Icma.az
close
up
RU
Bakının əlacsız dərdi: Birini tıxacdan çıxarıb digərlərini tıxaca salan zolaq

Bakının əlacsız dərdi: Birini tıxacdan çıxarıb digərlərini tıxaca salan zolaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Uzun müddətdir ictimai nəqliyyatda sıxlıq problemi davam edir”. 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov “Cümhuriyət” -ə açıqlamasında deyib. O bildirib ki, bir müddət əvvəl sıxlığı aradan qaldırmaq üçün avtobus zolaqları yaradıldı: 

“Bu, hərəkətin sürətləndirilməsi və intensivliyini təmin etmək məqsədi ilə həyata keçirildi. Ümumi olaraq avtobus zolaqları effekt verdi. Amma bu, sadəcə avtobuslar üçün effektli oldu. Digər şəxsi nəqliyyat vasitələri ilə bağlı bu fikri söyləmək çətindir. 

Çünki onların yolu bir qədər də daraldı. Bu da digər avtomobillərə əlavə problem yaratdı. Ümumən götürəndə, avtobus zolaqları ictimai nəqliyyatın sürətli hərəkətinə kifayət qədər imkanlar yaradıb. Xətlərdə avtobusların sayı bir az da artsa və interval azalsa, sıxlıq da azalacaq. 

Biz ictimai nəqliyyatın sürətli hərəkətini təmin etməliyik. Bunun üçün yol infrastrukturunun özü mükəmməl olmalı, avtobuslar digər nəqliyyat vasitələrindən tamamilə təcrid olunmalıdır. Bu, çox önəmli hal olar”. 

Ekspert qeyd edib ki, sonrakı mərhələdə atılacaq addım yalnız avtobuslar arasındakı intervalı azaltmaq olmalıdır: 

“Həmçinin, xəttə buraxan avtobusların sayını da artırmaq lazımdır. Daha modern və çox sərnişin daşıya bilən nəqliyyat vasitələrinin xəttə buraxılması yaxşı olar. Bu, sərnişin tutumu və rahatlıq baxımından daha məqsədəuyğundur. 

İnterval maksimum 3-4 dəqiqə olmalıdır. Hazırda təəssüf ki, bu rəqəm 8-10 dəqiqədir. Hətta bəzən 15-20 dəqiqəyə belə çatır. Elə xətlər var ki, uzun məsafə olsa da, sərnişin sayı azdır. 

Lakin bəzi xətlərdə sərnişin sayı çox, məsafələr qısadır. Əhalinin sıx hərəkət etdiyi istiqamətləri daha çox avtobusla təmin etməliyik. Tələbat yarandıqca xətdəki avtobusların sayı artırılmalıdır. 

Konkret say qoymaq lazım deyil. Elə xətt var ki, orada 10 avtobus sayı çox, elə xətt də var ki, az olar. Buna diqqət etmək lazımdır. Yəni tələb-təklif məsələsini nəzərə almaq lazımdır”. 

Mütəxəssis metro ilə bağlı da təkliflər verib: 

“Yeni metro stansiyalarının açılması vacibdir. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində tikilən metro stanstiyaları vaqonların sayı üçün kiçikdir. Bənövşəyi xətdəki stansiyalar isə daha böyükdür. Lakin bənövşəyi xətt əsas hədəfimiz olmamalıdır. 

Köhnədən qalan stansiyaları da daha çox vaqonun yerləşəcəyi qədər böyütmək lazımdır. Vaqonların sayını artıra bilmiriksə, intervalı minimuma endirməliyik. Düşünürəm ki, metroda interval 2-3 dəqiqə və hətta daha az olmalıdır”. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Bakı ictimai nəqliyyat avtobus metro

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri