Icma.az
close
up
RU
Bakının məşhur nöqtəsində üçüncü Royal Collection butiki açılıb

Bakının məşhur nöqtəsində üçüncü Royal Collection butiki açılıb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Italdizain" şirkəti 11 noyabr 2024-cü il tarixdə Bakının tarixi mərkəzinin ən məşhur nöqtəsində, Əziz Əliyev küçəsi 3 ünvanında üçüncü "Royal Collection" zərgərlik məmulatları-saat butikini açıb.

"Royal Collection" butiki konsepsiyasının əsasında nəsillərlə dünyanın mədəni irsi arasındakı qırılmaz əlaqə durur, fəlsəfəsi isə zərgərlik məmulatları və saat istehsalı sənətinə dəyər verənlərə bu sənətkarlıq növlərinin ən yaxşı nümunələrini Avropa brendlərinin işləri sırasında təqdim etməyə yönəlir.

"Royal Collection" kolleksiyası həqiqətən dəyərlidir: Azərbaycan paytaxtının ən gözəl tarixi malikanələrindən birinin divarlarında Avropa zərgərlik evləri və saat emalatxanalarının əl işi şedevrləri bir araya toplanıb. Onlar arasında İtaliya zərgərlik brendləri "Leo Pizzo", "Utopia", "Pasquale Bruni", "Roberto Coin", "Nanis", Fransanın "Messika" və "Dinh Van", Britaniyanın "Stephen Webster" zərgərlik evlərinə rast gələ bilərsiniz.

"Royal Collection" saat seçimləri ilə də qürur duyur: butikdə İsveçrənin "Omega", "Tag Heuer", "Breitling" kimi şöhrətli saat emalatxanalarının kolleksiyaları təqdim edilir. Bu mənzərəni məşhur aksesuar brendi "S.T.Dupont"un zərif məhsulları tamamlayır.

Bakının tarixi mərkəzinin memarlıq fonu zəngin tarixə malik binada yerləşən yeni butik üçün təbii estetik mühit yaradır. Daha sonra Zevin küçəsi adlandırılmış, indi isə bakılıların Əziz Əliyev küçəsi kimi tanıdığı Mixaylovskaya küçəsindəki dəbdəbəli malikanə 1890-cı illərdə tikilib və Qız qalasından bir neçə yüz metr məsafədə yerləşir. O, Azərbaycan paytaxtının tarixinə görkəmli neft sənayeçisi, ictimai xadim və şəhər dumasının üzvü Sadıx Məşədi Məmməd Zəkiyevin yaşayış binası kimi daxil olub.

Sahibkar XIX əsrdə ölkənin ən nüfuzlu neft sənayeçilərindən biri olmuşdur. Onun rəhbərlik etdiyi, neftin hasilatı, emalı və ixracı ilə məşğul olan "M.Zeynalov və Ko" neft cəmiyyəti öz dövrünün ən böyük neft sənayesi şirkətlərindən birinə çevrilmişdi. Həmyerlilərinin Zəkiyevə qarşı ehtiramının səbəblərindən biri də onun səxavətli xeyriyyəçilik fəaliyyəti idi. O, məktəb, xəstəxana, məscid və digər ictimai binaların tikintisini maliyyələşdirirdi. Uğurlu sahibkar həm də Bakı şəhər dumasının üzvü vəzifəsini icra edirdi. O, şəhərin iqtisadiyyat və infrastrukturunun inkişafına əhəmiyyətli töhfə vermişdi.

Malikanənin Bakı tarixinə daxil olması təkcə sahibinin fövqəladəliyi sayəsində baş verməmişdi, cəlbedici memarlığının da bu işdə rolu böyük idi: qarşımızda Azərbaycanın paytaxtının tarixi mərkəzinin ən gözoxşayan və maraqlı binalarından biri, öz dövrünün memarlıq abidəsi dayanır. Pilyastrları, həcmli elementləri və eyvanları ilə bu əzəmətli, üçmərtəbəli malikanə "neft bumu" epoxasının ab-havasını öz divarlarına hopdurub. Müxtəlif illərdə burada məşhur kinooperator Xan Yusif oğlu Babayev, dövlət xadimi və diplomat Əziz Məmmədkərim oğlu Əliyev, məşhur opera müğənnisi Zeynəb Yəhya qızı Xanlarova, pianoçu və bəstəkar Fərhad Şəmsi oğlu Bədəlbəyli yaşayıb.

Mədəniyyətlərin qarşılıqlı əlaqəsi, nəsillərarası davamlılıq, tarixə və mədəni irsə qarşı hörmət "Royal Collection" fəlsəfəsinin ayrılmaz hissəsidir. Əhəmiyyətli memarlıq obyektinin İtaliya, Fransa, İsveçrənin məşhur saat, bəzək əşyaları və aksesuar brendlərinin bir araya toplandığı yeni zərgərlik məmulatları butiki üçün məkan qismində seçilməsi dərin simvolik mənaya malik qərardır. Avropanın ən adlı-sanlı evlərinin zərgərlik şedevrləri dövr, ənənə və mədəniyyətlərin qarşılıqlı əlaqəsi fikrini vurğulayaraq Bakının tarixi irsində zərif, ifadəli və parlaq əks-səda yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri