Icma.az
close
up
RU
Regionlararası miqyas: Bakının yeni rolu

Regionlararası miqyas: Bakının yeni rolu

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamal Adıgözəlov

Cənubi Qafqazda sabitliyin təmin edilməsinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından xeyli asılı olduğuna hər kəs inanır. Bu istiqamətdə rəsmi Bakı davamlı, qətiyyətli və ardıcıl fəaliyyət göstərir. Müxtəlif istiqamətlərdən Azərbaycan rəhbərliyini tutduğu mövqedən yayındırmağa nə qədər çalışdılarsa, Prezident İlham Əliyev şərtlərindən imtina etmədi. Çünki onlar hüquq normaları çərçivəsində və ədalətlidirlər. Suriya məsələsinin daha da aktuallaşması fonunda Azərbaycanın regional güc kimi əhəmiyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Cənubi Qafqazın liderinin indi regionlararası miqyasda sülh yaradılmasına vasitəçilik edə biləcəyi məlum oldu. Bu, başqa məqamlarla yanaşı, Ermənistanla sülh müqaviləsinin imzalanmasında da ciddi dönüş deməkdir.

"Real Ermənistan"ın arzuları və ziddiyyətləri

Dünya siyasətinin Cənubi Qafqaz gündəmi səngimir. Bu regionda və ona yaxın regionlarda baş verənlərin bir-birinə təsiri ilə bağlı ekspertlərin təhlilləri və proqnozları getdikcə intensivləşir. Bütövlükdə mürəkkəb bir vəziyyət yaranıb. Onun fraqmenti kimi Ermənistanın daxilində müşahidə edilən bir qədər qeyr-adi ideoloji və siyasi xarakterli proseslərin şərhi də maraq doğurur. Bu aspektdə də bir-birini təkzib edən fikirlər və yanaşmalar özünü göstərməkdədir. Öncə, Ermənistana onun daxilindən baxaq.

Bir sıra erməni ekspertlər Ermənistan hakimiyyətinin yeni ideoloji manevrə başladığını vurğulayırlar. Onu ümumi səviyyədə "Ermənistanın Avropa gündəmi" kimi adlandıraraq, həmin çərçivədə hakimiyyətin elektoratı səfərbər etməyə çalışdığını təhlil edirlər. Bu səfərbərlik "hakimiyyətə etibarın yenidən başlanması" kimi xarakterizə edilir. Bütövlükdə isə həmin proses Ermənistan siyasi mühitinin "antiseptiki" (yəni, bataqlığa çevrilmiş hissəsinin "infeksiyalarının qurudulması") kimi xarakterizə edilir.

Bir qədər improvizasiya etsək, Ermənistanın siyasi mühitinin "antiseptiki"ni "real Ermənistan" arzusundan qaynaqlanan fəaliyyət kimi təsəvvür edə bilərik. Belə ki, N.Paşinyanın dediyinə görə, uzun müddətdir ki, erməni cəmiyyətini buxovda saxlayan ideoloji və siyasi xülyalardan azad olaraq "real Ermənistan"ı qurmaq lazımdır. Bu "reallığı"n nələrdən ibarət olduğunu bəlkə də N.Paşinyandan başqa bilən yoxdur. Bir "siyasi arzu" kimi onu qadağan etmək mümkün deyil, ancaq Ermənistanın baş nazirinin bu arzusunun da ziddiyyətlərdən xali olmadığı hərəkətlərindən aydın görünür.

Rəsmi İrəvan gah Qarabağ mövzusunu unutmaqdan danışır, gah da hakimiyyətin nəzarətində olan media "Stepanakert"dən bəhs edir, Qarabağda "dağıdılmış erməni evləri"ndən və "qovulmuş ermənilər"dən yazır. Bundan başqa, Azərbaycanla sərhəddə Avropa hərbi missiyasının sayını artırır. Zəngəzurla bağlı bir-birini təkzib edən fikirlər söyləyir. Erməni media qurumlarının bu barədə yazdıqlarını Azərbaycan KİV-ləri də vurğulayır.

Ermənistan siyasi rəhbərliyinin başqa məsələlərlə bağlı dedikləri də bir-birini "tutmur". Xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda sülh müqaviləsi ilə ATƏT-in Minsk qrupunun ləğv edilməsi haqqında sənədləri eyni zamanda imzalamaqdan bəhs edir, N.Paşinyan isə belə bir şərtdən danışmır.

Lakin bütün bunların fonunda Ermənistandan asılı olmayan elə geosiyasi proseslər baş verir ki, onları nəzərə almadan Cənubi Qafqazda hər hansı bir addımın atıla bilinməyəcəyi aydınlaşır. Regionun geosiyasi taleyini də məhz həmin proseslərin həll edəcəyinə böyük inam yaranır. Ekspertlər bu kimi müqayisələr əsasında belə bir tezis irəli sürürlər: rəsmi İrəvan Azərbaycan rəhbərliyinin təkliflərini qəbul edib və hətta "Azərbaycan Ermənistanın daxili siyasi mühitini dizayn edən" addımlar atmaqdadır. Burada N.Paşinyanın Qarabağdan imtina edib-etməməsi və Minsk qrupunun ləğvi ilə bağlı manipulyasiyalara əl atıb-atmaması həlledici təsir bağışlamır. İrəvanın fəaliyyətinə bu kontekstdə nəzər saldıqda, onun ikincidərəcəli və səmərəsiz olduğunu görə bilirik.

Bakı regionun aparıcı gücü kimi

Son zamanlar dünya mətbuatında əsas mövzulardan biri İsrail-Türkiyə münasibətləridir. Bu iki dövlətin Suriyada hərbi toqquşması Yaxın Şərqlə bərabər, ona yaxın geosiyasi məkanlar üçün də ciddi təhlükə hesab edilir. Ekspertlər bununla bağlı düşündürücü müqayisələr aparırlar.

Bir sıra media qurumları yazır ki, İsrail Suriyada Rusiyanın radar sistemlərini fəaliyyətsiz hala gətirə bilib və Suriyanı bombalayıb. Lakin Türkiyənin Suriyada hərbi baza yerləşdirməsi ilə Təl-Əviv bu "komfortu" itirmiş olur. Çünki Türkiyənin hərbi radar sistemi kifayət qədər güclüdür. Bunu İsraildə hətta Benyamin Netanyahu anlayır. Ona görə də yardım üçün Donald Trampa müraciət edib. ABŞ Prezidenti də rəsmi Təl-Əvivə iki dövlət arasında münasibətlərin normallaşmasının mümkünlüyünü anladıb.

Nəticədə, İsraillə Türkiyəni ortaq nöqtəyə gətirə biləcək danışıqlar mexanizminə ciddi ehtiyac yaranıb. Bu məqamda tərəflər üçün Azərbaycan ən yaxşı danışıqlar platforması kimi nəzərdə tutulur. Artıq danışıqların birinci raundu baş tutub. Həmin mərhələdə əsas müzakirə texniki xarakterlidir. Lakin onun əhəmiyyətini Türkiyənin xarici işlər naziri Hakan Fidan açıq bəyan edib. Tərəflərin Suriya səmasında toqquşmaması üçün elə mexanizm işlənib hazırlanmalıdır ki, sabitlik pozulmasın. Azərbaycan danışıqları məhz bu baxımdan çox əhəmiyyətlidir.

Məsələyə rəsmi Dəməşqin də münasibəti məlum olub. Antalya Forumunda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə Azərbaycan Prezidenti İlham Əliyev görüşüb. Müzakirələr zamanı Suriyanın dövlət başçısı Azərbaycandan dəstək istəyib. O, İsraillə Suriya məsələsində müzakirələr aparılmasının faydalı olacağını söyləyib. Belə çıxır ki, Suriya rəhbərliyi də Azərbaycanın vasitəçilik rolunu yüksək qiymətləndirir. Rəsmi Dəməşq Bakının barış yaratmaq imkanlarına inanır.

Bu gedişat göstərir ki, Azərbaycan rəhbəri regionlararası miqyasda etibarlı və sülhsevər lider kimi qəbul edilir. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan rəhbərinə xüsusi rəğbətini açıq ifadə etməsi, İsrail məsələsinə görə isə ayrıca təşəkkür etməsi siyasi dairələrə ciddi müzakirə olunan mövzulardan biridir. Hər kəs bir daha əmin oldu ki, Prezident İlham Əliyev regionlararası masştabda sülhyaradıcı lider kimi fəaliyyət göstərmək imkanlarına malikdir.

Siyasi baxımdan bunun iki nəticəsi haqqında danışa bilərik. Birincisi, artıq Azərbaycan bütün dünya tərəfindən Cənubi Qafqazın aparıcı dövləti kimi qəbul edilir. Burada hər hansı ciddi regional məsələ Bakısız həll oluna bilməz. Bu baxımdan rəsmi Tbilisinin regional inteqrasiyada Azərbaycana üstünlük verməsi tamamilə təbiidir və reallıqdan qaynaqlanır.

Eyni zamanda, Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi regionlararası miqyasda vasitəçi rolu qəbul edilirsə, bizim regionda sülhyaratma prosesinin də müəyyənedici gücü Azərbaycan olmalıdır. Bu, adi məntiqlə aydın olan məqamdır.

Sülhyaradıcı qüvvə

İkincisi, Azərbaycan, konkret olaraq, Ermənistanla sülh müqaviləsinin əsas yaradıcı faktorudur. Regionlararası masştabda barışı təmin etməkdə etibarlı vasitəçi kimi qəbul edilən rəsmi Bakının Cənubi Qafqazda birbaşa sülhü yaradan qüvvə olması da təbiidir. Deməli, Ermənistan Azərbaycanın hüquqi cəhətdən tam normal olan tələblərini yerinə yetirməlidir. Buraya, o cümlədən Ermənistan konstitusiyasında edilməli olan dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi məsələsi də daxildir.

Bu gerçəklik prizmasından rəsmi İrəvanın manevrləri bir nəticə verə bilməz. İndi onun Azərbaycanla səmimi və məhsuldar münasibət qurması zəruridir. Rəsmi İrəvan bunu nə qədər tez anlayıb, qəbul etsə, bu, bütövlükdə, region üçün faydalı olacaqdır. Mümkündür ki, bu prosesdə rəsmi Tbilisi də müəyyən fəallıq göstərsin. Çünki söhbət həm də "Qafqaz Evi"nin qurulmasından gedir. Cənubi Qafqaz intriqasız, təhlükəsiz və əməkdaşlığa köklənmiş geosiyasi məkan olmalıdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri