Icma.az
close
up
RU
Bu narazılıqlar Ağ Evin dəhlizlərində yumruq davasına qədər inkişaf edib AÇIQLAMA

Bu narazılıqlar Ağ Evin dəhlizlərində yumruq davasına qədər inkişaf edib AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milyarder İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında qarşıdurma səngimək bilmir.

Tərəflər arasında gərginliyin əsas yaranma səbəbi nədir? İlon Mask və Donald Tramp arasındakı gərginlik hansı həddə qədər çata bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, İlon Mask və Donald Tramp arasındakı qarşıdurma şəxsi, siyasi, iqtisadi maraqlardan qaynaqlanır.

"Çünki İlon Mask dünyanın ən nəhəng biznes adamlarından biridir. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp da biznes adamıdır. Trampın qəbul etdiyi bəzi qərarlar, eyni zamanda İlon Maskın atdığı bəzi addımlar bir-biri ilə kəskin ziddiyyətlər təşkil edirdi. Son vaxtlar İlon Maskın atdığı addımlar, dövlət qurumlarının effektivliyi ilə bağlı verdiyi təkliflər və qərarlar Tramp administrasiyası daxilində də ciddi narazılıqla qarşılanırdı. Bəzi məlumatlara görə, bu narazılıqlar Ağ Evin dəhlizlərində yumruq davasına qədər inkişaf edib. Tramp administrasiyasında nazir postunu tutan şəxslərdən biri İlon Mask ilə yumruqlaşmaya qədər qarşıdurma yaşayıb".

Politoloq qeyd etdi ki, İlon Maskın Tramp administrasiyası ilə münasibəti olduqca kəskinləşib.

"Artıq onu tutduğu vəzifədən də uzaqlaşdırıblar. Münasibətlər yenə də şəxsi maraqlar üzərində fokuslanmış olacaq. Əgər İlon Mask vaxtilə Respublikaçılar Partiyasını maliyyələşdirdiyi kimi bu dəfə də Demokratlar Partiyasını maliyyələşdirmək niyyətinə düşərsə, o zaman Tramp ilə Mask arasındakı savaş daha da intensivləşə bilər. Bu barədə Maska açıq şəkildə məlumat verilib. Gərginliyin inkişaf etmək ehtimalı da var. Eyni zamanda Trampın və Maskın təmsilçiləri arasında danışıqların getməsi məlumatı da var. Bu danışıqlardan çox şey asılıdır. Razılaşma əldə edilərsə, sabitlik hökm sürə bilər. Ağ Ev üçün Tramp və Mask məsələsi ciddi problem yarada bilər. Yaxın zamanlarda ABŞ siyasi məkanında olduqca ciddi böhran yaranması gözlənilməz olmayacaq", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri