Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq.
AAYDA sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələrini çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 02 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















