Bakının illərdir işləməyən eskalatorları YENİLƏNƏCƏK BU TARİXDƏ
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illər sakinlərin təhlükəsizliyi, rahatlığı üçün Bakının bir neçə küçəsini birləşdirən yeraltı keçidlər inşa edilib. Həmin keçidlər eskalatorlarla təchiz olunsa da, onların xeyli hissəsi işləmir. İnsanların sıx olduğu Qışı parkı, Port Baku Mall ilə Cresent Mall arasındakı keçidlər buna nümunədir. Eskalatorların işləməməsi ən çox yaşlılar, əlil və uşaq arabasından istifadə edənlərə çətinlik yaradır. Həmin ərazilərdə eskalatorların işləməməsi dəfələrlə mətbuatda işıqlandırılıb, sosial şəbəkələrdə müzakirə olunub. Lakin müsbət nəticə yoxdur.
Bəs nə zaman adıçəkilən ərazilərdə eskalatorların bəzək üçün yox, təyinatı üzrə çalışdığını görəcəyik?
MÖVZU İLƏ BAĞLI:
Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək
Məsələ ilə bağlı bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda mövcüd eskalatorlara xidmət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərəfindən həyata keçirilir.
Məlumatda qeyd olunub ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeniləndikdən sonra balansa qəbul ediləcək.
“Yeni eskalatorların sifariş edilib və ilin sonunda Bakiya gətiriləcək” – deyə məlumatda bildirilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















