Icma.az
close
up
RU
Bakının mərkəzində tarixi abidədən heç kimin xəbəri yoxdur FOTO

Bakının mərkəzində tarixi abidədən heç kimin xəbəri yoxdur FOTO

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzində, Şəhid Həmidağa Hüseynzadə küçəsində (keçmiş Zərgərpalan küçəsi) yerləşən qədim hamamın mövcudluğu, uzun illər ərzində nəinki paytaxt sakinlərindən, hətta o ərazidə yaşayan sakinlərin özündən belə gizli qalıb. Buna səbəb kimi isə hamamın divarlarında inventar nömrəsinin olmaması göstərilir.

Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, memarlıq abidələrinin siyahısında bu hamamın 1899-cu ildə tikildiyi (inventar nömrəsi: 3578) və yerli əhəmiyyətli memarlıq abidəsi olduğu göstərilib.

“Siyahıda həmin abidənin ünvanı kimi Zərgərpalan küçəsi, 87 qeyd edilib. Ancaq hazırda bu küçə Şəhid Həmidağa Hüseynzadənin adını daşıyır”, – deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, tarixi tikilinin divarları mütəxəssislər tərəfindən təmizlənib:

“Bakı şəhəri, Yasamal rayonu, Şəhid Həmidağa Hüseynzadə küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən arxeoloji tədqiqat işləri aparılıb. Eləcə də tarixi tiklinin divarları mütəxəssislər tərəfindən təmizlənib.

Ünvan məsələsinə gəlincə, tarix və mədəniyyət abidələrinin siyahısı yenilənən zaman bu və adları, ünvanları dəyişən digər küçələrdə də yerləşən tarixi tikililərin ünvanı yenilənəcək. Həmin siyahının yenilənməsi üzərində iş gedir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Noyabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see122

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see115

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see110

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri