Icma.az
close
up
RU
Bakının gələcəyi sual altındadır, yeni binalar şəhərə əlavə yük gətirir SOS

Bakının gələcəyi sual altındadır, yeni binalar şəhərə əlavə yük gətirir SOS

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rauf Ağamirzəyev Bakıda tikinti siyasətinin görünməyən təhlükəsini açıqladı

Şəhər həm də insanın sağlamlığına təsir edən məkandır. Yaşıllıqlar, kölgəli səkilər, təhlükəsiz küçələr, təmiz hava və səs-küyün azaldılması əlavə üstünlük deyil, keyfiyyətli şəhər mühitinin ayrılmaz hissəsidir. Bu fikirlərin müəllifi nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev şəhərlərdə həyat keyfiyyətinin yüksəldilməsi vasitələrindən danışıb.

Mütəxəssis Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhər böyüyürsə, həyat keyfiyyəti də artmalıdır: 

- Dünyanın böyük şəhərlərinin təcrübəsi göstərir ki, əhali artdıqca şəhərsalma yalnız yeni binaların tikintisi ilə məhdudlaşa bilməz. Mənzil, nəqliyyat, iş yerləri, məktəblər, səhiyyə müəssisələri, parklar və ictimai məkanlar vahid sistem kimi planlaşdırılmalıdır. Tokio təcrübəsi dəmir yolu stansiyalarının ətrafında yaşayış, iş və xidmət sahələrinin formalaşdırılmasının əhəmiyyətini göstərir. Nyu-York sıx tikinti şəraitində ictimai nəqliyyatın və piyada infrastrukturunun rolunu nümayiş etdirir. Şanxay isə hündürmərtəbəli tikintinin nəqliyyat və ictimai məkanlarla uzlaşdırılmasının vacibliyini ortaya qoyur. 

Bəs bizdə - paytaxt Bakıda vəziyyət necədir? 

Mütəxəssis bildirdi ki, Bakı üçün də əsas sual nə qədər bina tikəcəyimiz deyil, şəhərin artan əhaliyə necə xidmət edəcəyidir: 

- Yeni yaşayış massivləri salınarkən yalnız mənzil sayı deyil, həmin ərazidə yaradılacaq nəqliyyat imkanları, məktəblər, uşaq bağçaları, səhiyyə xidmətləri, yaşıllıqlar və piyada əlçatanlığı da əvvəlcədən hesablanmalıdır. Çoxmərtəbəli yaşayış binalarının tikilməsi özlüyündə şəhərsalma problemi deyil. Problem bu sıxlığın müvafiq infrastrukturla təmin edilməməsidir. Metro və avtobus imkanları məhdud olan, gündəlik xidmətlərə çatmaq üçün avtomobildən asılılıq yaradan yaşayış məhəllələri şəhərin nəqliyyat yükünü daha da artırır. Müasir şəhərsalmanın əsas prinsiplərindən biri insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın təmin etməkdir. Digər mühüm prinsip isə piyada, velosiped və ictimai nəqliyyat üçün təhlükəsiz, əlçatan və fasiləsiz mühit yaratmaqdır. Şəhər həm də insanın sağlamlığına təsir edən məkandır. Yaşıllıqlar, kölgəli səkilər, təhlükəsiz küçələr, təmiz hava və səs-küyün azaldılması əlavə üstünlük deyil, keyfiyyətli şəhər mühitinin ayrılmaz hissəsidir. Hesab edirəm ki, Bakının gələcək inkişafı zamanı hər yeni yaşayış layihəsi üç əsas sualla qiymətləndirilməlidir; Burada yaşayan insanlar gündəlik ehtiyaclarına nə qədər asan çatacaqlar? Ərazi mövcud nəqliyyat və kommunal infrastruktura hansı əlavə yükü gətirəcək? Yeni tikinti şəhərin ekoloji vəziyyətini, ictimai məkanlarını və həyat keyfiyyətini yaxşılaşdıracaq, yoxsa pisləşdirəcək? Şəhərsalma tikintini deyil, insanın həyatını planlaşdırmaqdır. Uğurlu şəhər insanları daha çox məsafə qət etməyə məcbur edən deyil, onların vaxtına, sağlamlığına və rahatlığına qənaət edən şəhərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri