Icma.az
close
up
RU
Azərbaycanın Yaxın Şərqdə sülhə, inkişafa töhfəsi Bakının dünya nizamında rolu

Azərbaycanın Yaxın Şərqdə sülhə, inkişafa töhfəsi Bakının dünya nizamında rolu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan bu gün dünyada cərəyan edən proseslərə əhəmiyyətli siyasi və iqtisadi münasibətlərə malik iştirakçı qismində cəlb edilməkdədir. Tək regionda deyil, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrikada gedən proseslərdə aktiv rol oynayır, mühüm beynəlxalq aktora çevrilir. Xüsusilə ərazi bütövlüyünü təmin etdikdən sonra günbəgün nüfuz dairəsini genişləndirir, təmsil etdiyi bölgənin siyasi və coğrafi hüdudlarını aşaraq transmilli oyunçuya çevrilir.

Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu məsələyə toxunub və bildirib ki, ölkəmiz xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurub. Dövlətimizin başçısı əlavə edib ki, Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib: "Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik".

Bakının vasitəçiliyi, regional əmin-amanlıq

Azərbaycan artıq ölkələr arasında problemlərin həllində vasitəçi dövlət rolunda çıxış edir. Son günlər dünya mediasının diqqəti Azərbaycanın vasitəçiliyi ilə Türkiyə ilə İsrail arasında Bakıda görüşə yönəlib. Azərbaycanın Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətlərlə bol bir bölgənin ağrılı problemlərinin həllində vasitəçi kimi qəbul edilməsi dövlətimizin daha bir nüfuz göstəricisidir. Bəllidir ki, Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir və bu baxımdan Türkiyə və İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir.

Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoruyaraq uğurla inkişaf etdirdi. Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə ilə həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu prosesin irəli aparmasında əsas lokomotiv rollardan birini oynayır. Azərbaycanın bu vasitəçiliyi ABŞ Prezidenti Donald Tramp da yüksək qiymətləndirilib. O, Azərbaycan Prezidentinə təbrik məktubunda Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirdiyini xüsusi vurğulayıb. Bəli, işğala son qoyan Azərbaycan bütün ölkələrdə də sülh və əmin-amanlığın bərqərar olmasına çalışır və bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Azərbaycan uzun illər Fələstin probleminin dinc yolla həllinə də çalışıb, bu ölkəyə milyonlarla dollarlıq humanitar yardım göstərib. Ötən ilin sonunda Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada Azərbaycan heyəti rəsmən bəyan edib ki, böhran dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu xüsusda Azərbaycan bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi edib və bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransı xüsusi qeyd edilməlidir.

Suriya ilə sıx əməkdaşlıq

Azərbaycan Fələstinlə yanaşı, yüz minlərlə insanın ölümünə gətirib çıxarmış Suriya probleminin həllinə də çalışıb. Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən Prezident İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır. Təsadüfi deyil ki, Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib. Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.

Ən önəmli olan o olub ki, Azərbaycanın dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib və dəvət də minnətdarlıqla qəbul olunub. Şübhəsiz ki, İlham Əliyev və Əhməd əş-Şəranın görüşü iki ölkə arasındakı münasibətlərin başlanğıcının məntiqi əsasını təşkil edir və Azərbaycan tərəfi Bakı-Ankara və Dəməşq-Ankara əlaqələri kontekstində Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirməkdə xüsusilə maraqlıdır. Nəzərə almaq lazımdır ki, Suriya və Türkiyənin hazırda kritik münasibətlər içində olduğu ölkələrdən biri olan İsrail ilə Azərbaycanın yaxın əlaqələri rəsmi Bakıya imkan verir ki, Yaxın Şərq siyasətində aktiv rol alsın.

QH - xarici siyasətimizdə xüsusi səhifə

Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu çoxvektorlu, bütün ölkələrlə sıx əməkdaşlığa yönəlib. Hətta elə olub ki, Azərbaycanın aktiv fəaliyyəti ilə bir sıra hərəkat və təşkilatlar aktivləşib. Məsələn, son on ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini onun xarici siyasətində xüsusi səhifə adlandırmaq mümkündür. "Səmimi şəkildə deyə bilərəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni bir nəfəs qazanmışdır", - deyə İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirmişdi. Son zamanlar Qoşulmama Hərəkatının (QH) nüfuzunun və təsirinin tədricən deqradasiya etdiyini, praktiki olaraq Hərəkatın fəaliyyəti ilə bağlı müəyyən müzakirələrin aparıldığını vurğulana dövlətimizin başçısı bildirib: "İstənilən işdə olduğu kimi, biz bu işə də böyük məsuliyyətlə yanaşdıq və addım-addım institusional inkişaf istiqamətində işləməyə başladıq. Azərbaycanın sədrliyi yekdilliklə bir illik uzadıldı. Amma faktiki olaraq bu, bir il yarımlıq uzadılma oldu. Bu o deməkdir ki, bizim sədrliyimizə ehtiyac var və o, müsbət qarşılanıb".

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti ənənəvilikdən çıxaraq getdikcə beynəlxalq müstəviyə çıxır. Ölkəmiz tək regionda deyil, dünyada baş verən proseslərdə aktiv rol oynayır və bu proses də günbəgün yüksəlir. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Aprel 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see207

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see118

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see107

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see107

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri