Icma.az
close
up
RU
Bakının dərdi var, yollar tıxacdır...

Bakının dərdi var, yollar tıxacdır...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yeni tədris ilinə, yay fəslinin isə başa çatmasına saylı günlər qalır. Sözsüz ki, Bakıda tıxac probleminin yeni tədris ilinin başlanması, paytaxt sakinlərinin isə yay tətilindən qayıtmaları ilə daha açıq şəkildə büruzə verəcəyi şübhəsizdir. Elə küçə və prospektlər, yollar var ki, demək olar, günün əksər saatlarında tıxaclıdır. Günü-gündən artan atomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı paytaxt Bakının bitməyən, hətta deyərdik ki, günü-gündən artan dərdidir. Belə olan halda hamını düşündürən bir sual meydana çıxır: paytaxtın ən böyük tıxac dərdi nə vaxtsa bitəcəkmi?

Nəqliyyat eksperti Elməddin Muradlı XQ-yə açıqlamasında bildirdi ki, nəqliyyatda ötən ildəkindən fərqli yeni bir mənzərə gözlənilmir. Çünki bir neçə ay ərzində fundamental bir dəyişikliklər olmayıb. Sadəcə, elektrik nəqliyyat vasitələri – velosiped-skuterlərin hərəkəti üçün yeni zolaqlar salınıb, minik avtomobillərinin avtobus zolaqlarında mindirib-düşürmə zonaları yaradılıb. Hərəkətin təşkili ilə bağlı müəyyən yenilikləri özündə əks etdirən layihələr vardır ki, bu barədə AYNA tərəfindən ictimaiyyətə ətraflı məlumat verilib. Bu yeniliklər tətbiq olunanda nə kimi dəyişikliklərin baş verəcəyinin şahidi olacağıq. Burada əsasən Koroğlu Rəhimov küçəsi nəzərdə tutulur. Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində də yeni yol çəkilir ki, bu da Ziya Bünyadov ilə Heydər Əliyev prospektlərinin yüklənməsinin qarşısını alacaq.

Eyni zamanda, Təbriz küçəsində də yeniliklər gözlənilir. Digər tərəfdən yeni yolların çəkilməsi ilə bağlı planlar var. Mövcud yolların genişləndirilməsi, şaxələndirilməsi istiqamətində işlər aparılır. Bu, Prezident İlham Əliyevin 30 yanvar 2025-ci ildə imzaladığı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da nəzərdə tutulub. Əhalinin ən çox üz tutduğu yeni metro stansiyalarının tikintisinə də start verilib. Qırmızı və yaşıl xətlərin ayrılması istiqamətində addımlar atılır. Ağ şəhərdə yeni metro stansiyası tikiləcək. Bu 5 il ərzində Dövlət Proqramının birinci mərhələsini əhatə edən 2025-2030-cu illərdə 10 metro stansiyasının tikintisi nəzərdə tutulur.

Ekspert daha bir məsələnin vacibliyinə toxunaraq bildirdi ki, məktəblərin, iş yerlərinin fərqli saatlarda başlaması da mövcud problemin həllinə kömək edə bilər. Təəssüf ki, bütün ali və orta məktəb dərsləri eyni saatda başlayır, bəlli bir vaxtda da bitir. Şəhərdə də əsas tıxac məhz bununla əlaqədardır. Dərs olmayan vaxtlarda demək olar ki, paytaxtda tıxac hiss olunmur. Bu, həftə sonlarında daha açıq-aşkar hiss edilir. İş vaxtlarının başlanma-bitmə saatları da 5-6 arası standart götürülüb ki, bu saatlarda da bir qələbəlik müşahidə olunur.

Dövlət Proqramında qeyd olunduğu kimi, son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1 faiz təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 faiz olub. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir.

Nəqliyyat eksperti sonda onu da qeyd etdi ki, Dövlət Proqramında nəzərdə tutulan işlər sürətlə yerinə yetirilməklə nəqliyyat sahəsində yaşanan problemlərin aradan qalxmasına səbəb olacaq. Sözsüz ki, paytaxt sakinləri də bu günü səbirsiliklə gözləyirlər.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri