Bakının kirayə mənzil bazarında vəziyyət: Qiymətlər necədir?
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kirayə mənzil bazarında hazırda qiymət artımı, həmçinin azalması müşahidə edilmir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
O, qeyd edib ki, hazırda kirayə mənzil bazarında qiymətlər sabitdir.
"Hər il Bakıda yerləşən universitetlərə qəbul olunduqdan sonra tələbələrin əksəriyyəti burada ev axtarışında olurlar. Avqustun sonu, sentyabrın əvvəlində kirayə mənzil sistemində çox ciddi ajiotaj meydana gəlmişdi. Həm qiymət artımı, həm də kirayə mənzil sayında məhdudluq ciddi narahatlığa səbəb olmuşdu”.
AQC-nin sədri bildirib ki, bir ay öncə müşahidə edilən kirayə mənzil qıtlığı indi də davam etməkdədir:
Paytaxtda 1 otaqlı mənzillər 550-750 manat aralığında, mərkəz hissələr də isə 1000 manata təklif olunur. 2 otaqlı mənzillər 800-900 manata təklif edilir. Köhnə və yeni tikililərdə yerləşən kirayə mənzil qiymətləri arasında arasında fərq 20-25% təşkil edir.
V.Oruc vurğulayıb ki, adətən iş adamları, tələbələr əşyalı mənzil axtarışında olur. Ümumən vətəndaşlarımız əşyalı mənzillərə üstünlük verirlər. Bunlara xalq arasında "gir yaşa” mənzillər də deyilir.
"Otaq sayı artdıqca, kirayə qiymətləri artır. Lakin çoxotaqlı mənzillərə tələbat azdır. Çünki kirayə mənzillərə daha çox tələbələr və gəliri nisbətən az olan ailələr ehtiyac duyur və onların maddi vəziyyətləri çoxotaqlı evin kirayə haqqını ödəməyə imkan vermir. Böyük ailələr, xaricdən gələn investorlar, şirkət rəhbərləri isə daha geniş, komfortlu mənzillərə üstünlük verirlər. Bir otaq fərqi 150-200 manat artıq ödəniş etməyə səbəb olur”,- deyə o əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakının kirayə mənzil bazarında vəziyyət necədir? (VİDEO)
07 İyul 2025 23:21
Mənzil bazarında vəziyyət necədir? Qiymətlər AÇIQLANDI
16 İyul 2025 21:09
Kirayə mənzil bazarında vəziyyət necədir?
28 Avqust 2025 17:44
Tərəvəz bazarında vəziyyət necədir? qiymətlər VİDEO
24 Sentyabr 2025 00:32
Bakının mənzil bazarında əl yandıran qiymətlər: Şişən balon partlayacaq
02 Aprel 2025 12:09
Baxış sayı:38
Bu xəbər 02 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları