Icma.az
close
up
RU
“Ukrayna cəbhəsində yeni mərhələ: Rusiya ordusunda itkilər artır, dron müharibəsi kəskinləşir“ “The Telegraph“

“Ukrayna cəbhəsində yeni mərhələ: Rusiya ordusunda itkilər artır, dron müharibəsi kəskinləşir“ “The Telegraph“

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiya həm "birdəfəlik" canlı qüvvəni, həm də daha gücləndirilmiş pilotsuz sistemləri paralel şəkildə tətbiq edir..."

Ukraynada müharibə tədricən klassik döyüş formasından çıxır və həm taktika, həm də texnologiya baxımından yeni mərhələyə keçir.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Görünən mənzərə

Nəşr yazır ki, son həftələrdə xüsusilə iki meyl - Rusiyanın piyada qüvvələrində ağır itkilər və eyni zamanda, dronların geniş və daha effektiv tətbiqi önə çıxır. Ukrayna tərəfinin məlumatına görə, son vaxtlar Liman istiqamətində rus hücum birlikləri çox vaxt döyüşə başlıqsız və zirehsiz göndərilir, hətta bəziləri heç bir silah və ya qoruyucu vasitə olmadan cəbhəyə çıxarılır.

Nəşr yazır ki, bu, Rusiya komandanlığının şəxsi heyətə qarşı tam etinasızlığını göstərir. Ukraynalı zabitlər deyir ki, bəzən rus əsgərləri xüsusi olaraq "cəza məqsədilə" ölümə göndərilir, yaralılar belə yenidən döyüşə qaytarılır. Mütəxəssislər bunu iki səbəblə - yüksək itkilər nəticəsində təchizat çatışmazlığı və Rusiya ordusunun bütün texniki resursu daha "dəyərli" bölmələrə yönəltməsi ilə izah edir.

Dronlar müharibənin qaydalarını dəyişir

"The Wall Street Journal" nəşri yazır ki, 2025-ci ildə həlledici dönüş nöqtəsi dron müharibəsində baş verib: əvvəllər üstünlük Ukraynanın tərəfində olsa da, indi Rusiyanın FPV-dronlar və uzaqmənzilli pilotsuz sistemlərdən istifadəsi xeyli güclənib. Xüsusilə "Rubikon" adlı yeni rus bölməsinin fəaliyyəti Ukraynanın logistikasını ciddi zərbə altına alıb.

Ukrayna zabitləri bildirir ki, bəzi cəbhə xəttlərində rus dronları artıq 10:1 nisbətində üstünlük təşkil edir. Ən ağır vəziyyət Pokrovsk ətrafındadır - yol və təchizat marşrutları dron hücumlarına görə o qədər təhlükəlidir ki, Ukrayna hərbçiləri son 16 km məsafəni piyada qət etməli olurlar. Ekspertlər deyir ki, indi Rusiya pilotsuz aparatlarla 40-70 km arxanı vurur, əvvəllər bu, yalnız aviasiyanın işi olub.

Kütləvi hücumlar və yeni növ partlayan dronlar

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib ki, son kütləvi zərbələr zamanı Rusiya yeni tip sürətli reaktiv dronlardan istifadə etmiş ola bilər. Onun sözlərinə görə, hücumda ümumilikdə 632 hava hücumu vasitəsi qeydə alınıb, bunlardan 596-sı kamikadze dronlar, 36-sı isə raket olub. Hücum nəticəsində yalnız Kiyev və Xarkov istiqamətində yarım milyon nəfərdən çox insan işıqsız qalıb.

Son xəbərlər göstərir ki, müharibə daha amansız mərhələyə keçib: Rusiya komandanlığı canlı qüvvəni "təkrar istifadə olunan material" kimi görür, Ukrayna isə artan dron hücumları fonunda təchizat və müdafiəni qorumağa çalışır. Hər iki tərəf döyüş taktikalarını yenidən qurur, amma hazırkı dinamika göstərir ki, 2026-cı ildə müharibənin taleyini klassik ordular deyil, pilotsuz sistemlər, elektron mübarizə və informasiya üstünlüyü müəyyən edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri