı-Ankara və Dəməşq-Ankara əlaqələri kontekstində Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirməkdə xüsusilə maraqlıdır. Nəzərə almaq lazımdır ki, Suriya və Türkiyənin hazırda kritik münasibətlər içində olduğu ölkələrdən biri olan İsrail ilə Azərbaycanın yaxın əlaqələri rəsmi Bakıya imkan verir ki, Yaxın Şərq siyasətində aktiv rol alsın.

QH - xarici siyasətimizdə xüsusi səhifə

Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu çoxvektorlu, bütün ölkələrlə sıx əməkdaşlığa yönəlib. Hətta elə olub ki, Azərbaycanın aktiv fəaliyyəti ilə bir sıra hərəkat və təşkilatlar aktivləşib. Məsələn, son on ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini onun xarici siyasətində xüsusi səhifə adlandırmaq mümkündür. "Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır", - deyə İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirmişdi. Son zamanlar Qoşulmama Hərəkatının (QH) nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulana dövlətimizin başçısı bildirib: “İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb”.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti ənənəvilikdən çıxaraq getdikcə beynəlxalq müstəviyə çıxır. Ölkəmiz tək regionda deyil, dünyada baş verən proseslərdə aktiv rol oynayır və bu proses də günbəgün yüksəlir. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Aprel 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri